13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Güney hadisələri

SİĞƏ MƏSƏLƏSİ İRANDA YENİDƏN AKTUALLAŞIB

2010-08-30

Avqustun 29-da İran parlamentində müvəqqəti evliliyin (siğə) daimi nikah kimi dövlət qeydiyyatına alınması təklifi ətrafında müzakirələr davam edib.

Bu məsələ parlamentə deputat Seyid Məhəmməd Cavad Əbtəhinin təşəbbüsü ilə çıxarılıb. Avqustun 25-də təklif səsə qoyulub və keçməyib. Səsvermədə iştirak edən 206 deputatdan 45-i təklifin lehinə, 122-si əleyhinə səs verib. 24 deputat bitərəf qalıb. Bununla belə, avqustun 29-da parlamentdə məsələ yenidən qaldırılıb.

“Media forum” saytının məlumatına görə, müvəqqəti evliliyin dövlət qeydiyyatına alınmasının əleyhinə çıxış edən deputat Mustafa Kəvakibiyan siğənin zinadan yaxşı olduğunu deyib: “Qurani-Kərimdə müvəqqəti evliliyə təkid edilib. Biz siğəni düzgün həyata keçirə bilsək, bu, zinadan yaxşı olar. Lakin bunun sənədləşdirilməsi məsələsinə gəlincə, deməliyəm ki, ağrımayan başa dəsmal bağlamazlar. Biz siğəni sənədləşdirməklə öz əlimizlə şəhvətpərəst, ehtiraslı və imkanlı kişiləri müvəqqəti evliliyə getməyə təşviq etmiş oluruq”.

Siğənin cəmiyyətdə yaxşı qarşılanmamasından, bir sıra insanların ona yaxşı baxmamasından gileylənən İran parlamentinin digər deputatı Mehdi Kuçəkzadə bəzi ayətullahların siğə ilə bağlı kitablarından sitat gətirərək siğə məsələsini çox mürəkkəbləşdirməyə ehtiyac olmadığını bildirib: “Siğədə məqsəd çox sadədir. Bəzi cənablar utanıb deməsələr də, bildirməliyəm ki, siğə - tərəf-müqabildən ləzzət və həzz almaq üçündür. Bunu deməkdən də utanmıram”.


 

907 dəfə baxılıb

Xəbəri paylaş

[06.02.2012] - ETTELAAT AZƏRBAYCANLI “OVU”na BAŞLAYIB

[16.01.2012] - SOYDAŞIMIZ EDAM CƏZASNDAN QURTULDU

[19.12.2011] - AZƏRBAYCANIN GÜNEYİNDƏN ACI XƏBƏRLƏR

[09.12.2011] - İRANDA AZƏRBAYCAN YENƏ TƏHDİD OLUNDU

[23.11.2011] - İRANDAKI FUTBOL MATÇINDA AZƏRBAYCAN BAYRAĞI QALDIRILIB

[17.11.2011] - “ELÇİBƏY MƏNƏ 300 TÜMƏN GÖNDƏRDİ, GERİ QAYTARDIM”

[30.10.2011] - 15 AZƏRBAYCANLI AZƏRBAYCANA CASUSLUQDA İTTİHAM OLUNUR

[25.10.2011] - AZƏRBAYCANIN GÜNEYİ 27 OKTYABRA HAZIRLAŞIR

[19.10.2011] - “ƏLİ VƏ NİNO”dan CƏNUBİ AZƏRBAYCAN ƏDƏBİYYATINA DƏSTƏK

[12.10.2011] - İRANDA AZƏRBAYCAN ƏLEYHİNƏ NÜMAYİŞ KEÇİRİLDİ

[10.10.2011] - HƏRƏKATÇININ SUİ-QƏSDİ ÖRT-BASTIR EDİLİR

[07.10.2011] - ARAZIN O TAYINDAN GƏLƏN XƏBƏRLƏR

[05.10.2011] - 653 YAZIÇI GÜNEYLİ ŞAİRƏNİN MÜDAFİƏSİNƏ QALXDI

[28.09.2011] - OKTYABRIN 1-də GÜNEY AZƏRBAYCAN AYAQDA OLACAQ

[27.09.2011] - GÜNEYDƏN ACI XƏBƏRLƏR

[20.09.2011] - AZƏRBAYCANLI ŞAİRƏYƏ ZİNDANDA İŞGƏNCƏ VERİLİB

[07.09.2011] - URMİYA VƏ TƏBRİZDƏ TUTHATUT

[05.09.2011] - URMİYADA TUTULANLARIN KİMLİYİ BƏLLİ OLUB

[03.09.2011] - BU GÜN ARAZIN O TAYINDA “QƏZƏB GÜNÜ”dür

[01.09.2011] - CƏNUBİ AZƏRBAYCANDA “QƏZƏB GÜNÜ” ELAN OLUNDU

ARXIV

Yeni MÜSAVAT © 2008