|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
İran müxalifətinin əsas rəhbərlərindən olan Milli Etimad Partiyasının rəhbəri Mehdi Kərrubinin evi mühasirəyə alınıb. 2009-cu ilin iyunundakı prezident seçkisinin rəsmi nəticələrinə qarşı kütləvi etirazlarda tutulan bəzi aksiyaçıların Tehranda gizli fəaliyyət göstərən “Kəhrizək” zindanında işgəncəyə məruz qaldığını, zorlandığını, qətlə yetirildiyini ifşa edən Mehdi Kərrubi dəfələrlə İran rəhbərliyini tənqid etdiyinə görə müxtəlif təzyiqlərlə üzləşib. “Media forum” saytının məlumatına görə, İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) nəzdində fəaliyyət göstərən “Bəsic”in (hökumət tərəfdarı könüllülər dəstəsi) 50-yə yaxın üzvü və mülki geyimli ETTELAAT əməkdaşları avqustun 29-u və 30-da Mehdi Kərrubinin evini mühasirəyə alaraq onun Qədr gecəsi mərasiminə qatılmasına mane olublar. Əllərində elektrik dəyənək, qolbağı, beşbarmaq, gözyaşardıcı qaz olan maskalı qüvvələr Mehdi Kərrubiyə qarşı kəskin şüarlar səsləndiriblər. Son məlumatda Mehdi Kərrubinin mənzili qarşısında silahlı qüvvələrin keşik çəkdiyi bildirilir.
1018 dəfə baxılıb
|
[06.02.2012] - ETTELAAT AZƏRBAYCANLI “OVU”na BAŞLAYIB [16.01.2012] - SOYDAŞIMIZ EDAM CƏZASNDAN QURTULDU [19.12.2011] - AZƏRBAYCANIN GÜNEYİNDƏN ACI XƏBƏRLƏR [09.12.2011] - İRANDA AZƏRBAYCAN YENƏ TƏHDİD OLUNDU [23.11.2011] - İRANDAKI FUTBOL MATÇINDA AZƏRBAYCAN BAYRAĞI QALDIRILIB [17.11.2011] - “ELÇİBƏY MƏNƏ 300 TÜMƏN GÖNDƏRDİ, GERİ QAYTARDIM” [30.10.2011] - 15 AZƏRBAYCANLI AZƏRBAYCANA CASUSLUQDA İTTİHAM OLUNUR [25.10.2011] - AZƏRBAYCANIN GÜNEYİ 27 OKTYABRA HAZIRLAŞIR [19.10.2011] - “ƏLİ VƏ NİNO”dan CƏNUBİ AZƏRBAYCAN ƏDƏBİYYATINA DƏSTƏK [12.10.2011] - İRANDA AZƏRBAYCAN ƏLEYHİNƏ NÜMAYİŞ KEÇİRİLDİ [10.10.2011] - HƏRƏKATÇININ SUİ-QƏSDİ ÖRT-BASTIR EDİLİR [07.10.2011] - ARAZIN O TAYINDAN GƏLƏN XƏBƏRLƏR [05.10.2011] - 653 YAZIÇI GÜNEYLİ ŞAİRƏNİN MÜDAFİƏSİNƏ QALXDI [28.09.2011] - OKTYABRIN 1-də GÜNEY AZƏRBAYCAN AYAQDA OLACAQ [27.09.2011] - GÜNEYDƏN ACI XƏBƏRLƏR [20.09.2011] - AZƏRBAYCANLI ŞAİRƏYƏ ZİNDANDA İŞGƏNCƏ VERİLİB [07.09.2011] - URMİYA VƏ TƏBRİZDƏ TUTHATUT [05.09.2011] - URMİYADA TUTULANLARIN KİMLİYİ BƏLLİ OLUB [03.09.2011] - BU GÜN ARAZIN O TAYINDA “QƏZƏB GÜNÜ”dür |
| Yeni MÜSAVAT © 2008 |
|