|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Otuz il əvvəl üçü də eyni ideologiyaya xidmət edib, eyni bölgədə yaşayıb, eyni yerdə işləyiblər. Bir-birlərinin sevinclərini də bölüşüblər, kədərlərini də. Sovet imperiyasının dağılması və Qarabağ uğrunda müharibənin başlaması bir çoxları kimi ayrı-ayrı millətləri təmsil edən həmin gənclərin də dostluğuna son qoydu. Barələrində danışdığımız şəxslər Ermənistanın sabiq prezidenti Robert Köçəryan, hazırkı prezident Serj Sərkisyan və Şuşa Rayon İcra Hakimiyyətinin mədəniyyət və turizm şöbəsinin müdiri Zahid Abbasovdur. Z.Abbasov Xankəndində vilayət Komsomol Komitəsində işləyərkən Köçəryanla Sərkisyanın müdiri olub. Köhnə dostlar sonuncu dəfə iyirmi il sonra - 2009-cu ilin iyulunda İrəvanda görüşüblər... Z.Abbasov bizimlə söhbətinə iki gün aramızda olan telefon danışığından başladı: “Siz mənə telefonda Zahid bəy, deyə müraciət edəndə az qaldım deyəm ki, mənə bəy deməyin. Bu sözü qəbul edə bilmirəm. Çünki mən hələlik uduzmuş adamam, işğal altında olan torpaqlarımı azad edə bilmirəm. Bəy hökmlü, öz yurdunda olan adama deyərlər”. “Heydər Əliyevin tapşırığından sonra vəzifəmi yüksəltdilər” Z.Abbasov H.Əliyevlə ikinci dəfə iyulun 29-da Şuşada Vaqif poeziya günlərinə həsr olunan tədbirdə görüşüb: “Məni görəndə dedi ki, cavan oğlan hələ burdasan? O vaxt Dağlıq Qarabağ Muxtar Vilayətinin Partiya Komitəsinin birinci katibi Gevorkov idi. Üzünü ona tutub dedi ki, bəs deyirsiniz burda Azərbaycan kadrları yoxdur. Məndən ali təhsilimin olub-olmadığını soruşdu. Dedim, bəli var. Gevorkova ”məşğul olarsınız" dedi. Heydər Əliyevin tapşırığından sonra vəzifəmi yüksəltdilər. Baxmayaraq ki, o vaxt adamları partiyaya pillə-pillə gətirirdilər, məni vilayət Komsomol Komitəsində komsomol işi kabinetinin müdiri təyin etdilər". “Köçəryan və Sərkisyanla səkkiz il bir yerdə işlədik” Vilayət komitəsinə gəldim. Şəhər komsomolunun ikinci katibi olan Robik(Robert Köçəryan-L.İ) birbaşa mənim kurasiyamda işləyib. O şəhər komsomolunda ikinci katib, mən isə Vilayət Komsomol Komitəsində əlaqədar şöbənin rəhbəri idim. Serjiklə (Sərkisyanı müsahibə boyu bu cür adlandırır-L.İ) otaq yoldaşı oldum. Səkkiz il bir otaqda işlədik. Guya erməni-müsəlman davası yox idi. Onlar savadlı adamdan qorxur, hesablaşırdılar. Ağlınız indiki vaxta getməsin. Elə bilirsiniz asan idi? O boyda “obkom”da yüz erməni ilə üç azərbaycanlı işləyirdi. “Mənə day-dayın getdi dedilər” Hadisələr Fransadan qaynaqlanırdı. 1987-ci ilin avqustunda ilk dəfə olaraq Zori Balaya “Humanite” qəzetinə müsahibəsində demişdi ki, yaxşı olar Qarabağın iqtisadiyyatı Ermənistana birləşdirilsin. “Ermənilər Natəvanın çəkdirdiyi bulaqlara xaç döydürüblər” Z.Abbasov bir az da Şuşa haqqında danışdı: “Şuşa Qarabağın döyünən ürəyi idi. Şuşada adi asfaltdan yol çəkilməyib, kubik daşından ev tikilməyib. Mərmərdən bir az fərqlənən bülöv daşından istifadə olunub. Şuşaya işıq lazım olmurdu. Şəhər və yollar ağappaq olurdu. Şuşada hər məhəllənin öz bulağı, təndiri, məscidi olub. Bir məhəllədən digərinə suya getmək ayıb sayılıb. Xan qızı Natəvan 40 kilometrdən, hər metrinə bir qızıl onluq xərcləyib Şuşaya məhəllə bulağı çəkdirmişdi. İndi ermənilər həmin bulaqların daşına xaç döyüblər”. “Evimdə yaşayan erməni 6 ay ərzağa pul verməyib” Müsahibimiz Qarabağa səfəri zamanı evlərinə və atasının uyuduğu məzarlığa baş çəkdiyini dedi: “Evimdə yaşayan erməni dedi ki, ora köçəndən sonra 6 ay ərzaq pul verməyib. Evdə hər şey var idi. Şəhər blokadada idi. Ərzaq çox yığmışdıq ki, nə olar nə keçər, barı uşaqlar ac qırılmasın”. “Köçəryanın deltaplanla uçmağa marağı var idi” Z.Abbasov Köçəryanın xarakteri haqqında da danışdı: “Robert idmançı, rus təhsilli idi. Xarkovda Politexnik İnstitutunu bitirmişdi. Köçəryanın deltaplanla uçmağa marağı var idi. Havada çəkdirdiyi şəkilləri gətirib bizə də göstərirdi. 1984-85-ci illərdə onun otağına girəndə gördüm erməni dilini öyrənir. Deyirdim ə, nəyinə lazımdır. Serjikə ana dili deyəndə, neçə dəfə demişdim ki, diliniz fərqlidir. Qarabağ ermənisi Ermənistan ermənisi kimi danışmır. Robert Serjikə baxanda yumşaq adam idi. Serjik daşnak idi. Yerevanda təhsil almışdı. Görünür, onu universitetdən hazırlamışdılar. Robik ”Krunk" Cəmiyyətinin üzvü idi. Serjik isə sonradan meydana atıldı". “Atamın tabutunu çiynində aparan Sərkisyan sonra onun qəbrini dağıtdırdı” “Şuşaya gedəndə atamın Cıdır düzündəki qəbrini ziyarət etmək istədim. Qəbiristanlığı darmadağın ediblər. İrəvanda dedim ki, Serjik mənim atamın qəbri yerində yoxdur. Atamın tabutunu çiynində qəbiristanlığa aparanlardan biri də sən idin. Niyə dağıtdınız? Artistlik etdi. Ağladı. Dedi ki, Bakıda qəbirləri dağıdanda burda da dağıtdılar. Serjikə dedim ki, indi mən gəlmişəm. O vaxt yasda da, toyda da bir oturub çörək kəsmişik. Amma ikiniz də yolunuzu azdınız, xəyanət etdiniz. Əlinizi qana batırdınız. Dedim dörd nəvəm var, hamısı da oğlandır. O isə bir qız nəvəsinin olduğunu dedi. Nəvələrimin hər səhər məndən Şuşaya nə vaxt gedəcəklərini soruşduqlarını dedim. Sərkisyana dedim geci-tezi var. Onsuz da onlar Şuşaya gələcəklər. Dedim ki, nə qədər gec deyil dayandır oyunu. Əlinin batdığı qanı heç zaman yuya bilməzsən. Bəlkə yarısını yuya bildin. Qoy yerə... Qurtar... Qoy camaat evinə getsin. Hamı Şuşaya qayıtmaq, yaşamaq istəyir. Mənə sualla cavab verdi: ”Sən bu sözləri öz prezidentinə də demisənmi?". Leyla İLQAR 3482 dəfə baxılıb
|
[20.05.2012] - ERMƏNİLƏRİN QARABAĞDAKI ARXEOLOJİ SAXTAKARLIĞI GÜCLƏNİR [19.05.2012] - “ARTIQ ERMƏNİSTAN KƏNDLƏRİ BOŞALIRDI” [18.05.2012] - ERMƏNİ DƏRSLİKLƏRİNDƏ TÜRKLƏR DÜŞMƏN ROLUNDA [17.05.2012] - PUTİNİN YENİ QARABAĞ KURSUNUN TƏHLÜKƏLİ KONTURLARI GÖRÜNÜR [15.05.2012] - MOSKVADA PUTİNLƏ ÇƏTİN QARABAĞ SÖHBƏTİ GÖZLƏNİLİR [14.05.2012] - SƏRKİSYAN PAYIZDA İSTEFA VERƏ BİLƏR [13.05.2012] - ERMƏNİLƏR XOCALI AEROPORTUNU İŞƏ SALMAQ NİYYƏTİNDƏN ƏL ÇƏKMİR [11.05.2012] - İŞĞALÇILARIN BOĞAZINDA QALAN QƏLƏBƏ [10.05.2012] - XANKƏNDİNDƏ ERMƏNİSTANIN GÜLÜNC GÜC NÜMAYİŞİ [08.05.2012] - BU GÜN ŞUŞANIN İŞĞALINDAN 20 İL KEÇİR [07.05.2012] - ERMƏNİ TERRORU BMT TƏHLÜKƏSİZLİK ŞURASINDA [07.05.2012] - HƏMSƏDRLƏRİN QARABAĞA MAY GƏZİNTİSİ OLACAQ [06.05.2012] - “ERMƏNİLƏR DƏ BİLİR Kİ, ORDA MÜVƏQQƏTİDİRLƏR” [05.05.2012] - “AZƏRBAYCAN YALNIZ MİNSK QRUPUNA İNAMINI İTİRSƏ, MÜHARİBƏ VARİANTINA ƏL ATA BİLƏR” [05.05.2012] - ERMƏNİLƏR ŞUŞANIN İŞĞAL GÜNÜNƏ XARİCDƏN MUZDLULAR GƏTİRİR [04.05.2012] - “RAMİZ GEDƏNDƏN SONRA ŞUŞA DA GETDİ...” [02.05.2012] - NOVRUZ MƏMMƏDOVDAN QƏRBƏ İLGİNC QARABAĞ ŞƏRTİ [02.05.2012] - SƏRKİSYAN ERMƏNİLƏRİ MÜHARİBƏ TƏHLÜKƏSİ İLƏ QORXUDUR [01.05.2012] - ALMAN JURNALI AĞDAM HAQDA YAZIB [01.05.2012] - ERMƏNİSTAN-AZƏRBAYCAN SƏRHƏDİNDƏKİ GƏRGİNLİK SƏRKİSYANIN SEÇKİ OYUNUDUR |
| Yeni MÜSAVAT © 2008 |
|