|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Ermənistanın müdafiə naziri Seyran Ohanyan erməni ordusunun yaranmasının 20 illiyi ilə bağlı keçirilən tədbirlərdə deyib ki, onlar “daha uzaq və dəqiq vuran” silahlar almaqda davam edəcəklər. Onun sözlərinə görə, Ermənistan ordusu yeni silahlar almaqla döyüş gücünü möhkəmləndirir. Bu məqsədlə silahlı qüvvələrin yenilənməsinin strateji planlaşdırması aparılır. Ohanyan deyib ki, planlaşdırma aparılarkən 2015-ci ilədək alınması nəzərdə tutulan yeni silah və hərbi texnikanın siyahısı tutulur. Ordu günü ilə bağlı İrəvanda prezident Serj Sərkisyan, müdafiə naziri S.Ohanyan və digərləri Qarabağ müharibəsində öldürülmüş erməni əsgərlərinin qəbirlərini ziyarət ediblər. Ermənistan müdafiə nazirinin “daha uzaq və dəqiq vuran” silah dedikdə, çox güman ki, ötən il İrəvandakı hərbi paradda nümayiş etdirilən “Toçka-U” raket komplekslərini nəzərdə tutur. Bu silahlar Rusiyadan alınıb. “Toçka-U” raket kompleksləri, demək olar ki, erməni ordusunun paradda nümayiş etdirdiyi yeganə yeni silah növü idi. Qalan silah və texnika isə əsasən köhnəlmiş rus texnikasından ibarət olub. Hətta onların bir çoxunun nasaz vəziyyətdə parada çıxarıldığı və sadəcə maket kimi nümayiş etdirildiyi haqda xəbərlər var idi. Müqayisə üçün qeyd etmək lazımdır ki, Azərbaycan da son illər öz hərbi potensialını gücləndirərkən hədəfi uzaq məsafədən və dəqiq vuran silah sistemləri almağa üstünlük verir. Bura həm Rusiya, Ukrayna və Belarus kimi ölkələrdən əldə edilən müxtəlif silah sistemləri, reaktiv artelleriya qurğuları, S-300 raketlərinin yeni modifikasiyası, habelə raket sistemləri, həm də İsrail kimi dünyanın ən inkişaf etmiş hərbi sənayelərindən birinə malik ölkədən alınan silahlar daxildir. Hansı ki, bu silahların əsas təyinatı məhz düşmən hədəflərini uzaq məsafədən dəqiq vurmaqdan ibarətdir. Bu baxımdan Ermənistanın da belə silahlar almaq planları hazırlamaqla Azərbaycanla silahlanma yarışına girdiyi aydındır. F.MƏMMƏDOV 3066 dəfə baxılıb
|
[20.05.2012] - ERMƏNİLƏRİN QARABAĞDAKI ARXEOLOJİ SAXTAKARLIĞI GÜCLƏNİR [19.05.2012] - “ARTIQ ERMƏNİSTAN KƏNDLƏRİ BOŞALIRDI” [18.05.2012] - ERMƏNİ DƏRSLİKLƏRİNDƏ TÜRKLƏR DÜŞMƏN ROLUNDA [17.05.2012] - PUTİNİN YENİ QARABAĞ KURSUNUN TƏHLÜKƏLİ KONTURLARI GÖRÜNÜR [15.05.2012] - MOSKVADA PUTİNLƏ ÇƏTİN QARABAĞ SÖHBƏTİ GÖZLƏNİLİR [14.05.2012] - SƏRKİSYAN PAYIZDA İSTEFA VERƏ BİLƏR [13.05.2012] - ERMƏNİLƏR XOCALI AEROPORTUNU İŞƏ SALMAQ NİYYƏTİNDƏN ƏL ÇƏKMİR [11.05.2012] - İŞĞALÇILARIN BOĞAZINDA QALAN QƏLƏBƏ [10.05.2012] - XANKƏNDİNDƏ ERMƏNİSTANIN GÜLÜNC GÜC NÜMAYİŞİ [08.05.2012] - BU GÜN ŞUŞANIN İŞĞALINDAN 20 İL KEÇİR [07.05.2012] - ERMƏNİ TERRORU BMT TƏHLÜKƏSİZLİK ŞURASINDA [07.05.2012] - HƏMSƏDRLƏRİN QARABAĞA MAY GƏZİNTİSİ OLACAQ [06.05.2012] - “ERMƏNİLƏR DƏ BİLİR Kİ, ORDA MÜVƏQQƏTİDİRLƏR” [05.05.2012] - “AZƏRBAYCAN YALNIZ MİNSK QRUPUNA İNAMINI İTİRSƏ, MÜHARİBƏ VARİANTINA ƏL ATA BİLƏR” [05.05.2012] - ERMƏNİLƏR ŞUŞANIN İŞĞAL GÜNÜNƏ XARİCDƏN MUZDLULAR GƏTİRİR [04.05.2012] - “RAMİZ GEDƏNDƏN SONRA ŞUŞA DA GETDİ...” [02.05.2012] - NOVRUZ MƏMMƏDOVDAN QƏRBƏ İLGİNC QARABAĞ ŞƏRTİ [02.05.2012] - SƏRKİSYAN ERMƏNİLƏRİ MÜHARİBƏ TƏHLÜKƏSİ İLƏ QORXUDUR [01.05.2012] - ALMAN JURNALI AĞDAM HAQDA YAZIB [01.05.2012] - ERMƏNİSTAN-AZƏRBAYCAN SƏRHƏDİNDƏKİ GƏRGİNLİK SƏRKİSYANIN SEÇKİ OYUNUDUR |
| Yeni MÜSAVAT © 2008 |
|