 |
KİVDF layihələri
ABŞ DÖVLƏT DEPARTAMENTİ ERMƏNİ VƏ AZƏRBAYCANLI JURNALİSTLƏRİ “BİRLƏŞDİRDİ” 2012-02-06 İrəvan, Bakı və Xankəndi mətbuat klublarının yeni birgə layihəsi başlayıb, iştirakçılar onun məqsədləri haqda danışır
|
Azərbaycan, işğal altındakı Dağlıq Qarabağ və Ermənistandan olan jurnalistlərin yeni birgə layihəsi başlayıb. “Kavkazskiy uzel” portalı xəbər verir ki, “Azərbaycan, Ermənistan və Dağlıq Qarabağ arasında dəqiq və qərəzsiz informasiya mübadiləsi” adlı regional layihəni ABŞ Dövlət Departamenti maliyyələşdirir. Layihəyə Bakı, İrəvan və Xankəndi press-klubları qatılıb. Layihə iştirakçıları yanvarın 30-da və 31-də Tiflisdə bir araya gəliblər, orada birgə informasiya resurslarının yaradılması, o cümlədən Qarabağ münaqişəsinə dair materialların, Ermənistan-Azərbaycan münasibətləri barədə xəbərlərin yayılması imkanları müzakirə edilib. Layihə çərçivəsində hazırlanacaq materialları yerləşdirmək üçün xüsusi internet saytı yaratmaq planlaşdırılır. Layihədə hər tərəfdən üç jurnalist iştirak edir. Layihənin tərəfdaşlarından İrəvan press-klubunun rəhbəri Boris Navasardyan deyib: “Əgər biz nə vaxtsa bu münaqişənin nizamlanmasına ümid ediriksə, o zaman insanların özlərini normal, informasiya-kommunikasiya mühitində hiss etməsinə kömək etməliyik”. Navasardyana görə, bu cür birgə layihələr zəruridir. Çünki Ermənistan-Azərbaycan münaqişəsinə dair dezinformasiyalar baş alıb gedir və insanlar real vəziyyət barədə obyektiv məlumat əldə etməkdə çətinlik çəkirlər. “Belə situasiya münaqişə tərəflərinin mövqelərinin yaxınlaşmasına heç cür kömək edə bilməz”, - deyə o bildirib. Navasardyanın sözlərinə görə, layihədə Qarabağ münaqişəsinin işıqlandırılması ilə məşğul olan jurnalistlər iştirak edir. “Biz və bizim Qarabağdan, Azərbaycandan olan tərəfdaşlarımız həmin jurnalistləri yaxşı tanıyırıq. Onlar uzun müddətdir bu münaqişə barədə yazırlar. Biz bilirik ki, qarşıya qoyulmuş vəzifənin öhdəsindən gəlmək üçün hansı jurnalistləri cəlb etmək lazımdır. Söhbət elə jurnalistlərdən gedir ki, onlar üçün jurnalistikanın etik normaları universaldır və onlar bu layihə çərçivəsində öz işlərini görməyə hazırdır”. Azərbaycandan “Yeni Nəsil” jurnalistlər Birliyinin sədri Arif Əliyev isə deyib ki, bu layihə Ermənistanla Azərbaycan arasındakı münaqişəyə dair məsələlərin öyrənilməsinə, situasiyanı müsbət məcraya istiqamətləndirməyə hesablanmış çoxillik layihənin davamıdır: “Müxtəlif dövrlərdə bizim tədbirlərimizdə İrəvan və Bakıdan olan jurnalistlər iştirak ediblər. Həmçinin Gürcüstandan, Türkiyədən, Qarabağdan olan jurnalistlərlə görüşlər olub. İşin əsasında mürəkkəb məsələlərin müzakirəsi və ümumi yanaşmaların tapılması dayanır”. A.Əliyev deyib ki, onlar 10 ildən artıqdır ki, araşdırmalar aparırlar, bu dövrdə münaqişəyə dair 800 mindən çox material təhlil olunub: “Bizdə zəngin materiallar var. Təkcə azərbaycanlı və erməni jurnalistlərin iştirakı ilə deyil, xarici ekspertlərin də iştirakı ilə maraqlı nəticələr çıxarılıb. Ona görə də biz uzun illərdir öyrənilmiş məsələlərin reallaşmasına yönələn layihəni başladırıq”. A.Əliyevin sözlərinə görə layihə jurnalistlərin problemi işıqlandırmasının xüsusi normalarını nəzərdə tutur. Yəni azərbaycanlı jurnalist ermənilər haqda yazırsa onları dost saymasa belə peşə normalarına əməl etməlidir. Xankəndi press-klubunun rəhbəri Qeqam Bağdasaryan isə hesab edir ki, layihə “çox faydalı və perspektivlidir”. Onun sözlərinə görə, Qarabağ münaqişəsinin işıqlandırılmasında nə dərəcədə neqativlərin, qərəzliliyin olduğu aydındır. “Ona görə də ideya yarandı: münaqişə tərəflərinin jurnalistlərinin birgə səyləri ilə Qarabağ münaqişəsini necə obyektiv işıqlandırmağın mümkünlüyünü göstərmək”. Bağdasaryan deyib ki, layihə çərçivəsində münaqişənin bir çox aspektlərinə dair jurnalist araşdırmaları aparılacaq. F.MƏMMƏDOV 480 dəfə baxılıb
|
[20.05.2012] - ERMƏNİLƏRİN QARABAĞDAKI ARXEOLOJİ SAXTAKARLIĞI GÜCLƏNİR [19.05.2012] - “ARTIQ ERMƏNİSTAN KƏNDLƏRİ BOŞALIRDI” [18.05.2012] - ERMƏNİ DƏRSLİKLƏRİNDƏ TÜRKLƏR DÜŞMƏN ROLUNDA [17.05.2012] - PUTİNİN YENİ QARABAĞ KURSUNUN TƏHLÜKƏLİ KONTURLARI GÖRÜNÜR [15.05.2012] - MOSKVADA PUTİNLƏ ÇƏTİN QARABAĞ SÖHBƏTİ GÖZLƏNİLİR [14.05.2012] - SƏRKİSYAN PAYIZDA İSTEFA VERƏ BİLƏR [13.05.2012] - ERMƏNİLƏR XOCALI AEROPORTUNU İŞƏ SALMAQ NİYYƏTİNDƏN ƏL ÇƏKMİR [11.05.2012] - İŞĞALÇILARIN BOĞAZINDA QALAN QƏLƏBƏ [10.05.2012] - XANKƏNDİNDƏ ERMƏNİSTANIN GÜLÜNC GÜC NÜMAYİŞİ [08.05.2012] - BU GÜN ŞUŞANIN İŞĞALINDAN 20 İL KEÇİR [07.05.2012] - ERMƏNİ TERRORU BMT TƏHLÜKƏSİZLİK ŞURASINDA [07.05.2012] - HƏMSƏDRLƏRİN QARABAĞA MAY GƏZİNTİSİ OLACAQ [06.05.2012] - “ERMƏNİLƏR DƏ BİLİR Kİ, ORDA MÜVƏQQƏTİDİRLƏR” [05.05.2012] - “AZƏRBAYCAN YALNIZ MİNSK QRUPUNA İNAMINI İTİRSƏ, MÜHARİBƏ VARİANTINA ƏL ATA BİLƏR” [05.05.2012] - ERMƏNİLƏR ŞUŞANIN İŞĞAL GÜNÜNƏ XARİCDƏN MUZDLULAR GƏTİRİR [04.05.2012] - “RAMİZ GEDƏNDƏN SONRA ŞUŞA DA GETDİ...” [02.05.2012] - NOVRUZ MƏMMƏDOVDAN QƏRBƏ İLGİNC QARABAĞ ŞƏRTİ [02.05.2012] - SƏRKİSYAN ERMƏNİLƏRİ MÜHARİBƏ TƏHLÜKƏSİ İLƏ QORXUDUR [01.05.2012] - ALMAN JURNALI AĞDAM HAQDA YAZIB [01.05.2012] - ERMƏNİSTAN-AZƏRBAYCAN SƏRHƏDİNDƏKİ GƏRGİNLİK SƏRKİSYANIN SEÇKİ OYUNUDUR ARXIV
|