 |
KİVDF layihələri
QARABAĞDAN “İKİ QİYMƏT ALAN” AVROPA İTTİFAQI YENİ TƏŞƏBBÜSLƏR HAZIRLAYIB 2012-02-09 Roland Kobia: “Biz tərəflərin xahişi ilə münaqişənin nizamlanmasını sürətləndirən yeni ideyalar təklif etməyə hazırıq”
|
Avropa İttifaqının (Aİ) xüsusi nümayəndəsi Filipp Lefor Bakıya səfər zamanı Azərbaycan Prezidenti, xarici işlər, ədliyyə, milli təhlükəsizlik nazirləri və digər rəsmi şəxslərlə görüşüb. “Trend”in məlumatına görə, bu barədə srağagün jurnalistlərə Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri səfir Roland Kobia bildirib. Onun sözlərinə görə, keçirilən görüşlərin əsas mövzusu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olub. “Aİ-nin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton bir neçə ay əvvəl Azərbaycana səfəri zamanı təsdiq edib ki, Aİ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında daha fəal rol oynamaq istəyir” deyə, Kobia xatırladıb. Onun sözlərinə görə, Aİ Minsk Qrupunun məqsədlərini dəstəkləyir, lakin eyni zamanda tərəflərin xahişi ilə münaqişənin nizamlanmasını sürətləndirməyə kömək etmək üçün yeni ideyalar təklif etməyə hazırdır. “Bu ideyalar hələ də Azərbaycan və Ermənistan hökumətləri ilə müzakirə edilir. Biz bu ideyaların konkret inkişafını görmək istərdik. İdeyalar iki ölkənin xalqları arasında əlaqələrin yüksəldilməsinə və münaqişə tərəfləri arasında etimad mühitinin yaradılmasına yönəldilib” deyə, diplomat bildirib. Xəbərlərə görə, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi, fransalı diplomat Filip Lefort regiona növbəti səfərə gəlib. O, əvvəlcə İrəvanda Aİ-nin Ermənistanla münasibətlərinə və Qarabağ münaqişəsinə dair müzakirələr aparıb. Daha sonra diplomat Bakıya gəlib. Dünən o, XİN-də qəbul edilib. Nazirlikdən verilən məlumata görə, nazir Elmar Məmmədyarov görüş zamanı Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Məmmədyarov Qarabağ münaqişəsinin Azərbaycan üçün ən böyük problem olduğunu vurğulayıb. O qeyd edib ki, münaqişənin nizamlanması üçün ən böyük maneə Azərbaycan torpaqlarının hələ də erməni silahlı qüvvələri tərəfindən işğal altında olması faktıdır. Məmmədyarov “status-kvo”nun dəyişdirilməsinin vacibliyini önə çəkərək bunun üçün ilk növbədə erməni silahlı qüvvələrinin işğal altında olan torpaqlardan çıxarılmasının vacibliyini vurğulayıb. Xatırladaq ki, bugünlərdə Aİ-nin Qarabağ münaqişəsinə dair siyasətinin nəticələrini təhlil edən xüsusi hesabat açıqlanmışdı. “Avropanın xarici siyasət göstəriciləri-2012" adlı hesabat Avropa Xarici Əlaqələr Şurası tərəfindən hazırlanıb. Hesabatda göstərilir ki, Aİ-nin Qarabağ münaqişəsinə dair səyləri bir neçə istiqamətdən iflasa uğrayıb. Hesabatı hazırlayan xarici siyasət üzrə avropalı ekspertlərə görə, Brüsselin səylərinin tamamilə iflasa uğradığı bir vaxtda Azərbaycanla Ermənistan arasında gərginlik artır. Onların arasında qəfil hərbi əməliyyatların başlanması riski qalmaqdadır. Hesabata görə, Dnestryanı, Abxaziya və Cənubi Osetiya münaqişələri ilə müqayisədə Aİ-nin Qarabağ münaqişəsinin nizamlanmasına təsir imkanları məhduddur. İttifaqa üzv olan bütün dövlətlər bu münaqişənin dinc yolla nizamlanmasını dəstəkləyir. Lakin həm üzv ölkələr, hm Aİ-nin institutları digər dondurulmuş münaqişələrə nisbətən Qarabağ münaqişəsinə az diqqət ayırıblar. Hesabata görə Aİ-nin Qarabağ məsələsində vahid siyasət yürütməsi mümkün 5 ballıq şkala ilə 2 bal alıb. Həmçinin münaqişənin nizamlanmasına yönələn səylərdən əldə edilən nəticə də mümkün 10 baldan 2 qiymətə layiq görülüb. Hesabatda həmçinin qeyd edilir ki, Avropa İttifaqı Rusiya və Türkiyə kimi mühüm regional oyunçularla Qarabağa dair zəruri müzakirələr təşkil edə bilməyib. Sənədə görə, Aİ-nin münaqişənin həllinə yönəlmiş səylərinə də 5 ballıq şkala üzrə 2 bal verilib. F.MƏMMƏDOV 394 dəfə baxılıb
|
[20.05.2012] - ERMƏNİLƏRİN QARABAĞDAKI ARXEOLOJİ SAXTAKARLIĞI GÜCLƏNİR [19.05.2012] - “ARTIQ ERMƏNİSTAN KƏNDLƏRİ BOŞALIRDI” [18.05.2012] - ERMƏNİ DƏRSLİKLƏRİNDƏ TÜRKLƏR DÜŞMƏN ROLUNDA [17.05.2012] - PUTİNİN YENİ QARABAĞ KURSUNUN TƏHLÜKƏLİ KONTURLARI GÖRÜNÜR [15.05.2012] - MOSKVADA PUTİNLƏ ÇƏTİN QARABAĞ SÖHBƏTİ GÖZLƏNİLİR [14.05.2012] - SƏRKİSYAN PAYIZDA İSTEFA VERƏ BİLƏR [13.05.2012] - ERMƏNİLƏR XOCALI AEROPORTUNU İŞƏ SALMAQ NİYYƏTİNDƏN ƏL ÇƏKMİR [11.05.2012] - İŞĞALÇILARIN BOĞAZINDA QALAN QƏLƏBƏ [10.05.2012] - XANKƏNDİNDƏ ERMƏNİSTANIN GÜLÜNC GÜC NÜMAYİŞİ [08.05.2012] - BU GÜN ŞUŞANIN İŞĞALINDAN 20 İL KEÇİR [07.05.2012] - ERMƏNİ TERRORU BMT TƏHLÜKƏSİZLİK ŞURASINDA [07.05.2012] - HƏMSƏDRLƏRİN QARABAĞA MAY GƏZİNTİSİ OLACAQ [06.05.2012] - “ERMƏNİLƏR DƏ BİLİR Kİ, ORDA MÜVƏQQƏTİDİRLƏR” [05.05.2012] - “AZƏRBAYCAN YALNIZ MİNSK QRUPUNA İNAMINI İTİRSƏ, MÜHARİBƏ VARİANTINA ƏL ATA BİLƏR” [05.05.2012] - ERMƏNİLƏR ŞUŞANIN İŞĞAL GÜNÜNƏ XARİCDƏN MUZDLULAR GƏTİRİR [04.05.2012] - “RAMİZ GEDƏNDƏN SONRA ŞUŞA DA GETDİ...” [02.05.2012] - NOVRUZ MƏMMƏDOVDAN QƏRBƏ İLGİNC QARABAĞ ŞƏRTİ [02.05.2012] - SƏRKİSYAN ERMƏNİLƏRİ MÜHARİBƏ TƏHLÜKƏSİ İLƏ QORXUDUR [01.05.2012] - ALMAN JURNALI AĞDAM HAQDA YAZIB [01.05.2012] - ERMƏNİSTAN-AZƏRBAYCAN SƏRHƏDİNDƏKİ GƏRGİNLİK SƏRKİSYANIN SEÇKİ OYUNUDUR ARXIV
|