22 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
KİVDF layihələri

RUSİYALI HƏRBİ EKSPERTDƏN ERMƏNİSTANI MƏYUS EDƏCƏK ANALİZ

2012-02-11

Hərbi və Siyasi Analiz İnstitutunun direktor müavini Aleksandr Xramçixin: “Azərbaycan Ermənistan və Qarabağ üzərində həm havada, həm quruda əhəmiyyətli hərbi üstünlük qazanıb”

Rusiyadakı Hərbi və Siyasi Analiz İnstitutunun direktor müavini Aleksandr Xramçixin “Moskovskie Novosti” qəzetində Azərbaycanla Ermənistan arasındakı hərbi balansı təhlil edən məqalə yazıb. “Qarabağ uğrunda mübarizə 2.0" başlıqlı analizdə deyilir ki, bu münaqişə Ermənistan və Azərbaycandan fərqli olaraq onların hüdudlarından kənarda o qədər də geniş ictimai diqqət tələb etməsə də onun müharibəyə gətirib çıxarması yaxın gələcəkdə praktiki olaraq qaçılmazdır. ”Bu, tərəflərin mövqelərinin qətiyyən bir-biri ilə uzlaşmaz olması, Bakı üçün status-kvonun əbədi qalmasının prinsipial olaraq qeyri-mümkünlüyü, Ermənistan üçün isə status-kvonun dəyişməsinin qəbuledilməz olması ilə bağlıdır" deyə müəllif yazır.

Rusiyalı ekspertə görə, heç bir Minsk Qrupu bu vəziyyətdə bir şey edə  bilməz, baxmayaraq ki, həmsədr ölkələr onlar üçün nadir sayıla biləcək vahid mövqedən çıxış edirlər. Xramçixinə görə həmsədrlərin Bakıya və İrəvana təsirləri o qədər güclü deyil ki, onları öz mövqelərindən imtinaya məcbur edə bilsin. Kompromis imkanları isə təsəvvür edilmir.
Ekspertin fikrincə, müharibə  başlasa hər tərəfin öz üstünlüyü ola bilər. Ermənistan üçün bu üstünlük təmas xətti boyu qurulmuş əlverişli müdafiə mövqeləridir. Ermənistan ordusunun mövqeləri yüksəkliklərdə yerləşir. Azərbaycanın isə əsas üstünlüyü geniş iqtisadi imkanlarıdır. Belə ki, hazırda Azərbaycanın hərbi büdcəsi Ermənistanın bütün büdcəsindən çoxdur. 2011-ci il yanvarın 1-nə olan statistikaya görə, Azərbaycanın 381 tankı, 181 PDM-i, 469 artilleriya sistemi, 79 döyüş təyyarəsi, 26 zərbə vertolyotu var. Ermənistanın isə 110 tankı, 140 PDM-i, 239 artilleriya sistemi, 16 döyüş təyyarəsi, 15 vertolyotu var. Dağlıq Qarabağdakı erməni qüvvələrinin silahları bura daxil deyil. Hesab edilir ki, Qarabağdakı erməni qüvvəsinin silah və texnikası Ermənistan ordusunda olduğu qədərdir, lakin aviasiyası yoxdur. “Neft gəlirləri sayəsində Azərbaycan Ermənistan və Qarabağ üzərində həm quruda, həm havada hərbi üstünlük qazanır. Təbii ki, münaqişəni hərbi yolla həll etmək istəyi də artır. Tamamilə mümkündür ki, 2008-ci ilin avqust müharibəsi olmasaydı Bakı indiyədək buna cəhd göstərmişdi. İndi Gürcüstan-Rusiya müharibəsinin şoku keçib, Azərbaycanın hərbi üstünlüyü isə getdikcə artır” deyə ekspert yazır.
Xramçixinə görə Ermənistan üçün Azərbaycanın zərbələrindən sığorta Gümrü bazası və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlük ola bilər. Lakin bu sığortalanma illüziyadır. KTMT-nin üzvlərindən nə Qazaxıstan, nə Belarus, nə digər Orta Asiya respublikaları Ermənistanın tərəfində Azərbaycana qarşı vuruşmayacaq. Heç Rusiya da bunu etməyəcək. Ekspertə görə, xüsusən hərbi əməliyyatların Qarabağdan kənara çıxmayacağı halda Rusiyanın ona müdaxiləsi ehtimalı sıfra yaxındır. Qərbə gəldikdə isə o, güclü erməni diasporu və neft-qaz ehtiyatlarına malik Azərbaycanın əhəmiyyəti qarşısında seçim etməli olacaq. Bu seçim çətin olsa da Qərbin münaqişədə kiminsə tərəfini tutması mümkün deyil. Qərb Bakını və İrəvanı hərbi əməliyyatları dayandırmağa çağırmaqla işini bitmiş sayacaq. “Vaxt Azərbaycanın xeyrinə işlədiyi üçün hazırsa müharibə ermənilərə daha çox sərf edir.  Lakin müharibəni ermənilər başlasa, dərhal təcavüzkar kimi tanınacaqlar. Bunu hətta Rusiya da qəbul etməyəcək” deyə ekspert bildirir. Müəllifə görə, bu səbəbdən ermənilərə sərf edən odur ki, hansısa formada Azərbaycanı müharibəni birinci başlamağa məcbur etsin, özü də mümkün qədər tez. “Beləliklə, müharibəni hər iki tərəf istəyir. Əsas məsələ odur ki, onların niyyəti hansı anda həyata keçəcək” deyə Xramçixin yazır.

F.MƏMMƏDOV

2549 dəfə baxılıb

Xəbəri paylaş

[20.05.2012] - ERMƏNİLƏRİN QARABAĞDAKI ARXEOLOJİ SAXTAKARLIĞI GÜCLƏNİR

[19.05.2012] - “ARTIQ ERMƏNİSTAN KƏNDLƏRİ BOŞALIRDI”

[18.05.2012] - ERMƏNİ DƏRSLİKLƏRİNDƏ TÜRKLƏR DÜŞMƏN ROLUNDA

[17.05.2012] - PUTİNİN YENİ QARABAĞ KURSUNUN TƏHLÜKƏLİ KONTURLARI GÖRÜNÜR

[15.05.2012] - MOSKVADA PUTİNLƏ ÇƏTİN QARABAĞ SÖHBƏTİ GÖZLƏNİLİR

[14.05.2012] - SƏRKİSYAN PAYIZDA İSTEFA VERƏ BİLƏR

[13.05.2012] - ERMƏNİLƏR XOCALI AEROPORTUNU İŞƏ SALMAQ NİYYƏTİNDƏN ƏL ÇƏKMİR

[11.05.2012] - İŞĞALÇILARIN BOĞAZINDA QALAN QƏLƏBƏ

[10.05.2012] - XANKƏNDİNDƏ ERMƏNİSTANIN GÜLÜNC GÜC NÜMAYİŞİ

[08.05.2012] - BU GÜN ŞUŞANIN İŞĞALINDAN 20 İL KEÇİR

[07.05.2012] - ERMƏNİ TERRORU BMT TƏHLÜKƏSİZLİK ŞURASINDA

[07.05.2012] - HƏMSƏDRLƏRİN QARABAĞA MAY GƏZİNTİSİ OLACAQ

[06.05.2012] - “ERMƏNİLƏR DƏ BİLİR Kİ, ORDA MÜVƏQQƏTİDİRLƏR”

[05.05.2012] - “AZƏRBAYCAN YALNIZ MİNSK QRUPUNA İNAMINI İTİRSƏ, MÜHARİBƏ VARİANTINA ƏL ATA BİLƏR”

[05.05.2012] - ERMƏNİLƏR ŞUŞANIN İŞĞAL GÜNÜNƏ XARİCDƏN MUZDLULAR GƏTİRİR

[04.05.2012] - “RAMİZ GEDƏNDƏN SONRA ŞUŞA DA GETDİ...”

[02.05.2012] - NOVRUZ MƏMMƏDOVDAN QƏRBƏ İLGİNC QARABAĞ ŞƏRTİ

[02.05.2012] - SƏRKİSYAN ERMƏNİLƏRİ MÜHARİBƏ TƏHLÜKƏSİ İLƏ QORXUDUR

[01.05.2012] - ALMAN JURNALI AĞDAM HAQDA YAZIB

[01.05.2012] - ERMƏNİSTAN-AZƏRBAYCAN SƏRHƏDİNDƏKİ GƏRGİNLİK SƏRKİSYANIN SEÇKİ OYUNUDUR

ARXIV

Yeni MÜSAVAT © 2008