 |
KİVDF layihələri
İRANA QARŞI HÜCUM TƏHLÜKƏSİ ERMƏNİSTANDA TƏŞVİŞ YARADIB 2012-02-16 Azərbaycan Qərblə anlaşıb Qarabağda cənub istiqamətində hərbi əməliyyatlara başlaya bilər
|
İranla Qərb arasında böyüməkdə olan qarşıdurma və onun hərbi fazaya keçməsi təhlükəsi Ermənistanda ciddi təşvişlə izlənməkdədir. Düşmən ölkədə narahatdırlar ki, ABŞ və ya İsrailin İrana hərbi müdaxiləsi Ermənistanın bölgədəki ən kritik müttəfiqlərindən birini itirməsi ilə nəticələnə, digər tərəfdən, Azərbaycan regionda yaranmış situasiyadan istifadə edərək Qarabağda hərbi əməliyyatlara başlaya bilər. Son günlər bu narahatlıqlar Ermənistanın ekspert və siyasi çevrələrində, mətbuatında geniş müzakirə olunur. Habelə, rusiyalı hərbi və siyasi təhlilçilər də öz şərhlərində, o cümlədən Ermənistan mediasına müsahibələrində belə narahatlıqları bölüşürlər. Məsələn, Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutundan Mərkəzi Asiya və Qafqaz üzrə ekspert Aleksandr Skakova görə, İrana qarşı müharibə Suriyada Bəşər Əsədin devrilməsinin ardınca başlayacaq və anti-İran koalisiyasında Türkiyə də yer alacaq. Skakovun fikrincə, İrana müdaxilə olsa Azərbaycan da Qarabağda hərbi əməliyyatlara başlayacaq. “İrana qarşı müharibə başlasa, Bakıda hesab edəcəklər ki, Qarabağda hərbi əməliyyatlara başlamaq və müəyyən zaman çərçivəsində cəbhə xəttində dəyişikliklərə nail olmaq, bəzi hakim mövqeləri tutmaq mümkündür” deyə, rusiyalı ekspert bildirir. Skakovun erməni həmkarı, Ermənistan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru Ruben Safrastyan da hesab edir ki, İrana qarşı hərbi əməliyyatlar İrəvan üçün fəlakətli nəticələr doğuracaq. Onun sözlərinə görə, hərbi əməliyyatlar böyüsə Ermənistanın İranla iqtisadi əlaqələri məhdudlaşacaq: “Azərbaycan Birləşmiş Ştatların İrana hücumunda platsdarm ola bilər. Vaşinqton isə bunun əvəzində Bakının Dağlıq Qarabağda hərbi əməliyyatlara başlamasına göz yuma bilər. Əgər bu baş verməsə belə, İrana müdaxilə nəticəsində regionda yaranacaq yeni situasiyada Türkiyə Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçiyə çevrilə bilər. Hər iki ssenari Ermənistana və Dağlıq Qarabağa yaxşı heç nə vəd etmir”. Digər erməni ekspert Sevak Saruxanyan da İrana qarşı müdaxilənin region, xüsusən Ermənistan üçün fəlakətli olacağını deyir. Onun fikrincə, hazırda İran regionda qüvvələr balansının saxlanılmasını təmin edir, həmçinin Qarabağda hərbi əməliyyatların başlamasında çəkindirici amildir. Saruxanyan İranla Ermənistan arasında iqtisadi-ticarət əlaqələrinin kritik əhəmiyyəti haqda danışaraq deyir ki, hərbi əməliyyatlar başlasa İrəvan çox ciddi zərər çəkəcək. Erməni ekspertlər Azərbaycanın Qərblə son təmaslarını və Türkiyə ilə hərbi sahədə apardığı müzakirələri də narahatlıqla izləyirlər. Rəsmi Bakı BMT Təhlükəsizlik Şurasında Suriyaya dair kritik səsvermədə Rusiyanın yox, Qərbin yanında olduğunu nümayiş etdirib, Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılmasına dair qətnamə layihəsinə səs verib. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıda səfərdə olub və ölkə rəhbərliyi ilə danışıqlar aparıb. Daha sonra NATO baş katibinin təmsilçisinin regiona səfəri olub, Azərbaycan prezidenti İlham Əliyev isə bunun ardınca Brüsselə, alyansın mənzil-qərargahına gedib. Ermənistanda istisna etmirlər ki, bütün bu təmaslarda və Bakının Qərblə müzakirələrində əsas diqqət Azərbaycanın Qarabağda hərbi əməliyyatlara başlamasına razılıq almağa yönəlib. Belə ki, ABŞ-ın və ya İsrailin İrana hərbi müdaxiləsi böyüyüb irimiqyaslı toqquşmalara gətirib çıxarsa o zaman müharibəyə daha çox ölkənin qoşulması da qaçılmaz olacaq. Analitiklərə görə, bu halda Cənubi Qafqaz da hərbi əməliyyatlar teatrına çevrilə bilər. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı artıq İrana mümkün müdaxilədən sonra regionda baş verə biləcək hadisələrə hazır olmaq üçün Şimai və Cənubi Qafqazdakı ordu hissələrinin də iştirakı ilə irimiqyaslı manevrlər keçirməyə hazırlaşır. Xəbər verildiyi kimi, Rusiya Baş Qərargahında hərbi təlimlərin ssenarisini hazırlayarkən İrana müdaxilənin ardınca Azərbaycanın da Qarabağda müharibəyə başlayacağı variantı nəzərə alınır. Həmçinin son iki həftədə Rusiyadan Ermənistana bir-birinin ardınca Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, baş nazirin müavini Viktor Zubkov, quru qoşunlarının komandanı Aleksandr Postnikov, Dövlət Sərhəd Xidmətinin rəhbəri Nikolay Kozik və digər yüksək vəzifəli rəsmilər səfər ediblər. Xəbərlərə görə, bu səfərlər zamanı Ermənistanın İran və Türkiyə ilə sərhədlərinin mühafizəsinin gücləndirilməsi də müzakirə edilib. Bəs Rusiya və Ermənistanın ekspert çevrələrində hesab edildiyi kimi, Azərbaycanın İran-Qərb hərbi qarşıdurmasından istifadə edib işğal altındakı ərazilərini geri almaq üçün Qarabağda hərbi əməliyyatlara başlamasına dair narahatlıqlar nə dərəcədə ciddi sayıla bilər? Məlum olduğu kimi, Azərbaycan rəhbərliyi münaqişənin nizamlanmasına dair danışıqlar prosesini davam etdirsə də, hərbi variantın tətbiqinin mümkünlüyü də həmişə nəzərdə tutulur. Danışıqların heç bir nəticə verməməsi müharibə ehtimalını son illər xeyli artırıb. Beynəlxalq araşdırma mərkəzlərində də təsdiq edirlər ki, Azərbaycan Ermənistan üzərində bütün əsas parametrlərə görə hərbi üstünlüyə malikdir. Lakin hərbi üstünlük müharibəyə başlamaq üçün kifayət etmir. Bunun üçün siyasi riskləri də hesablamaq lazımdır. Hazırda Rusiya və Qərb Azərbaycanın Qarabağda hərbi əməliyyatlara başlamasına imkan verməmək üçün ortaq hərəkət edirlər. Ancaq İrana müdaxilə olsa da regionda geosiyasi vəziyyət dəyişə, Azərbaycan üçün şərtlər də dəyişə bilər. Digər tərəfdən, İranla müharibə böyüsə Azərbaycanın cənub sərhədləri boyu işğal altındakı ərazilərinin ermənilərin nəzarətində olması hərbi baxımdan Qərbə qətiyyən sərf etməzdi. Çünki bu ərazilər nəzarətsiz zonadır. Bu baxımdan istisna edilməməlidir ki, İrana müdaxilə ilə bağlı regionda şərtlərin münasib şəkildə dəyişəcəyi halda Azərbaycan bu əraziləri qaytarmaq üçün Qarabağda, cənub istiqamətində hücum əməliyyatlarına başlaya bilər. Qeyd olunmalıdır ki, İran hərbi çevrələrində də belə ssenarini mümkün hesab edirlər. Hətta ötən il İran generalı ABŞ və İsrailin Tehrana müdaxilə üçün Cəbrayıl-Füzuli istiqamətində Azərbaycanı hərbi əməliyyatlara başlamağa hazırladığı barədə iddia səsləndirmişdi. Fərhad MƏMMƏDOV 2538 dəfə baxılıb
|
[20.05.2012] - ERMƏNİLƏRİN QARABAĞDAKI ARXEOLOJİ SAXTAKARLIĞI GÜCLƏNİR [19.05.2012] - “ARTIQ ERMƏNİSTAN KƏNDLƏRİ BOŞALIRDI” [18.05.2012] - ERMƏNİ DƏRSLİKLƏRİNDƏ TÜRKLƏR DÜŞMƏN ROLUNDA [17.05.2012] - PUTİNİN YENİ QARABAĞ KURSUNUN TƏHLÜKƏLİ KONTURLARI GÖRÜNÜR [15.05.2012] - MOSKVADA PUTİNLƏ ÇƏTİN QARABAĞ SÖHBƏTİ GÖZLƏNİLİR [14.05.2012] - SƏRKİSYAN PAYIZDA İSTEFA VERƏ BİLƏR [13.05.2012] - ERMƏNİLƏR XOCALI AEROPORTUNU İŞƏ SALMAQ NİYYƏTİNDƏN ƏL ÇƏKMİR [11.05.2012] - İŞĞALÇILARIN BOĞAZINDA QALAN QƏLƏBƏ [10.05.2012] - XANKƏNDİNDƏ ERMƏNİSTANIN GÜLÜNC GÜC NÜMAYİŞİ [08.05.2012] - BU GÜN ŞUŞANIN İŞĞALINDAN 20 İL KEÇİR [07.05.2012] - ERMƏNİ TERRORU BMT TƏHLÜKƏSİZLİK ŞURASINDA [07.05.2012] - HƏMSƏDRLƏRİN QARABAĞA MAY GƏZİNTİSİ OLACAQ [06.05.2012] - “ERMƏNİLƏR DƏ BİLİR Kİ, ORDA MÜVƏQQƏTİDİRLƏR” [05.05.2012] - “AZƏRBAYCAN YALNIZ MİNSK QRUPUNA İNAMINI İTİRSƏ, MÜHARİBƏ VARİANTINA ƏL ATA BİLƏR” [05.05.2012] - ERMƏNİLƏR ŞUŞANIN İŞĞAL GÜNÜNƏ XARİCDƏN MUZDLULAR GƏTİRİR [04.05.2012] - “RAMİZ GEDƏNDƏN SONRA ŞUŞA DA GETDİ...” [02.05.2012] - NOVRUZ MƏMMƏDOVDAN QƏRBƏ İLGİNC QARABAĞ ŞƏRTİ [02.05.2012] - SƏRKİSYAN ERMƏNİLƏRİ MÜHARİBƏ TƏHLÜKƏSİ İLƏ QORXUDUR [01.05.2012] - ALMAN JURNALI AĞDAM HAQDA YAZIB [01.05.2012] - ERMƏNİSTAN-AZƏRBAYCAN SƏRHƏDİNDƏKİ GƏRGİNLİK SƏRKİSYANIN SEÇKİ OYUNUDUR ARXIV
|