|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Ermənistan ordusunda, xüsusən Azərbaycanın işğal altındakı ərazilərində yerləşdirilmiş erməni hərbi birləşmələrində işgəncələrə dair yeni məlumatlar var. Epress.am. erməni saytı xəbər verir ki, ötən il Dağlıq Qarabağdakı hərbi hissələrdən birində xidmət edərkən qəddar işgəncələrə məruz qalan, döyülməkdən ağlını itirən əsgər Ovanes Vardanyanın atası işin araşdırılmadığını deyir. Əsgər hazırda İrəvanda psixiatrik xəstəxanada müalicə alır. Onun atası deyir ki, iki gün əvvəl Qarabağdan gələn müstəntiqlər oğlu ilə xəstəxanada görüşüb. “Məni otaqdan çıxarıb oğlumu dindirdilər, sonra həkimlər gəlib baxdı. Ertəsi gün mən Qarabağa zəng elədim və müstəntiqlərdən günahkarların nə zaman tapılacağını soruşdum. Onlar cavab verdilər ki, guya işi araşdırırlar. Mən sual etdim ki, necə ola bilər bu müddət ərzində günahkarlar tapılmır? Onlar dedilər ki, narahat olma, bizdə 2500 əsgər var, növbə ilə hamını dindirirlər. Mənim gəldiyim qənaət budur ki, günahkarları tapan olmayacaq” deyə, əsgərin atası Vardan Vardanyan bildirib. Onun dediyinə görə, oğlunu meşəyə aparıb o qədər döyüblər ki, qorxusundan başına gələnlər haqda danışmır: “Yalnız hansısa UAZ-a mindirildiyini xatırladığını deyir. Bildirir ki, zabitlər onu öldürmək, zorlamaq istəyirdilər. Kürəyində dərin çapıq yeri var. Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin təmsilçiləri də onun bədənindəki işgəncə izlərini qeydə alıblar”. F.MƏMMƏDOV 3047 dəfə baxılıb
|
[20.05.2012] - ERMƏNİLƏRİN QARABAĞDAKI ARXEOLOJİ SAXTAKARLIĞI GÜCLƏNİR [19.05.2012] - “ARTIQ ERMƏNİSTAN KƏNDLƏRİ BOŞALIRDI” [18.05.2012] - ERMƏNİ DƏRSLİKLƏRİNDƏ TÜRKLƏR DÜŞMƏN ROLUNDA [17.05.2012] - PUTİNİN YENİ QARABAĞ KURSUNUN TƏHLÜKƏLİ KONTURLARI GÖRÜNÜR [15.05.2012] - MOSKVADA PUTİNLƏ ÇƏTİN QARABAĞ SÖHBƏTİ GÖZLƏNİLİR [14.05.2012] - SƏRKİSYAN PAYIZDA İSTEFA VERƏ BİLƏR [13.05.2012] - ERMƏNİLƏR XOCALI AEROPORTUNU İŞƏ SALMAQ NİYYƏTİNDƏN ƏL ÇƏKMİR [11.05.2012] - İŞĞALÇILARIN BOĞAZINDA QALAN QƏLƏBƏ [10.05.2012] - XANKƏNDİNDƏ ERMƏNİSTANIN GÜLÜNC GÜC NÜMAYİŞİ [08.05.2012] - BU GÜN ŞUŞANIN İŞĞALINDAN 20 İL KEÇİR [07.05.2012] - ERMƏNİ TERRORU BMT TƏHLÜKƏSİZLİK ŞURASINDA [07.05.2012] - HƏMSƏDRLƏRİN QARABAĞA MAY GƏZİNTİSİ OLACAQ [06.05.2012] - “ERMƏNİLƏR DƏ BİLİR Kİ, ORDA MÜVƏQQƏTİDİRLƏR” [05.05.2012] - “AZƏRBAYCAN YALNIZ MİNSK QRUPUNA İNAMINI İTİRSƏ, MÜHARİBƏ VARİANTINA ƏL ATA BİLƏR” [05.05.2012] - ERMƏNİLƏR ŞUŞANIN İŞĞAL GÜNÜNƏ XARİCDƏN MUZDLULAR GƏTİRİR [04.05.2012] - “RAMİZ GEDƏNDƏN SONRA ŞUŞA DA GETDİ...” [02.05.2012] - NOVRUZ MƏMMƏDOVDAN QƏRBƏ İLGİNC QARABAĞ ŞƏRTİ [02.05.2012] - SƏRKİSYAN ERMƏNİLƏRİ MÜHARİBƏ TƏHLÜKƏSİ İLƏ QORXUDUR [01.05.2012] - ALMAN JURNALI AĞDAM HAQDA YAZIB [01.05.2012] - ERMƏNİSTAN-AZƏRBAYCAN SƏRHƏDİNDƏKİ GƏRGİNLİK SƏRKİSYANIN SEÇKİ OYUNUDUR |
| Yeni MÜSAVAT © 2008 |
|