 |
KİVDF layihələri
DÜŞMƏN ÖLKƏ BAŞÇISINDAN ACI ETİRAF 2012-02-20 “Qalib ölkə kasıb və geridə qalmış ola bilməz” Ermənistanın iqtisadi durumuna toxunan Serj Sərkisyan bu sözləri erməni başkəsənlərin qurultayında deyib; düşmən ölkənin rəhbəri “Yerkrapa” ittifaqının tədbirində pafoslu çıxışından da qalmayıb
|
Ermənistanda Azərbaycan torpaqlarının işğalında iştirak etmiş erməni könüllülərdən - xüsusi qəddarlıqları ilə ad çıxaran başkəsənlərdən və digər hərbi canilərdən ibarət yarımhərbi “Yerkrapa” ittifaqının 9-cu qurultayı keçirilib. Əvvəlcə onu qeyd etmək yerinə düşər ki, bu ittifaq formaca ictimai təşkilat olsa da, Ermənistanın siyasi həyatında həmişə ciddi amillərdən biri sayılıb. General Manvel Qriqoryanın başçılıq etdiyi “Yerkrapa” İttifaqı Qarabağ müharibəsindən sonra veteranları birləşdirən təşkilat kimi yaranıb və elan edib ki, onun məqsədi müharibə iştirakçılarının sosial problemlərini həll etməkdir. Çünki dövlət bu problemləri həll edə bilmir. Lakin “Yerkrapa” qeyri-leqal silahlı birləşmələrə malik olan ciddi siyasi güc mərkəzinə çevrilib və 90-cı illərin ortalarında bu təşkilat Ermənistanda az qala prezidentin kim olması məsələsini həll edən əsas qüvvə idi. 1998-ci ildə Qarabağ münaqişəsinin nizamlanmasına dair mərhələli həll variantını qəbul etməyə hazır olduğu üçün prezident Levon Ter-Petrosyanın istefaya məcbur edilməsində də bu ittifaqın həlledici rolu olub. Daha sonra 1999-cu ildə Ermənistan parlamentində aralarında “Yerkrapa”nın liderlərindən baş nazir, Qarabağ müharibəsində azərbaycanlı dinc əhaliyə qarşı xüsusi vəhşiliyi ilə ad çıxarmış Vazgen Manukyanın da olduğu vəzifəli şəxslərin güllələnməsindən sonra hərəkat hakimiyyət bölgüsündə prezident Robert Köçəryana öz şərtlərini diktə edib. Ancaq sonradan Köçəryan “Yerkrapa”nı xeyli zəiflədə bilib, bu təşkilata üzv olan generallar və digər yüksək rütbəli zabitlər ordudakı vəzifələrindən uzaqlaşdırılıb. İttifaqın silahlı dəstələri zəiflədilib. Beləliklə də “Yerkrapa” ilə hakimiyyət arasında münasibətlər pisləşib. 2008-ci il prezident seçkilərində general Manvel Qriqoryan başda olmaqla “Yerkrapa”nın bir hissəsi müxalifətin namizədi Levon Ter-Petrosyana dəstək verib. Ancaq Ter-Petrosyan seçkini uduzanda M.Qriqoryan yenidən hakimiyyətin tərəfinə keçib. Hazırda “Yerkrapa” gücünü itirsə də, hər dəfə seçki yaxınlaşanda və hakimiyyət məsələsi həll ediləndə həm hakimiyyət, həm müxalifət onu öz tərəfinə çəkməyə çalışır. Bu dəfə də belə olub. Ermənistan mətbuatının xəbərlərinə görə, prezident Serj Sərkisyanla yaxınlaşan M.Qriqoryana və “Yerkrapa”nın bir neçə üzvünə hakim Respublika partiyasının siyahısından deputat mandatları vəd olunub. Sərkisyan “Yerkrapa”nı öz tərəfinə çəkməklə hakim koalisiyada seçki ərəfəsində müşahidə olunan çatlara, qüvvələr nisbətinin dəyişməsi təhlükəsinə cavab verir. Belə ki, hakim koalisiyanın əsas ortağı olan “Çiçəklənən Ermənistan” partiyası keçmiş xarici işlər naziri Vardan Oskanyanı və Köçəryanın komandasına aid olan digər fiqurları öz tərəfinə çəkməklə seçkilərə müstəqil qüvvə kimi qatılmağa hazırlaşır. Belə bir vaxtda Sərkisyan gücünü itirmiş olsa da, “Yerkrapa”ya stavka edib və onun qurultayına qatılaraq pafoslu nitq söyləyib. Ötən şənbə günü keçirilən qurultaya müdafiə naziri Seyran Ohanyanla birgə qatılan S.Sərkisyan çıxışına “Yerkrapa” üzvlərinə “sizinlə görüşməyə şadam, uşaqlar!” deyə başlayıb. O, “Yerkrapa”nı “doğma torpaqları” öz qanadı altına alan valideynə bənzədib, deyib ki, indiki Ermənistan ordusu bu valideynin övladıdır. Sərkisyan “kənlisindən tutmuş müəlliminə, fəhləsinə qədər” ermənilərin könüllü dəstələrdə birləşərək Şuşanı, Kəlbəcəri, Zəngilanı və digər əraziləri necə “fəth etməsindən” danışıb. “Yerkrapa” üzvlərinə keçmiş döyüşçü demək olmaz, əgər lazım olsa, biz və dostlarımız yenə də döyüşə atılmağa hazırıq", - deyə o bildirib. Ancaq bunu da əlavə etməyi zəruri bilib: “Allah eləsin, bir də belə zərurət yaranmasın”. Sonra Sərkisyan “Yerkrapa”nın Ermənistanın ictimai-siyasi həyatındakı rolundan bəhs edib, deyib ki, müharibədən sonra azad, ədalətli Ermənistan quruculuğu başlayıb. Bu zaman o, Ermənistanın Qarabağ müharibəsində qalib gəlməsinə baxmayaraq kasıb və geridə qalmış ölkə olduğunu da etiraf etməli olub. “Bu, zamanın tələbidir, başqa çıxış yolu yoxdur. Biz ölkəni dəyişməli, yeniləməli, gələcəyi qurmalıyıq. Dəyişikliklər ilk növbədə mənfi hallara qarşı yönələcək. Həm siyasi, həm hüquqi, sənaye, elm, təhsil sahələrini əhatə edəcək. Ermənistan qalib ölkədir, o, kasıb və geridə qalmış ola bilməz”, - deyə o bildirib. General M.Qriqoryan isə çıxışına Sərkisyana döyüş yoldaşı kimi müraciət etməklə başlayıb, deyib ki, “Yerkrapa” ona inanır və dəstəkləyir. O, “Yerkrapa”nın qarşıdakı seçkilərdə fəal iştirak edəcəyini deyib. Müdafiə naziri S.Ohanyan isə çıxışında Qarabağ cəbhəsindəki vəziyyətdən danışıb, əsl erməni xisləti ilə qırmızı yalan danışaraq deyib ki, Ermənistan qüvvələri “bir dəfə də olsun” atəşkəsi birinci pozmur. Yalnız qarşı tərəf atəş açanda cavab verir. “Düşmən bizim postlarımızın zəif nöqtələrini tapmağa çalışır, sayıqlığımızı yoxlamaq istəyir, ancaq cavab alanda susur”, - deyə Ohanyan bildirib. Sərkisyanın “Yerkrapa”nın qurultayındakı pafoslu çıxışında əsas diqqət çəkən məqam onun Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal edərək “qalib ölkə” olmasına baxmayaraq uğursuz, geridə qalmış və kasıb ölkəyə çevrilməkdən o yana gedə bilmədiyinə etdiyi işarədir. Məhz bu işğalçılıq siyasəti nəticəsində Ermənistan, Sərkisyanın da etiraf etdiyi kimi, kasıb və geridə qalmış ölkəyə çevrilib. Onun iqtisadiyyatı acınacaqlı durumdadır, tamamilə başqa dövlətin - Rusiyanın nəzarətindədir. Ermənistanın müstəqilliyi kağız üzərində mövcuddur, Sərkisyanın barəsində fəxrlə bəhs etdiyi erməni ordusunun ötən il İrəvanda keçirdiyi parad zamanı öndə Rusiya bayrağı altında həmin ölkənin hərbi bazasının əsgərlərinin keçidi də bunun simvolik təsdiqi idi. 90-cı illərin əvvəllərindən başlayaraq Ermənistan əhalisinin az qala yarısı ölkəni tərk edib, kütləvi mühacirət, ermənilərin özlərinin də təsdiq etdiyi kimi, Qarabağ məsələsində onların uduzmasına gətirib çıxaracaq problemə çevrilib. Ermənistan bütün regional iqtisadi, enerji layihələrindən kənarda qalıb. Buna baxmayaraq Ermənistan və ona rəhbərlik edən, Azərbaycan ərazilərinin talanması hesabına varlanan “Qarabağ klanı” münaqişənin dinc yolla həlli imkanlarını baltalamaqda davam edir. Və belə görünür ki, Qarabağda Sərkisyanın “Allah eləsin, bir də belə zərurət yaranmasın” deyə qorxu hissiylə işarə etdiyi yeni müharibə qaçılmaz olacaq. Sıralarında Xocalı, Qaradağlı kimi erməni vəhşiliyini əks etdirən qətliamın müəlliflərinin də birləşdiyi “Yerkrapa” da budəfəki seçkilərdə Sərkisyanı və onun başçılıq etdiyi Respublika partiyasını dəstəkləməsini regiondakı gərgin vəziyyət və Qarabağda yeni müharibə təhlükəsi ilə əsaslandırır. Ancaq “Lragir.am” saytı “Yerkrapa”nın faciəsi" adlı yazısında qeyd edir ki, bu dəstəyin arxasında general Manvelin və digərlərinin hakimiyyətdən, biznesdən öz paylarını alıb əksəriyyəti acınacaqlı durumda yaşayan Qarabağ veteranlarının maraqlarını növbəti dəfə satmaq məramı dayanır. F.MƏMMƏDOV 10704 dəfə baxılıb
|
[20.05.2012] - ERMƏNİLƏRİN QARABAĞDAKI ARXEOLOJİ SAXTAKARLIĞI GÜCLƏNİR [19.05.2012] - “ARTIQ ERMƏNİSTAN KƏNDLƏRİ BOŞALIRDI” [18.05.2012] - ERMƏNİ DƏRSLİKLƏRİNDƏ TÜRKLƏR DÜŞMƏN ROLUNDA [17.05.2012] - PUTİNİN YENİ QARABAĞ KURSUNUN TƏHLÜKƏLİ KONTURLARI GÖRÜNÜR [15.05.2012] - MOSKVADA PUTİNLƏ ÇƏTİN QARABAĞ SÖHBƏTİ GÖZLƏNİLİR [14.05.2012] - SƏRKİSYAN PAYIZDA İSTEFA VERƏ BİLƏR [13.05.2012] - ERMƏNİLƏR XOCALI AEROPORTUNU İŞƏ SALMAQ NİYYƏTİNDƏN ƏL ÇƏKMİR [11.05.2012] - İŞĞALÇILARIN BOĞAZINDA QALAN QƏLƏBƏ [10.05.2012] - XANKƏNDİNDƏ ERMƏNİSTANIN GÜLÜNC GÜC NÜMAYİŞİ [08.05.2012] - BU GÜN ŞUŞANIN İŞĞALINDAN 20 İL KEÇİR [07.05.2012] - ERMƏNİ TERRORU BMT TƏHLÜKƏSİZLİK ŞURASINDA [07.05.2012] - HƏMSƏDRLƏRİN QARABAĞA MAY GƏZİNTİSİ OLACAQ [06.05.2012] - “ERMƏNİLƏR DƏ BİLİR Kİ, ORDA MÜVƏQQƏTİDİRLƏR” [05.05.2012] - “AZƏRBAYCAN YALNIZ MİNSK QRUPUNA İNAMINI İTİRSƏ, MÜHARİBƏ VARİANTINA ƏL ATA BİLƏR” [05.05.2012] - ERMƏNİLƏR ŞUŞANIN İŞĞAL GÜNÜNƏ XARİCDƏN MUZDLULAR GƏTİRİR [04.05.2012] - “RAMİZ GEDƏNDƏN SONRA ŞUŞA DA GETDİ...” [02.05.2012] - NOVRUZ MƏMMƏDOVDAN QƏRBƏ İLGİNC QARABAĞ ŞƏRTİ [02.05.2012] - SƏRKİSYAN ERMƏNİLƏRİ MÜHARİBƏ TƏHLÜKƏSİ İLƏ QORXUDUR [01.05.2012] - ALMAN JURNALI AĞDAM HAQDA YAZIB [01.05.2012] - ERMƏNİSTAN-AZƏRBAYCAN SƏRHƏDİNDƏKİ GƏRGİNLİK SƏRKİSYANIN SEÇKİ OYUNUDUR ARXIV
|