22 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
KİVDF layihələri

QARABAĞDA MÜHARİBƏ BAŞLASA...

2012-02-22

KTMT-nin baş katibi Nikolay Bordyuja: “Dağlıq Qarabağ münaqişəsinin kəskinləşəcəyi halda Ermənistan lazım olan bütün köməyi alacaq”
Parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Aydın Mirzəzadə onu Azərbaycandan üzr istəməyə çağırır

Dağlıq Qarabağ münaqişəsinin kəskinləşəcəyi halda Ermənistan lazım olan bütün köməyi alacaq. Bu barədə Ermənistanın da üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja bildirib. “Ermənistan öz öhdəçilikləri və hüquqları ilə KTMT-nin tamhüquqlu üzvüdür: vəzifə başqa dövlətin kollektiv təhlükəsizliyinin təminatı üçün öz imkanlarını təqdim etmək və öz müttəfiqlərindən eyni köməyi almaq hüququdur” deyə, o “RİA Novosti”də keçirilən on-line mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsi tərəfləri arasında vəziyyətin böhranlı həddə çatacağı halda KTMT-nin nə edəcəyi ilə bağlı suala cavab verərkən bildirib.

Nikolay BordyujaSualı ona erməni jurnalist ünvanlayıb. Bordyujanın sözlərinə görə, bu gün KTMT üzvü olan ölkələrdə bu və ya digər böhranlı vəziyyətin inkişafını qabaqcadan nəzərə almaq mümkün deyil: “Qırğızıstanda olduğu kimi variantlar var; Belarusda və ya Rusiyada, yaxud Qazaxıstanda böhranlı vəziyyətin necə inkişaf edəcəyi ilə bağlı variantlar var. Hər şey bu və ya digər dövlətdə yaranan vəziyyətin konkret formatından asılıdır. Qərar da bundan çıxış edərək qəbul ediləcək”.
Bordyuja izah edib ki, KTMT yanındakı Kollektiv çevik qüvvələrlə yanaşı, vəziyyətə təsir üzrə siyasi və sülhyaratma potensialı da mövcuddur: “Bizim terrorizmlə və narkomafiyanın fəaliyyəti ilə bağlı hadisələrə, həmçinin informasiya təhlükəsizliyi və miqrasiya sahəsində cinayətkar qruplaşmaların fəaliyyətinə əks təsir üzrə operativ bölmələrin tətbiqi ilə bağlı potensialımız var. Lakin bir daha təkrar edirəm: Ermənistan KTMT-nin tamhüquqlu üzvü kimi bütün zəruri köməyi alacaq”. Bordyuja onu da deyib ki, KTMT-nin hazırda Qarabağ münaqişəsinə qarışmaq səlahiyyəti yoxdur. Lakin hərbi blok münaqişə ətrafındakı vəziyyəti izləyir. “Başa düşürük ki, Ermənistan bizim müttəfiqimizdir, ancaq bununla belə münaqişənin nizamlanması üzrə beynəlxalq mexanizmlər var, o cümlədən ATƏT-in Minsk Qrupu, həmçinin Ermənistan, Azərbaycan, Rusiya prezidentlərinin üçtərəfli görüş formatı. Bu mexanizmlər işləməlidir” deyə, Bordyuja bildirib. Onun fikrincə, yeni mexanizmlər yaratmağa və kiminsə bu münaqişəyə qarışmasına ehtiyac yoxdur.
KTMT-nin baş katibi bundan əvvəl də blokun Qarabağda mümkün müharibə zamanı Ermənistana dəstək verəcəyi yönündə bəyanatlar səsləndirib. Ümumiyyətlə, bu rus generalı Ermənistan auditoriyasına yönələn bu cür açıqlamalarla vaxtaşırı olaraq çıxış edir. Belə ruhlandırıcı açıqlamalar Ermənistan rəhbərliyinə də lazımdır və ölkə əhalisi arasında Azərbaycanın hərbi qüdrətinin artması ilə bağlı artan təşvişi sakitləşdirmək üçün tətbiq edilir. Lakin blokun Qarabağda mümkün müharibə zamanı Ermənistana “bütün zəruri kömək” göstərmək barədə qərar qəbul etməsi Bordyujanın səlahiyyətində deyil. Belə qərarı bloka üzv ölkələrin dövlət başçıları çıxarmalıdır. Hansı ki, Ermənistanın özündə də KTMT-nin Azərbaycanın Qarabağda hərbi əməliyyatlara başlayacağı təqdirdə onların köməyinə tələsəcəyinə inanmırlar. Erməni siyasətçiləri, ekspertləri hesab edirlər ki, KTMT-nin Qarabağda mümkün müharibə zamanı Ermənistanın köməyinə gələcəyi illüziyadır. Çünki KTMT üzvü olan Qazaxıstan və ya Qırğızıstan kimi ölkələrin Qarabağda gedən hərbi əməliyyatlara blokun müdaxiləsi barədə qərara dəstək verəcəyini heç kim gözləmir. Üstəlik blokun Rusiyadan sonra ikinci aparıcı üzvü olan Belarusun Azərbaycanla yaxşı tərəfdaşlıq əlaqələri var.
Ən yaxşı halda Rusiyanın birtərəfli qaydada Ermənistana hərbi köməyindən söhbət gedə bilər. Çünki KTMT çərçivəsində müttəfiqlikdən əlavə Ermənistanla Rusiya arasında ikitərəfli hərbi müttəfiqlik sazişi də var. Bu sazişə əsasın Ermənistanın sərhədlərinin, o cümlədən Azərbaycanla sərhədlərinin mühafizəsini rus qoşunları təmin edir. Lakin yenə də Qarabağda başlaya biləcək mümkün hərbi əməliyyatların Ermənistan ərazisinə keçməyəcəyi təqdirdə Rusiyanın öz qüvvələrini Azərbaycana qarşı çevirməyə hüquqi əsası ola bilməz. Azərbaycan isə Ermənistana müdaxiləyə hazırlaşmır. Ancaq analitiklərə görə nəzəri olaraq mümkündür ki, Ermənistan Azərbaycanla sərhəd boyu vəziyyəti gərginləşdirməklə rus qoşunlarının işə qarışması üçün zəmin formalaşdırmağa çalışa bilər. KTMT-nin nizamnaməsinə əsasən bu blok ancaq Ermənistana xarici müdaxilə zamanı onun köməyinə gələ bilər. Ancaq söhbət Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində, Ermənistanın işğalı altında olan ərazilərdə hərbi əməliyyatların aparılmasından gedərsə o zaman blokun buna qarışmağa heç bir hüquqi əsası ola bilməz. Beləliklə, Rusiya generalının bəyanatı Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə birbaşa dəstək və Bakıya ünvanlanmış təhdid kimi şərh edilə bilər.
Aydın MirzəzadəBakıdan isə Bordyujanın erməniləri ruhlandırmağa xidmət edən açıqlamasına sərt reaksiyalar verilib. Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Aydın Mirzəzadə “Trend”ə bildirib ki, Nikolay Bordyuja səlahiyyətlərindən kənar bəyanatlar verir. “Belə təəssürat yaranır ki, Bordyuja rəhbəri olduğu təşkilatın nizamnaməsindən xəbərsizdir. KTMT üzv ölkələrin təhlükəsizliyini qorumaq üçündür, Dağlıq Qarabağ isə Ermənistanın ərazisi deyil. Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarda Ermənistanın yaratdığı oyuncaq "Dağlıq Qarabağ Respublikasını" heç kim, o cümlədən İrəvan özü tanımır. Dəfələrlə KTMT-yə üzv ölkələrin, eləcə də təşkilatın rəhbərləri bildiriblər ki, söhbət Ermənistanın təhlükəsizliyinin təmin olunmasından gedir. Mən təəssüf edirəm ki, Rusiya kimi nəhəng bir ölkənin nümayəndəsi bu gün rəhbəri olduğu təşkilatın nizamnaməsindən kənar bəyanatlar verir. Dağlıq Qarabağ Azərbaycanın Ermənistan tərəfdən işğal olunmuş torpağıdır" deyə, Mirzəzadə bildirib. O qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün iki yolu var - diplomatik danışıqlar və hərb yolu. Azərbaycan bu gün hər iki yolun üzərində fəal surətdə işləyir və düzgün saydığı variantı qəbul edəcək: “Bordyuja verdiyi bəyanata görə Azərbaycandan üzr istəməlidir. KTMT-nin rəhbəri üzv dövlətin işğalçılıq siyasətinə dəstək verirsə, buna qəti etiraz bildirmək lazımdır”.

F.MƏMMƏDOV

8066 dəfə baxılıb

Xəbəri paylaş

[20.05.2012] - ERMƏNİLƏRİN QARABAĞDAKI ARXEOLOJİ SAXTAKARLIĞI GÜCLƏNİR

[19.05.2012] - “ARTIQ ERMƏNİSTAN KƏNDLƏRİ BOŞALIRDI”

[18.05.2012] - ERMƏNİ DƏRSLİKLƏRİNDƏ TÜRKLƏR DÜŞMƏN ROLUNDA

[17.05.2012] - PUTİNİN YENİ QARABAĞ KURSUNUN TƏHLÜKƏLİ KONTURLARI GÖRÜNÜR

[15.05.2012] - MOSKVADA PUTİNLƏ ÇƏTİN QARABAĞ SÖHBƏTİ GÖZLƏNİLİR

[14.05.2012] - SƏRKİSYAN PAYIZDA İSTEFA VERƏ BİLƏR

[13.05.2012] - ERMƏNİLƏR XOCALI AEROPORTUNU İŞƏ SALMAQ NİYYƏTİNDƏN ƏL ÇƏKMİR

[11.05.2012] - İŞĞALÇILARIN BOĞAZINDA QALAN QƏLƏBƏ

[10.05.2012] - XANKƏNDİNDƏ ERMƏNİSTANIN GÜLÜNC GÜC NÜMAYİŞİ

[08.05.2012] - BU GÜN ŞUŞANIN İŞĞALINDAN 20 İL KEÇİR

[07.05.2012] - ERMƏNİ TERRORU BMT TƏHLÜKƏSİZLİK ŞURASINDA

[07.05.2012] - HƏMSƏDRLƏRİN QARABAĞA MAY GƏZİNTİSİ OLACAQ

[06.05.2012] - “ERMƏNİLƏR DƏ BİLİR Kİ, ORDA MÜVƏQQƏTİDİRLƏR”

[05.05.2012] - “AZƏRBAYCAN YALNIZ MİNSK QRUPUNA İNAMINI İTİRSƏ, MÜHARİBƏ VARİANTINA ƏL ATA BİLƏR”

[05.05.2012] - ERMƏNİLƏR ŞUŞANIN İŞĞAL GÜNÜNƏ XARİCDƏN MUZDLULAR GƏTİRİR

[04.05.2012] - “RAMİZ GEDƏNDƏN SONRA ŞUŞA DA GETDİ...”

[02.05.2012] - NOVRUZ MƏMMƏDOVDAN QƏRBƏ İLGİNC QARABAĞ ŞƏRTİ

[02.05.2012] - SƏRKİSYAN ERMƏNİLƏRİ MÜHARİBƏ TƏHLÜKƏSİ İLƏ QORXUDUR

[01.05.2012] - ALMAN JURNALI AĞDAM HAQDA YAZIB

[01.05.2012] - ERMƏNİSTAN-AZƏRBAYCAN SƏRHƏDİNDƏKİ GƏRGİNLİK SƏRKİSYANIN SEÇKİ OYUNUDUR

ARXIV

Yeni MÜSAVAT © 2008