22 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
KİVDF layihələri

QARABAĞDAKI SEPARATÇI REJİMİN RƏHBƏRİNİ TOPA TUTURLAR

2012-02-22

Bako Saakyanın qarşılıqlı güzəştlərin mümkünlüyü barədə danışması erməni mediasında və siyasi çevrələrində kəskin qarşılanıb

Özünü Dağlıq Qarabağdakı oyuncaq erməni “dövlətinin” başçısı adlandıran Bako Saakyan erməni mediasının və ekspertlərinin tənqid hədəfindədir. Buna səbəb B.Saakyanın “Armeniya” qəzetinə verdiyi müsahibə olub. Həmin müsahibədə separatçı erməni rejiminin rəhbəri deyib ki, Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycanla “qarşılıqlı güzəştlər” mümkündür.

O, hansı mümkün güzəştlərdən söhbət getdiyini dəqiqləşdirməsə də deyib ki, Dağlıq Qarabağ “hakimiyyəti” heç vaxt kompromisləri inkar etməyib. Lakin birtərəfli güzəştləri qeyri-mümkün hesab edir. Saakyanın qondarma “Dağlıq Qarabağ Respublikası” nın yaranmasının 20 illiyində işlətdiyi bu fikirlər sosial şəbəkələrdə və mediada ona ünvanlanan sərt tənqidlərə səbəb olub.
“Lragir.am. saytı yazır ki, bundan əvvəl Saakyan Azərbaycan və erməni tərəflərinin kompromis anlayışlarının fərqli olduğunu demişdi. Belə ki, Azərbaycan Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsi hüququ əvəzində ərazilərin qaytarılmasını nəzərdə tutur. Bəs Ermənistanda və Qarabağda güzəştlər deyəndə nəyi nəzərdə tuturlar? Saakyan bu barədə heç nə demir. Maraqlıdır ki, şəxsi söhbətlərdə Saakyan və digər Qarabağ siyasətçiləri deyirlər ki, heç bir güzəştdən söhbət gedə bilməz, bu barədə deyilənlər ancaq diplomatiya xatirinədir və Ermənistan rəhbərliyinin xahişi ilə edilir. Məqsəd danışıqlar prosesini korlamamaqdır. Üstəlik Qarabağın və Ermənistanın rəhbərliyi hər dəfə güzəştlər barədə bəyanatlardan sonra belə deyir. Deməyə məcburdur, çünki Qarabağ cəmiyyəti, xüsusən orta zabit heyəti, keçmiş ”kombatlar", hətta Saakyana yaxın adamlar onlardan güzəştlərin olmayacağına dair vəd almağa çalışırlar" deyə, sayt yazır. Müəllif qeyd edir ki, əgər belə vədlər olmasa çoxdan Saakyanı devirərdilər. Çünki Qarabağ cəmiyyəti hər hansı ərazi güzəştinə qarşıdır. Məqalədə deyilir ki, danışıqlarda iştirak etmədiyi halda Saakyanın güzəştlər haqda danışması Ermənistanın mövqelərini zəiflədir. Sayt yazır ki, üzdə güzəştlər haqda danışıb arxada “bir qarış da torpaq qaytarmaq olmaz” demək diplomatiya deyil. “Armenia today” saytı da Saakyanın kompromislər barədə sözlərini tənqid edərək Qarabağ rəhbərliyini “təslimçi mövqe” tutmaqda günahlandırıb. Qeyd edək ki, Ermənistan prezidenti Serj Sərkisyan da vaxtilə müsahibələrindən birində Dağlıq Qarabağ ətrafındakı rayonlarda məskunlaşmanın aparılmadığını, çünki bu ərazilərin nə vaxtsa qaytarılacağını demişdi. Sərkisyanın həmin sözləri onu dərhal kəskin tənqid hədəfinə çıxardı. Azərbaycan ərazilərinin işğalından hərislənən erməni cəmiyyətində ərazilərin qaytarılmasına dair istənilən bəyanat aqressiv qarşılanır. Beynəlxalq ekspertlər də bunu münaqişənin həllinə mane olan əsas amillərdən biri kimi qeyd edirlər.

F.MƏMMƏDOV

2915 dəfə baxılıb

Xəbəri paylaş

[20.05.2012] - ERMƏNİLƏRİN QARABAĞDAKI ARXEOLOJİ SAXTAKARLIĞI GÜCLƏNİR

[19.05.2012] - “ARTIQ ERMƏNİSTAN KƏNDLƏRİ BOŞALIRDI”

[18.05.2012] - ERMƏNİ DƏRSLİKLƏRİNDƏ TÜRKLƏR DÜŞMƏN ROLUNDA

[17.05.2012] - PUTİNİN YENİ QARABAĞ KURSUNUN TƏHLÜKƏLİ KONTURLARI GÖRÜNÜR

[15.05.2012] - MOSKVADA PUTİNLƏ ÇƏTİN QARABAĞ SÖHBƏTİ GÖZLƏNİLİR

[14.05.2012] - SƏRKİSYAN PAYIZDA İSTEFA VERƏ BİLƏR

[13.05.2012] - ERMƏNİLƏR XOCALI AEROPORTUNU İŞƏ SALMAQ NİYYƏTİNDƏN ƏL ÇƏKMİR

[11.05.2012] - İŞĞALÇILARIN BOĞAZINDA QALAN QƏLƏBƏ

[10.05.2012] - XANKƏNDİNDƏ ERMƏNİSTANIN GÜLÜNC GÜC NÜMAYİŞİ

[08.05.2012] - BU GÜN ŞUŞANIN İŞĞALINDAN 20 İL KEÇİR

[07.05.2012] - ERMƏNİ TERRORU BMT TƏHLÜKƏSİZLİK ŞURASINDA

[07.05.2012] - HƏMSƏDRLƏRİN QARABAĞA MAY GƏZİNTİSİ OLACAQ

[06.05.2012] - “ERMƏNİLƏR DƏ BİLİR Kİ, ORDA MÜVƏQQƏTİDİRLƏR”

[05.05.2012] - “AZƏRBAYCAN YALNIZ MİNSK QRUPUNA İNAMINI İTİRSƏ, MÜHARİBƏ VARİANTINA ƏL ATA BİLƏR”

[05.05.2012] - ERMƏNİLƏR ŞUŞANIN İŞĞAL GÜNÜNƏ XARİCDƏN MUZDLULAR GƏTİRİR

[04.05.2012] - “RAMİZ GEDƏNDƏN SONRA ŞUŞA DA GETDİ...”

[02.05.2012] - NOVRUZ MƏMMƏDOVDAN QƏRBƏ İLGİNC QARABAĞ ŞƏRTİ

[02.05.2012] - SƏRKİSYAN ERMƏNİLƏRİ MÜHARİBƏ TƏHLÜKƏSİ İLƏ QORXUDUR

[01.05.2012] - ALMAN JURNALI AĞDAM HAQDA YAZIB

[01.05.2012] - ERMƏNİSTAN-AZƏRBAYCAN SƏRHƏDİNDƏKİ GƏRGİNLİK SƏRKİSYANIN SEÇKİ OYUNUDUR

ARXIV

Yeni MÜSAVAT © 2008