|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Ötən gün Qusar rayonunda 65 yaşlı Novruzbəy Ağayevi evində qətlə yetirməkdə şübhəli bilinən şəxs yaxalanıb. Qusar rayon prokurorunun köməkçisi Anar Salehovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, Qusar rayon polis şöbəsi və prokurorluğunun əməkdaşlarının həyata keçirdikləri birgə axtarış əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən 22.05.1992-ci il təvəllüdlü Kamil Nadir oğlu Vəlimətov şübhəli şəxs qismində saxlanılıb. Hadisənin baş vermə səbəbləri, motivi haqqında araşdırma aparılır və istintaqın nəticəsindən sonra ətraflı məlumat veriləcək. ANS PRESS-in bölgə müxbirinin əldə etdiyi digər məlumata görə, Kamil Vəlimətov əvvəlcə yaşlı kişinin boğazını bıçaqla yaralayıb, daha sonra kəndirlə onu boğub. Xatırladaq ki, yanvarın 23-nə keçən gecə saat 23:40 radələrində Qusar rayonunun Gədə Zeyxur kənd sakini, 1947-ci il təvəllüdlü Novruzbəy Rəşid oğlu Ağayevin evində meyiti aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olub. İlkin araşdırmalar zamanı hadisənin qətl olduğu təsdiqlənib. Qeyd edək ki, faktla bağlı Qusar rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.
718 dəfə baxılıb
|
[18.05.2012] - ÜÇ VƏZIFƏLI KORRUPSİYAYA GÖRƏ HƏBS EDİLDİ [17.05.2012] - TÜRKİYƏDƏ ÖLDÜRÜLƏN AZƏRBAYCANLI ANA-BALANIN ŞOK HEKAYƏTİ [17.05.2012] - ORDUDA DAHA BİR QƏTLİAM [14.05.2012] - PETERBURQDA AZƏRBAYCANLILAR ARASINDA KRİMİNAL “RAZBORKA” [13.05.2012] - QƏZALAR ADAM QIRMAQDA DAVAM EDİR [12.05.2012] - LƏNKƏRANDA AĞIR YOL QƏZASI [11.05.2012] - 24 YAŞLI GƏNC QƏTLƏ YETİRİLİB [10.05.2012] - TÜRKİYƏDƏ İKİ AZƏRBAYCANLI QADIN ÖLDÜRÜLDÜ [08.05.2012] - MİNGƏÇEVİRDƏ İKİ VELOSİPEDÇİNİ MAŞIN VURUB [08.05.2012] - QAZAXISTANDA MÜDHİŞ YOL QƏZASI - 15 ÖLÜ [08.05.2012] - YEVLAXDA ÇOBAN ÖLDÜRÜLÜB [07.05.2012] - ŞABRANDA ÜÇ UŞAQ ATASI İNTİHAR EDİB [07.05.2012] - SUMQAYITDA 40 GÜNDÜR İTKİN DÜŞƏN UŞAĞIN HEKAYƏTİ [07.05.2012] - BULVARDA MÜHAFİZƏÇİLƏRLƏ GƏNCLƏR ARASINDA DAVA [06.05.2012] - “MERCEDES” 40 YAŞLI QADINI ÖLDÜRDÜ [05.05.2012] - BDU-nun PROFESSORU MƏHƏMMƏD İMANLI SAXLANILIB [05.05.2012] - BAŞ LEYTENANTIMIZ BƏDBƏXT HADİSƏ NƏTİCƏSİNDƏ ÖLÜB [05.05.2012] - ÖZÜNDƏN 19 YAŞ BÖYUK ADAMI BIÇAQLADI [04.05.2012] - İTKİN QIZIN MEYİTİ TAPILDI |
| Yeni MÜSAVAT © 2008 |
|