23 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Kriminal

ŞİRVANDA DA EV YANIB...

2012-01-29

...Zaqatalada da

Şirvanda fərdi yaşayış evi yanıb. Bu barədə APA-nın Mil-Muğan bürosuna Şirvan Dövlət Yanğından Mühafizə Hissəsindən məlumat verilib. Məlumatda bildirilir ki, yanvar;n 29-da günorta saatlarında Şirvan şəhəri, Vidadi küçəsi, ev 12 ünvanında yerləşən, 1979-cu il təvəllüdlü İbrahimov Elman Şirindil oğluna məxsus fərdi yaşayış evində elektrik cərəyanında yaranmış qısaqapanmadan yanğın baş verib.

Yanğın zamanı xəsarət alan olmasa da, ev 70 kv/m sahədə içindəki əşyalarla birlikdə yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şirvan Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikası cəlb olunub. Yanğın lokallaşdırılıb.
Faktla bağlı araşdırma aparılır.

Azərbaycanın Zaqatala rayonunda da yanğın hadisəsi baş verib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala Yanğından Mühafizə Hissəsindən (YMH) məlumat verilib. Yanğın yanvarın 29-da səhər saatlarında rayonun Əliabad qəsəbəsində, Minəxanım Buliyevaya məxsus, ümumi sahəsi 300 kv/m olan, bir mərtəbəli, dörd otaqlı evdə qeydə alınıb. Hadisə yerinə dərhal Zaqatala YMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Evin tam yanmasının qarşısı alınıb. Nəticədə evin 60 kv/m sahəsinin yanar konstruksiyaları və orada olan ev əşyaları yanaraq yararsız hala düşüb.
Yanğın zamanı evdə xəstə yatan 1965-ci il təvəllüdlü İsa Buliyev Zaqatala YMH-nin əməkdaşları tərəfindən xilas edilib. Yanğın nəticəsində ev sahiblərindən xəsarət alan olmayıb. Faktla bağlı Zaqatala YMH-də araşdırma aparılır.
Qeyd edək ki, yanvar ayı ərzində Zaqatala rayonunda 5 yaşayış evində yanğın hadisəsi baş verib. Bir ev tam yanaraq yararsız hala düşüb, digər evlərin tam yanmasının qarşısı alınıb.

APA

570 dəfə baxılıb

Xəbəri paylaş

[22.02.2012] - 74 YAŞLI QADINI ÖLDÜRƏN ŞƏXSİN TUTULDUĞU ELAN OLUNDU

[21.02.2012] - ŞƏN VƏ HAZIRCAVAB QARƏT

[21.02.2012] - DAHA BİR VƏZİFƏLİ ŞƏXS RÜŞVƏT ALANDA TUTULDU

[20.02.2012] - AXTARIŞDA OLAN ŞƏXS YAXALANDI

[20.02.2012] - TAKSİ SÜRÜCÜSÜNƏ QARŞI QULDURLUQ EDƏNLƏR YAXALANDI

[20.02.2012] - İKİ QARDAŞ QADINI DÖYƏRƏK ÖLDÜRÜB

[20.02.2012] - SÜRÜCÜ PİYADANI VURARAQ ÖLDÜRDÜ

[20.02.2012] - BAKI SAKİNİNİ DÖYƏRƏK ÖLDÜRDÜLƏR

[20.02.2012] - NARKOTİK SATANLAR YAXALANDI

[20.02.2012] - KEÇMİŞ MƏHKUMUN ÜZƏRİNDƏN SİLAH TAPILDI

[20.02.2012] - TİCARƏT MƏRKƏZİNDƏN 32 MİN DOLLAR OĞURLAYANLAR YAXALANDI

[20.02.2012] - OĞURLUQ EDƏN ŞƏXSİN ÜZƏRİNDƏN HEROİN TAPILDI

[20.02.2012] - İKİ QARDAŞ BİR QIZI DÖYƏRƏK ÖLDÜRÜB

[19.02.2012] - BAKIDA BMT NÜMAYƏNDƏSİNİN ANASI ÖLDÜRÜLDÜ

[19.02.2012] - ARVADINI BALTALAYAN ƏR ÖZÜNÜ 7-ci MƏRTƏBƏDƏN ATDI

[19.02.2012] - BİR ƏSGƏRİMİZ O BİRİNİ GÜLLƏLƏDİ

[19.02.2012] - BAKIDA İKİ SİLAHLI ŞƏXS TUTULDU

[16.02.2012] - AXTARIŞDA OLAN ŞƏXS YAXALANIB

[16.02.2012] - BAKIDA ÇOXSAYLI OĞURLUQ EDƏNLƏR YAXALANDI

[16.02.2012] - PAYTAXTDA QUMARXANA AŞKARLANDI

ARXIV

Yeni MÜSAVAT © 2008