22 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Kriminal

QƏBİRİSTANLIQDA DONARAQ ÖLDÜ

2012-02-03

Azərbaycan paytaxtında daha bir nəfər donaraq ölüb. Bu barədə APA-ya Suraxanı Rayon Polis İdarəsindən bildirilib.

Hadisə bu gün Əmircan qəsəbəsində yerləşən kənd qəbiristanlığında qeydə alınıb. Qəbiristanlıq ərazisində 50-55 yaşlarında kişi meyitinin olması barədə polisə məlumat daxil olub. Daxil olan məlumat əsasında hadisə yerinə rayon Prokurorluğunun əməkdaşları çıxıb. Meyitə ilkin baxış keçirilərkən onun donaraq öldüyü məlum olub. Mərhumun şəxsiyyəti hələlik məlum olmasa da, onun tüfeyli həyat tərzi keçirdiyi ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, ölkədə müşahidə olunan şaxtalı hava şəraiti ilə əlaqədar dünəndən bu gün səhər saatlarına kimi Bakıda 4 donvurma hadisəsi qeydə alınıb. Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov APA-ya bildirib ki, donvurmaya məruz qalanlardan 3-ü “bomj” olub və onlar xəstəxanaya yerləşdirilib.
Bu gün səhər saatlarında isə Mərdəkan qəsəbəsindən donvurma ilə bağlı təcili yardıma müraciət daxil olub. 45-50 yaşlarında kişi küçədə ölüb. Təcili yardım çağırıblar. Təcili yardım briqadası həmin şəxsin meyitini hadisə yerində polisə təhvil verib.

APA

708 dəfə baxılıb

Xəbəri paylaş

[18.05.2012] - ÜÇ VƏZIFƏLI KORRUPSİYAYA GÖRƏ HƏBS EDİLDİ

[17.05.2012] - TÜRKİYƏDƏ ÖLDÜRÜLƏN AZƏRBAYCANLI ANA-BALANIN ŞOK HEKAYƏTİ

[17.05.2012] - ORDUDA DAHA BİR QƏTLİAM

[14.05.2012] - PETERBURQDA AZƏRBAYCANLILAR ARASINDA KRİMİNAL “RAZBORKA”

[13.05.2012] - QƏZALAR ADAM QIRMAQDA DAVAM EDİR

[12.05.2012] - LƏNKƏRANDA AĞIR YOL QƏZASI

[11.05.2012] - 24 YAŞLI GƏNC QƏTLƏ YETİRİLİB

[10.05.2012] - TÜRKİYƏDƏ İKİ AZƏRBAYCANLI QADIN ÖLDÜRÜLDÜ

[08.05.2012] - MİNGƏÇEVİRDƏ İKİ VELOSİPEDÇİNİ MAŞIN VURUB

[08.05.2012] - QAZAXISTANDA MÜDHİŞ YOL QƏZASI - 15 ÖLÜ

[08.05.2012] - YEVLAXDA ÇOBAN ÖLDÜRÜLÜB

[07.05.2012] - ŞABRANDA ÜÇ UŞAQ ATASI İNTİHAR EDİB

[07.05.2012] - SUMQAYITDA 40 GÜNDÜR İTKİN DÜŞƏN UŞAĞIN HEKAYƏTİ

[07.05.2012] - BULVARDA MÜHAFİZƏÇİLƏRLƏ GƏNCLƏR ARASINDA DAVA

[06.05.2012] - “MERCEDES” 40 YAŞLI QADINI ÖLDÜRDÜ

[05.05.2012] - BDU-nun PROFESSORU MƏHƏMMƏD İMANLI SAXLANILIB

[05.05.2012] - BAŞ LEYTENANTIMIZ BƏDBƏXT HADİSƏ NƏTİCƏSİNDƏ ÖLÜB

[05.05.2012] - ÖZÜNDƏN 19 YAŞ BÖYUK ADAMI BIÇAQLADI

[04.05.2012] - İTKİN QIZIN MEYİTİ TAPILDI

[04.05.2012] - YOL QƏZASINDA İKİ AZYAŞLI UŞAQ ÖLDÜ

ARXIV

Yeni MÜSAVAT © 2008