|
Kriminal
KEÇMİŞ MƏHKUMUN ÜZƏRİNDƏN SİLAH TAPILDI 2012-02-20
|
Bakının Səbayel rayonunda keçmiş məhkumun üzərindən silah tapılıb. Bakı Şəhər Baş Polis İdarəsindən musavat.com-a verilən məlumata görə, Səbayel Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Salyan yolu küçəsində yaşayan, əvvəllər məhkum olunan Zaur Əhmədovdan «Naqan» tipli tapança aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.
298 dəfə baxılıb
|