|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Baş Prokurorluq korrupsiya və rüşvətxorluğa qarşı mübarizə çərçivəsində həyata keçirilən növbəti həbslər barədə məlumat yayıb. Məlumata görə, vətəndaş Ağayev Əlifağa Dədəkişi oğlu Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin (KQMİ) “161 - qaynar xətt” əlaqə mərkəzinə müraciət edərək Xəzər rayonunda fəaliyyət göstərən, özünəməxsus “Halal ərzaq” mağazasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi (DƏM) xidmətinin 1 saylı region üzrə DƏM-in vəzifəli şəxsləri tərəfindən aparılmış yoxlama zamanı əməyin mühafizəsi üzrə müəyyən edilmiş pozuntularla bağlı tərtib olunan protokola uyğun inzibati xəta ilə əlaqədar cərimənin tətbiq olunmaması üçün həmin müfəttişliyin rəis müavini Dəmirov Teyyub Umud oğlunun ondan 1500 manat rüşvət tələb etdiyini bildirib. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində T.Dəmirov fevralın 18-də xidməti otağında Ə.Ağayevdən 1500 manatı rüşvət kimi alarkən KQMİ əməkdaşları tərəfindən cinayət başında tutulub. T.Dəmirov pulu prokurorluq əməkdaşlarına təqdim edib və hal şahidlərinin iştirakı ilə götürülərək rəsmiləşdirilib. T.Dəmirov CM-in 311.1-ci (rüşvət alma) maddəsi ilə məsuliyyətə cəlb edilib və barəsində məhkəmə qərarı ilə həbs tədbiri seçilib. Xəbər xidməti 3738 dəfə baxılıb
|
[18.05.2012] - ÜÇ VƏZIFƏLI KORRUPSİYAYA GÖRƏ HƏBS EDİLDİ [17.05.2012] - TÜRKİYƏDƏ ÖLDÜRÜLƏN AZƏRBAYCANLI ANA-BALANIN ŞOK HEKAYƏTİ [17.05.2012] - ORDUDA DAHA BİR QƏTLİAM [14.05.2012] - PETERBURQDA AZƏRBAYCANLILAR ARASINDA KRİMİNAL “RAZBORKA” [13.05.2012] - QƏZALAR ADAM QIRMAQDA DAVAM EDİR [12.05.2012] - LƏNKƏRANDA AĞIR YOL QƏZASI [11.05.2012] - 24 YAŞLI GƏNC QƏTLƏ YETİRİLİB [10.05.2012] - TÜRKİYƏDƏ İKİ AZƏRBAYCANLI QADIN ÖLDÜRÜLDÜ [08.05.2012] - MİNGƏÇEVİRDƏ İKİ VELOSİPEDÇİNİ MAŞIN VURUB [08.05.2012] - QAZAXISTANDA MÜDHİŞ YOL QƏZASI - 15 ÖLÜ [08.05.2012] - YEVLAXDA ÇOBAN ÖLDÜRÜLÜB [07.05.2012] - ŞABRANDA ÜÇ UŞAQ ATASI İNTİHAR EDİB [07.05.2012] - SUMQAYITDA 40 GÜNDÜR İTKİN DÜŞƏN UŞAĞIN HEKAYƏTİ [07.05.2012] - BULVARDA MÜHAFİZƏÇİLƏRLƏ GƏNCLƏR ARASINDA DAVA [06.05.2012] - “MERCEDES” 40 YAŞLI QADINI ÖLDÜRDÜ [05.05.2012] - BDU-nun PROFESSORU MƏHƏMMƏD İMANLI SAXLANILIB [05.05.2012] - BAŞ LEYTENANTIMIZ BƏDBƏXT HADİSƏ NƏTİCƏSİNDƏ ÖLÜB [05.05.2012] - ÖZÜNDƏN 19 YAŞ BÖYUK ADAMI BIÇAQLADI [04.05.2012] - İTKİN QIZIN MEYİTİ TAPILDI |
| Yeni MÜSAVAT © 2008 |
|