|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıb. Məlumatda deyilir: “2012-ci il fevralın 17-də paytaxtın Binəqədi rayon sakini, 74 yaşlı Elmira İsmayılova yaşadığı mənzildə çoxsaylı bıçaq xəsarətləri yetirilməklə qəsdən öldürülüb. Prokurorluq və daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Natiq Hümbətov müəyyən edilərək tutulub. İlkin dindirmə zamanı Natiq Hümbətov cinayəti tamah məqsədi ilə törətdiyini və Elmira İsmayılovanı qətlə yetirdikdən sonra cinayətin izlərini itirmək məqsədi ilə meyitin olduğu mətbəx otağını yandırdığını etiraf edib”. Natiq Hümbətov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.11 (quldurluq ilə əlaqədar adam öldürmə) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədilən quldurluq) maddələri ilə ittiham olunur. İstintaqı Binəqədi Rayon Prokurorluğu aparır.
1464 dəfə baxılıb
|
[18.05.2012] - ÜÇ VƏZIFƏLI KORRUPSİYAYA GÖRƏ HƏBS EDİLDİ [17.05.2012] - TÜRKİYƏDƏ ÖLDÜRÜLƏN AZƏRBAYCANLI ANA-BALANIN ŞOK HEKAYƏTİ [17.05.2012] - ORDUDA DAHA BİR QƏTLİAM [14.05.2012] - PETERBURQDA AZƏRBAYCANLILAR ARASINDA KRİMİNAL “RAZBORKA” [13.05.2012] - QƏZALAR ADAM QIRMAQDA DAVAM EDİR [12.05.2012] - LƏNKƏRANDA AĞIR YOL QƏZASI [11.05.2012] - 24 YAŞLI GƏNC QƏTLƏ YETİRİLİB [10.05.2012] - TÜRKİYƏDƏ İKİ AZƏRBAYCANLI QADIN ÖLDÜRÜLDÜ [08.05.2012] - MİNGƏÇEVİRDƏ İKİ VELOSİPEDÇİNİ MAŞIN VURUB [08.05.2012] - QAZAXISTANDA MÜDHİŞ YOL QƏZASI - 15 ÖLÜ [08.05.2012] - YEVLAXDA ÇOBAN ÖLDÜRÜLÜB [07.05.2012] - ŞABRANDA ÜÇ UŞAQ ATASI İNTİHAR EDİB [07.05.2012] - SUMQAYITDA 40 GÜNDÜR İTKİN DÜŞƏN UŞAĞIN HEKAYƏTİ [07.05.2012] - BULVARDA MÜHAFİZƏÇİLƏRLƏ GƏNCLƏR ARASINDA DAVA [06.05.2012] - “MERCEDES” 40 YAŞLI QADINI ÖLDÜRDÜ [05.05.2012] - BDU-nun PROFESSORU MƏHƏMMƏD İMANLI SAXLANILIB [05.05.2012] - BAŞ LEYTENANTIMIZ BƏDBƏXT HADİSƏ NƏTİCƏSİNDƏ ÖLÜB [05.05.2012] - ÖZÜNDƏN 19 YAŞ BÖYUK ADAMI BIÇAQLADI [04.05.2012] - İTKİN QIZIN MEYİTİ TAPILDI |
| Yeni MÜSAVAT © 2008 |
|