10 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Kriminal

BAKIDA ÜÇ BACI, ZƏRDABDA MƏKTƏBLİ DƏM QAZINDAN ÖLDÜ

2010-02-05

Sumqayıtda yanan evdə isə bir ailənin 5 üzvü zəhərləndi

Bakı şəhərində bir ailənin üç üzvü dəm qazından boğularaq ölüb. Bu barədə APA-ya Yasamal Rayon Prokurorluğundan məlumat verilib.

Hadisə fevralın 4-də saat 14:00 radələrində Yasamal rayonu, 2-ci Alatava qəsəbəsində baş verib. Qəsəbə sakini, 53 yaşlı Rasim Hümbətov yaşadığı evdə dəm qazından zəhərlənib. Onun övladları - 20 yaşlı Fatma, 18 yaşlı Gülşən və 17 yaşlı Aysel isə dəm qazından boğularaq ölüblər. Yasamal Rayon Prokurorluğunun və Yasamal Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerində araşdırma aparıb.
Zərdab rayonunda isə 14 yaşlı məktəbli dəm qazından boğulub. Bu barədə APA-ya Zərdab Rayon Polis Şöbəsindən məlumat verilib. Hadisə fevralın 3-dən 4-nə keçən gecə baş verib. Rayon sakini, 1996-cı il təvəllüdlü Camal Camalzadə hamamda çimərkən dəm qazından boğularaq ölüb. Faktla bağlı Zərdab Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Daha bir faciə Sumqayıtda baş verib. Mənzildə baş verən yanğın 5 ailə üzvünün zəhərlənməsi ilə nəticələnib. Sumqayıt Şəhər Polis İdarəsindən milli.az-a verilən məlumata görə, fevralın 3-də saat 04:15 radələrində Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 33/6-da yaşayan Çingiz Kərimova məxsus üçotaqlı mənzildə yanğın baş verib. Nəticədə evin sakinləri İradə Kərimova, Sevinc Kərimova, Adil Kərimov, Elsevər Kərimov və Bəkir Ağayev tüstüdən zəhərlənmə ilə xəstəxanaya müraciət edib. Onlara ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıblar. Zərərçəkənlərdən ikisi azyaşlıdır.

NİCAT

543 dəfə baxılıb

Xəbəri paylaş

[09.02.2012] - BAKIDA BİR NƏFƏR GÜLLƏLƏNDİ

[07.02.2012] -

[07.02.2012] - EVİ QARƏT EDƏNLƏR TUTULDU

[07.02.2012] - OĞURLUĞA GÖRƏ AXTARIŞDA OLAN ŞƏXS YAXALANDI

[07.02.2012] - DƏLƏDUZLUQLA AXTARIŞDA OLAN TUTULDU

[07.02.2012] - BAKI SAKİNİN ÜZƏRİNDƏN HEROİN TAPILDI

[07.02.2012] - ÖZLƏRİNİ SU İDARƏSİNİN ƏMƏKDAŞI KİMİ TƏQDİM EDƏN DƏLƏDUZLAR YAXALANDI

[06.02.2012] - MAŞIN OĞRUSU ƏLƏ KEÇDİ

[05.02.2012] - “AZƏRENERJİ”nin BAŞ MÜHƏNDİSİ İŞ OTAĞINDA ÖLDÜ

[05.02.2012] - “LİFE CENTER”dən 200 MİN MANATLIQ QIZIL-BRİLYANT APARILDI

[04.02.2012] - SUMQAYITDA ANA VƏ İKİ AZYAŞLI ÖVLADI YANARAQ ÖLÜB

[03.02.2012] - QƏBİRİSTANLIQDA DONARAQ ÖLDÜ

[03.02.2012] - TİFLİSDƏ UŞAQ BAĞÇASINDA PARTLAYICI QURĞULAR AŞKARLANIB

[03.02.2012] - ŞƏKİDƏ İKİ UŞAQ ANASI İNTİHAR EDİB

[01.02.2012] - 30 AVTOMOBİLDƏN İBARƏT ZƏNCİRVARI QƏZA

[01.02.2012] - QARTƏMİZLƏYƏN MAŞIN 58 YAŞLI KİŞİNİN ÜSTÜNDƏN KEÇDİ

[31.01.2012] - MOSKVADA AZƏRBAYCANLI LİFTDƏ GÜLLƏLƏNDİ

[31.01.2012] - ÖZÜNÜ GÜLLƏLƏYƏN ƏSGƏR ÖLDÜ

[30.01.2012] - RUSİYADAN QAYITDI, QƏTLƏ YETİRİLDİ

[29.01.2012] - ŞİRVANDA DA EV YANIB...

ARXIV

Yeni MÜSAVAT © 2008