12 mart 2010
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Kriminal

GƏNCƏDƏ DAHA BİR ALİM İNTİHAR ETDİ

Nizami Səfərov ölümündən əvvəl dostları ilə halallaşıb

Dörd gün öncə itkin düşmüş Gəncə şəhər sakini, 1948-ci il təvəllüdlü Nizami Səyyad oğlu Səfərovun meyiti Gəncə Şəhər Yaşıllaşdırma İdarəsinə məxsus “Gülçülük” adlanan ərazidə tapılıb. N.Cəfərov şərqşünas alim, elmlər namizədi olub. O, 1980-ci illərdə SSRİ-nin İraqdakı səfirliyində işləyib. Gəncəyə qayıtdıqdan sonra Kənd Təsərrüfatı İnstitutunda kitabxana müdiri kimi fəaliyyətə başlayıb və ömrünün son gününədək bu vəzifədə çalışıb.

Qeyd edək ki, son bir ayda ikinci alimdir ki, intihar edir. Ötən ay analoji hadisə də Gəncədə baş vermişdi. N.Səfərovun dostlarının “Yeni Müsavat”a açıqlamasına görə, mərhum son günlər özünü çox qəribə aparırmış: “Nizami müəllim Gəncədə çox hörmətli adam idi. Dindar idi. Son günlər özünə çox qapanmışdı. Hamı ilə halallaşırdı, deyirdi ki, etdiyi səhvlərə görə çox peşmandır. Amma bunu niyə dediyini heç kim bilmirdi. Heç düşünməzdik ki, o, intihar edər”.
Alimin dostları Gəncə Alimlər Evinin rəhbərliyini də laqeydlikdə qınayır: “Artıq ikinci dostumuzdur ki, intihar edir. Alimlər Evinin rəhbərliyi isə məsələyə soyuq yanaşır, heç bir diqqət görmürük”.
İntihar faktını Gəncə Şəhər Polis İdarəsindən də təsdiqləyiblər.

AYNUR

2446 dəfə baxılıb

[11.03.2010] - MİNGƏÇEVİR SAKİNİ QONŞUSUNU BIÇAQLAYIB

[11.03.2010] - İSMAYILLI SAKİNİ BİBİSİ OĞLUNU BIÇAQLAYIB

[11.03.2010] - BAKIDA QUMARXANA AŞKAR EDİLİB

[11.03.2010] - BAKIDA QAYINATA KÜRƏKƏNİNİ BIÇAQLAYIB

[11.03.2010] - QƏTLƏ GÖRƏ TUTULMUŞDU... BURAXILDI

[11.03.2010] - ÖTƏN İL 25 CASUS MÜHAKİMƏ OLUNUB

[11.03.2010] - ATƏT-in ƏMƏKDAŞI BAKIDA MAŞINLA ADAM VURDU

[10.03.2010] - 67 SAYLI MƏKTƏBDƏKİ YANĞIN SÖNDÜRÜLÜB

[10.03.2010] - GÜNORTA OĞURLUQ EDƏN YAXALANDI

[10.03.2010] - QADINA QARŞI SOYĞUNÇULUQ

[10.03.2010] - İKİ PAKİSTANLI DEPORTASİYA EDİLİB

[10.03.2010] - ÇAVUŞLA SERJANT DAVA ETDİ

[10.03.2010] - UKRAYNANIN İSTANBULDAKI KONSULLUĞUNU PARTLATMAQ İSTƏYƏN ŞƏXS ÖLDÜRÜLDÜ

[09.03.2010] - MAĞAZA QARƏT EDİLİB

[09.03.2010] - BARDA DAVA DÜŞÜB

[09.03.2010] - BAKIDA TÜRKİYƏ VƏTƏNDAŞINI MAŞIN VURUB

[09.03.2010] - TAKSİ SÜRÜCÜSÜNÜN MAŞININI ƏLİNDƏN ALIBLAR

[09.03.2010] - SABUNÇU SAKİNİ ÖZÜNÜ BIÇAQLAYIBMIŞ

[09.03.2010] - XƏSTƏXANADA ÜÇ QADIN QARƏT OLUNUB

[09.03.2010] - BAĞ EVİNDƏ SOYĞUNÇULUQ

ARXIV

Yeni MÜSAVAT © 2008