|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Bakının Sabunçu rayonunda 67 saylı orta məktəbin binasında baş verən yanğın söndürülüb. APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, yanğının söndürülməsində 20-yə yaxın yanğınsöndürən maşın iştirak edib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzovun bildirdiyinə görə, yanğın məktəb binasının 500 kvadrat metr ərazisini əhatə edib. Əsasən binanın tavanına ciddi ziyan dəyib. Yanğın nəticəsində xəsarət alan olmayıb. Hazırda yanğının baş vermə səbəblər araşdırılır. Məktəbin direktoru İradə Bayramova jurnalistlərə açıqlamasında bildirib ki, 3 mərtəbəli binanın 3-cü mərtəbəsi tamamilə sıradan çıxıb. Direktor qeyd edib ki, buna baxmayaraq sabahdan dərslərin bərpa olunması, şagirdlərin təhsillərini rayonun digər orta məktəblərində davam etdirmələri qərara alınıb. Qeyd edək ki, yanğın bu gün saat 17.50 radələrində qeydə alınıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızının APA-ya verdiyi məlumata görə, hadisə baş verən vaxt məktəbdə 1000 məktəbli olub: “Həmin məktəb Bakının ən köhnə məktəblərindən biridir, təxminən ötən əsrin 25-30-cu illərində tikilib. İlkin məlumatlara görə, yanğın məktəbin 3-cü mərtəbəsindən başlayıb və dam örtüyünə keçib. Məktəb 3 növbəlidir. Yanğın başlayan zaman 3-cü mərtəbədə xoşbəxtlikdən şagirdlər olmayıb. Aşağı mərtəbələrdə olan 1000-ə qədər məktəbli isə dərhal evakuasiya olunub”.
2500 dəfə baxılıb
|
[09.02.2012] - BAKIDA BİR NƏFƏR GÜLLƏLƏNDİ [07.02.2012] - EVİ QARƏT EDƏNLƏR TUTULDU [07.02.2012] - OĞURLUĞA GÖRƏ AXTARIŞDA OLAN ŞƏXS YAXALANDI [07.02.2012] - DƏLƏDUZLUQLA AXTARIŞDA OLAN TUTULDU [07.02.2012] - BAKI SAKİNİN ÜZƏRİNDƏN HEROİN TAPILDI [07.02.2012] - ÖZLƏRİNİ SU İDARƏSİNİN ƏMƏKDAŞI KİMİ TƏQDİM EDƏN DƏLƏDUZLAR YAXALANDI [06.02.2012] - MAŞIN OĞRUSU ƏLƏ KEÇDİ [05.02.2012] - “AZƏRENERJİ”nin BAŞ MÜHƏNDİSİ İŞ OTAĞINDA ÖLDÜ [05.02.2012] - “LİFE CENTER”dən 200 MİN MANATLIQ QIZIL-BRİLYANT APARILDI [04.02.2012] - SUMQAYITDA ANA VƏ İKİ AZYAŞLI ÖVLADI YANARAQ ÖLÜB [03.02.2012] - QƏBİRİSTANLIQDA DONARAQ ÖLDÜ [03.02.2012] - TİFLİSDƏ UŞAQ BAĞÇASINDA PARTLAYICI QURĞULAR AŞKARLANIB [03.02.2012] - ŞƏKİDƏ İKİ UŞAQ ANASI İNTİHAR EDİB [01.02.2012] - 30 AVTOMOBİLDƏN İBARƏT ZƏNCİRVARI QƏZA [01.02.2012] - QARTƏMİZLƏYƏN MAŞIN 58 YAŞLI KİŞİNİN ÜSTÜNDƏN KEÇDİ [31.01.2012] - MOSKVADA AZƏRBAYCANLI LİFTDƏ GÜLLƏLƏNDİ [31.01.2012] - ÖZÜNÜ GÜLLƏLƏYƏN ƏSGƏR ÖLDÜ [30.01.2012] - RUSİYADAN QAYITDI, QƏTLƏ YETİRİLDİ |
| Yeni MÜSAVAT © 2008 |
|