|
Kriminal
QƏTLƏ GÖRƏ TUTULMUŞDU... BURAXILDI 2010-03-11
|
Azərbaycanda qəsdən adam öldürməkdə təqsirli bilinən şəxsə bəraət verilib. Trend News-un məlumatına görə, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Cinayət Məcəlləsinin xüsusi amansızlıqla qəsdən adamöldürmə (120.2.4) maddəsi ilə təqsirləndirilən Tərtər rayon sakini Fuad Allahverdiyevin cinayəti sübuta yetirilməyib.
Məhkəmə onun barəsində bəraət hökmü çıxarıb və məhkəmə zalından azadlığa buraxıb.
İttihama görə, Fuad Allahverdiyev ötən il iyunun 19-da Tərtər rayonunun Yenikənd qəsəbəsində həmyerlisi Fərman İsmayılovu qətlə yetirib. 561 dəfə baxılıb
|