12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Kriminal

BAKI ŞƏHƏR ÜZRƏ 300 CİNAYƏTKAR AXTARIŞDADIR

2010-03-13

2010-cu ilin ilk iki ayı ərzində Bakı şəhərində 1569 cinayət hadisəsi qeydə alınıb. APA-nın məlumatına görə, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi Qalib Rəhimov dünən keçirdiyi mətbuat konfransında deyib.

Bildirilib ki, bu ilin ilk iki ayında qeydə alınan cinayətlərin sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,9 faiz çoxdur. Cinayətlərin açılma faizi isə artaraq, ötən ildə 65 faiz, bu ildə isə 69 faiz təşkil edib. Şəxsiyyət əleyhinə olan cinayətlərdən qəsdən adam öldürmə, adam oğurluğu, zorlama kimi ağır cinayətlərin sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə azalmış, açılma faizi isə sabit qalaraq, 100 faiz təşkil edib. Q.Rəhimov deyib ki, Bakı şəhərinin 11 rayonu üzrə 300 cinayətkar axtarışdadır: “Bunların içərisində İnterpol xətti ilə axtarışda olanlar da var. Bu qədər vaxt axtarışda olmalarının səbəbi həmin şəxslərin xarici ölkə vətəndaşlığını qəbul etməsidir. Həmin şəxslərin tutulması və ölkəyə ekstradisiya olunması məsələsində problemlər yaranır. Axtarışda olanlar əsasən, xuliqanlıq, dələduzluq və oğurluq cinayətləri törədib”.
Bu ilin müvafiq dövründə narkotik vasitələrlə bağlı qeydə alınan cinayətlərin sayı ötən illə müqayisədə artıb.
Q.Rəhimov cari ildə cinayətlərin ümumi sayının artmasını qeydiyyat-uçot işinin ildən ilə yaxşılaşdırılması ilə əlaqələndirib. Onun sözlərinə görə, bu proses Daxili İşlər Nazirliyi və Baş Polis İdarəsinin rəhbərliyinin daim nəzarətindədir və bu istiqamətdə lazım olan bütün tədbirlər görülür.

Xəbər xidməti

456 dəfə baxılıb

Xəbəri paylaş

[09.02.2012] - BAKIDA BİR NƏFƏR GÜLLƏLƏNDİ

[07.02.2012] -

[07.02.2012] - EVİ QARƏT EDƏNLƏR TUTULDU

[07.02.2012] - OĞURLUĞA GÖRƏ AXTARIŞDA OLAN ŞƏXS YAXALANDI

[07.02.2012] - DƏLƏDUZLUQLA AXTARIŞDA OLAN TUTULDU

[07.02.2012] - BAKI SAKİNİN ÜZƏRİNDƏN HEROİN TAPILDI

[07.02.2012] - ÖZLƏRİNİ SU İDARƏSİNİN ƏMƏKDAŞI KİMİ TƏQDİM EDƏN DƏLƏDUZLAR YAXALANDI

[06.02.2012] - MAŞIN OĞRUSU ƏLƏ KEÇDİ

[05.02.2012] - “AZƏRENERJİ”nin BAŞ MÜHƏNDİSİ İŞ OTAĞINDA ÖLDÜ

[05.02.2012] - “LİFE CENTER”dən 200 MİN MANATLIQ QIZIL-BRİLYANT APARILDI

[04.02.2012] - SUMQAYITDA ANA VƏ İKİ AZYAŞLI ÖVLADI YANARAQ ÖLÜB

[03.02.2012] - QƏBİRİSTANLIQDA DONARAQ ÖLDÜ

[03.02.2012] - TİFLİSDƏ UŞAQ BAĞÇASINDA PARTLAYICI QURĞULAR AŞKARLANIB

[03.02.2012] - ŞƏKİDƏ İKİ UŞAQ ANASI İNTİHAR EDİB

[01.02.2012] - 30 AVTOMOBİLDƏN İBARƏT ZƏNCİRVARI QƏZA

[01.02.2012] - QARTƏMİZLƏYƏN MAŞIN 58 YAŞLI KİŞİNİN ÜSTÜNDƏN KEÇDİ

[31.01.2012] - MOSKVADA AZƏRBAYCANLI LİFTDƏ GÜLLƏLƏNDİ

[31.01.2012] - ÖZÜNÜ GÜLLƏLƏYƏN ƏSGƏR ÖLDÜ

[30.01.2012] - RUSİYADAN QAYITDI, QƏTLƏ YETİRİLDİ

[29.01.2012] - ŞİRVANDA DA EV YANIB...

ARXIV

Yeni MÜSAVAT © 2008