12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Kriminal

YOL QƏZALARI DAHA 8 CAN ALDI

2010-03-14

Sabunçuda 3 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, martın 12-də saat 22:00 radələrində Maştağa ərazisində Bakı sakini Samir Cəlilovun idarə etdiyi “BMW” və Bilgəh sakini Səxavət Camalovun idarə etdiyi “VAZ-2107" toqquşub. Nəticədə S.Camalovun sərnişinləri - Bilgəh sakinləri Rəhman Əliyev, Sahib Tağıyev və onun qardaşı Rahib hadisə yerində ölüb, xəsarət almış hər 2 sürücü və digər sərnişinlər - Bilgəh sakini Ələkbər Əliyev və Biləsuvar sakini Sənubər İsgəndərova isə xəstəxanaya yerləşdirilib.

Həmin gün saat 16:00-da Nardaranda Münasib Zeynalovun idarə etdiyi “KamAZ” və Mehman Quliyevin idarə etdiyi “VAZ-21011" toqquşub. ”VAZ-21011"-in sürücüsü xəsarət alıb, sərnişini Ramiz Əliyev isə ölüb.
Ucarda rayon sakini Əli Abbasov idarə etdiyi “VAZ-2107" markalı maşını aşırıb. Nəticədə maşında olan 3 yaşlı Fatimə Abbasova ölüb. Ə.Abbasov, 2 yaşlı Əli Abbasov və 5 yaşlı Bəsirə Abbasova isə xəstəxanaya yerləşdirilib.
Martın 13-də saat 00:30 radələrində Nizami rayonundakı R.Rüstəmov küçəsində Mayıl Həsənov idarə etdiyi “BMW” ilə Yaşar Babayevi vurub. Piyada aldığı xəsarətlərdən ölüb.
Martın 12-də Bərdədə rayon sakinləri Rasim Hacıyevin idarə etdiyi “ZİL” və Hüseyn İmamverdiyevin idarə etdiyi “VAZ-21099" toqquşub. Xəsarət almış H.İmamverdiyev və sərnişini Azər Səfərov xəstəxanaya yerləşdirilib. H.İmamverdiyev xəstəxanada keçinib.
Dünən saat 17:00 radələrində Sumqayıtda piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Şəhər sakini, 1981-ci il təvəllüdlü Rövşən Əliyev idarə etdiyi “Daewoo” markalı, 50 AD 797 nömrəli marşrut avtobusu ilə yolu keçmək istəyən piyada, 62 yaşlı Diliş Əsədovanı vurub. Zərbədən yıxılan piyada avtobusun altında qalaraq dünyasını dəyişib.

Xəbər xidməti

782 dəfə baxılıb

Xəbəri paylaş

[09.02.2012] - BAKIDA BİR NƏFƏR GÜLLƏLƏNDİ

[07.02.2012] -

[07.02.2012] - EVİ QARƏT EDƏNLƏR TUTULDU

[07.02.2012] - OĞURLUĞA GÖRƏ AXTARIŞDA OLAN ŞƏXS YAXALANDI

[07.02.2012] - DƏLƏDUZLUQLA AXTARIŞDA OLAN TUTULDU

[07.02.2012] - BAKI SAKİNİN ÜZƏRİNDƏN HEROİN TAPILDI

[07.02.2012] - ÖZLƏRİNİ SU İDARƏSİNİN ƏMƏKDAŞI KİMİ TƏQDİM EDƏN DƏLƏDUZLAR YAXALANDI

[06.02.2012] - MAŞIN OĞRUSU ƏLƏ KEÇDİ

[05.02.2012] - “AZƏRENERJİ”nin BAŞ MÜHƏNDİSİ İŞ OTAĞINDA ÖLDÜ

[05.02.2012] - “LİFE CENTER”dən 200 MİN MANATLIQ QIZIL-BRİLYANT APARILDI

[04.02.2012] - SUMQAYITDA ANA VƏ İKİ AZYAŞLI ÖVLADI YANARAQ ÖLÜB

[03.02.2012] - QƏBİRİSTANLIQDA DONARAQ ÖLDÜ

[03.02.2012] - TİFLİSDƏ UŞAQ BAĞÇASINDA PARTLAYICI QURĞULAR AŞKARLANIB

[03.02.2012] - ŞƏKİDƏ İKİ UŞAQ ANASI İNTİHAR EDİB

[01.02.2012] - 30 AVTOMOBİLDƏN İBARƏT ZƏNCİRVARI QƏZA

[01.02.2012] - QARTƏMİZLƏYƏN MAŞIN 58 YAŞLI KİŞİNİN ÜSTÜNDƏN KEÇDİ

[31.01.2012] - MOSKVADA AZƏRBAYCANLI LİFTDƏ GÜLLƏLƏNDİ

[31.01.2012] - ÖZÜNÜ GÜLLƏLƏYƏN ƏSGƏR ÖLDÜ

[30.01.2012] - RUSİYADAN QAYITDI, QƏTLƏ YETİRİLDİ

[29.01.2012] - ŞİRVANDA DA EV YANIB...

ARXIV

Yeni MÜSAVAT © 2008