12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Kriminal

MƏMURUN BİZNESMEN QARDAŞI ALNINDAN GÜLLƏLƏNDİ

2010-03-15

Cəlilabad rayonundakı broyler fabrikinin sahibi Ələkbər Haxıyev iş otağında qətlə yetirilib; cani tapılmayıb, versiyalar isə bir-birini əvəzləyir

Cəlilabad Rayon İcra Hakimiyyəti ümumi şöbənin müdiri Ələsgər Haxıyevin qardaşı Ələkbər Haxıyev iş otağında alnından güllələnərək qətlə yetirilib. Hadisə dünən səhər saat 08:00 radələrində baş verib. Bu barədə redaksiyamıza Cəlilabad rayonundakı mənbələrimizdən dünən günorta saatlarında məlumat verilib.

Məlumatda deyilir ki, qətlə yetirilən şəxs iş adamı olub. Onun Cəlilabad şəhərinin mərkəzində, evinin yaxınlığında şəxsi broyler fabrikinin olduğu bildirilir. Cinayətin hansı zəmində törədilməsinə gəlincə isə bununla bağlı ilkin olaraq bir neçə versiya səslənir. Qısqanclıq, kimlərləsə biznes maraqlarının toqquşması, şəxsi düşmənçilik, tamah məqsədilə qarət, narkotik məsələsi kimi ən müxtəlif ehtimallar irəli sürülür. Bu ehtimalların hansının həqiqət olduğu bəlli deyil. İstisna deyil ki, qətlin motivi tamam başqa məsələ ilə də bağlı olsun.
Mənbənin verdiyi daha bir məlumatda deyilir ki, mərhum Ələkbər Haxıyevin bacısı oğlu Tahir Haxıyev 15 gün öncə Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən 26 kiloqram narkotik maddə ilə həbs edilib. O, hazırda həbsdə saxlanılır. Ələkbər Haxıyevin qətlinin bu hadisə ilə hansısa formada bağlı olduğu da istisna edilmir. Amma bir daha deyək ki, bunu son qənaət saymaq olmaz. İstintaq gedir və əsl həqiqət, yəqin ki, onun gedişində üzə çıxacaq.
Bu qətl hadisəsi ilə bağlı Cəlilabad Rayon Prokurorluğunun və rayon polis şöbəsinin istintaq qrupunun araşdırma apardığı bildirilir. Dünən günün sonunadək qatil tapılmamışdı. Əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Dünən olayla bağlı yeni bilgilər almaq üçün Cəlilabad Rayon Polis Şöbəsinin növbətçi hissəsi ilə əlaqə saxladıq. Növbətçi hissədən Ələkbər Haxıyevin dünən səhər saatlarında qətlə yetirildiyi haqqındakı məlumat təsdiqləndi: “Qətl səhər saatlarında baş verib. Rayon prokurorluğu hadisə ilə bağlı cinayət işi açıb. Qatilin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir”.
Təfərrüatları öyrənmək üçün dünən Cəlilabad Rayon Prokurorluğunun müstəntiqləri ilə əlaqə saxladıq. Onlar belə bir hadisənin baş verdiyini təsdiqləsələr də istintaq-əməliyyat tədbirləri həyata keçirildiyi üçün əlavə informasiya vermədilər.
Rayondakı digər mənbələrimiz isə qətllə bağlı nisbətən fərqli bilgilər verdilər. Onların deməsinə görə, Ələkbər Haxıyev martın 14-də səhər saat 08:00 radələrində yox, martın 13-dən 14-nə keçən gecə qətlə yetirilib: “Mərhum bəzən gecəni də iş yerində, broyler fabrikində keçirirdi. Görünür, bu da işlərinin çoxluğu ilə bağlı imiş. Qətlə yetirildiyi gün də gecə iş yerində qalıb. Yəqin, qatil bundan xəbər tutub, onun hərəkət xətti, iş qrafiki barədə məlumatlı olub, gecə iş yerində qaldığına əmin olandan sonra onu öldürüb. Mərhumun oğlu səhər saat 08:00 radələrində fabrikə gələndə atasını iş otağında ölü tapıb”.
Qeyd edək ki, mərhum iş adamının 52 yaşı vardı. Əslən Cəlilabadın Cəfərli kəndindən olan Ələkbər Haxıyev dünən Cəlilabad şəhər qəbiristanlığında dəfn olunub.

Fuad KÖRPÜLÜ

6386 dəfə baxılıb

Xəbəri paylaş

[09.02.2012] - BAKIDA BİR NƏFƏR GÜLLƏLƏNDİ

[07.02.2012] -

[07.02.2012] - EVİ QARƏT EDƏNLƏR TUTULDU

[07.02.2012] - OĞURLUĞA GÖRƏ AXTARIŞDA OLAN ŞƏXS YAXALANDI

[07.02.2012] - DƏLƏDUZLUQLA AXTARIŞDA OLAN TUTULDU

[07.02.2012] - BAKI SAKİNİN ÜZƏRİNDƏN HEROİN TAPILDI

[07.02.2012] - ÖZLƏRİNİ SU İDARƏSİNİN ƏMƏKDAŞI KİMİ TƏQDİM EDƏN DƏLƏDUZLAR YAXALANDI

[06.02.2012] - MAŞIN OĞRUSU ƏLƏ KEÇDİ

[05.02.2012] - “AZƏRENERJİ”nin BAŞ MÜHƏNDİSİ İŞ OTAĞINDA ÖLDÜ

[05.02.2012] - “LİFE CENTER”dən 200 MİN MANATLIQ QIZIL-BRİLYANT APARILDI

[04.02.2012] - SUMQAYITDA ANA VƏ İKİ AZYAŞLI ÖVLADI YANARAQ ÖLÜB

[03.02.2012] - QƏBİRİSTANLIQDA DONARAQ ÖLDÜ

[03.02.2012] - TİFLİSDƏ UŞAQ BAĞÇASINDA PARTLAYICI QURĞULAR AŞKARLANIB

[03.02.2012] - ŞƏKİDƏ İKİ UŞAQ ANASI İNTİHAR EDİB

[01.02.2012] - 30 AVTOMOBİLDƏN İBARƏT ZƏNCİRVARI QƏZA

[01.02.2012] - QARTƏMİZLƏYƏN MAŞIN 58 YAŞLI KİŞİNİN ÜSTÜNDƏN KEÇDİ

[31.01.2012] - MOSKVADA AZƏRBAYCANLI LİFTDƏ GÜLLƏLƏNDİ

[31.01.2012] - ÖZÜNÜ GÜLLƏLƏYƏN ƏSGƏR ÖLDÜ

[30.01.2012] - RUSİYADAN QAYITDI, QƏTLƏ YETİRİLDİ

[29.01.2012] - ŞİRVANDA DA EV YANIB...

ARXIV

Yeni MÜSAVAT © 2008