12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Kriminal

SATQIN ƏSGƏRLƏRƏ İTTİHAM ELAN OLUNUB

2010-03-15

Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə dövlətə xəyanətdə ittiham olunan Azərbaycan Ordusunun əsgərlərinin cinayət işi üzrə məhkəmə baxışı başlayıb. APA-nın xəbərinə görə, hakim Rəşid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı əsgərlər - Məhəmməd Behbud oğlu Paşayev və Rahil Baloğlan oğlu Əliyevin təqsirləndirilməsinə dair cinayət işi üzrə ittiham aktını elan edib.

İttihama görə, təqsirləndirilən əsgərlər Məhəmməd Behbud oğlu Paşayev və Rahil Baloğlan oğlu Əliyev Müdafiə Nazirliyinin “N” saylı hissəsində hərbi xidmət zamanı döyüş postunu özbaşına tərk edərək düşmən tərəfinin hərbçiləri ilə görüşüblər. Görüşlər zamanı hər iki əsgər məxfi əməkdaşlığa cəlb olunublar. Bundan sonra əsgərlər hərbi sirr barədə erməniləri məlumatlandırıblar.

Təqsirləndirilənlər Azərbaycan Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) 338.1-ci (Azərbaycan Respublikasına qəfil hücumun vaxtında aşkara çıxarılması və dəf olunması üzrə, yaxud onun təhlükəsizliyinin təmin edilməsi üzrə döyüş növbəsi (döyüş xidməti) çəkmə qaydalarını pozma, əgər bu əməllər dövlətin təhlükəsizlik mənafelərinə zərər vura bilərdisə) maddələri ilə ittiham olunurlar.

Prosesdə ifadə verən təqsirləndirilən şəxslər isə ittiham üzrə özlərini təqsirli bilməyiblər.

901 dəfə baxılıb

Xəbəri paylaş

[09.02.2012] - BAKIDA BİR NƏFƏR GÜLLƏLƏNDİ

[07.02.2012] -

[07.02.2012] - EVİ QARƏT EDƏNLƏR TUTULDU

[07.02.2012] - OĞURLUĞA GÖRƏ AXTARIŞDA OLAN ŞƏXS YAXALANDI

[07.02.2012] - DƏLƏDUZLUQLA AXTARIŞDA OLAN TUTULDU

[07.02.2012] - BAKI SAKİNİN ÜZƏRİNDƏN HEROİN TAPILDI

[07.02.2012] - ÖZLƏRİNİ SU İDARƏSİNİN ƏMƏKDAŞI KİMİ TƏQDİM EDƏN DƏLƏDUZLAR YAXALANDI

[06.02.2012] - MAŞIN OĞRUSU ƏLƏ KEÇDİ

[05.02.2012] - “AZƏRENERJİ”nin BAŞ MÜHƏNDİSİ İŞ OTAĞINDA ÖLDÜ

[05.02.2012] - “LİFE CENTER”dən 200 MİN MANATLIQ QIZIL-BRİLYANT APARILDI

[04.02.2012] - SUMQAYITDA ANA VƏ İKİ AZYAŞLI ÖVLADI YANARAQ ÖLÜB

[03.02.2012] - QƏBİRİSTANLIQDA DONARAQ ÖLDÜ

[03.02.2012] - TİFLİSDƏ UŞAQ BAĞÇASINDA PARTLAYICI QURĞULAR AŞKARLANIB

[03.02.2012] - ŞƏKİDƏ İKİ UŞAQ ANASI İNTİHAR EDİB

[01.02.2012] - 30 AVTOMOBİLDƏN İBARƏT ZƏNCİRVARI QƏZA

[01.02.2012] - QARTƏMİZLƏYƏN MAŞIN 58 YAŞLI KİŞİNİN ÜSTÜNDƏN KEÇDİ

[31.01.2012] - MOSKVADA AZƏRBAYCANLI LİFTDƏ GÜLLƏLƏNDİ

[31.01.2012] - ÖZÜNÜ GÜLLƏLƏYƏN ƏSGƏR ÖLDÜ

[30.01.2012] - RUSİYADAN QAYITDI, QƏTLƏ YETİRİLDİ

[29.01.2012] - ŞİRVANDA DA EV YANIB...

ARXIV

Yeni MÜSAVAT © 2008