|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Bakının Binəqədi rayonunda mənzil qarət edilib. Rayon Polis İdarəsindən musavat.com-a daxil olan məlumata görə, martın 14-də saat 21 radələrində 9-cu mikrorayonun Cəfər Cabbarlı küçəsində yaşayan 1962-ci il təvəllüdlü Cahangir Məmmədovun evindən 10 min manat, 4 min dollar pul pvə qızıl-zinət əşyaları naməlum şəxs tərəfindən oğurlanıb. Hadisə baş verən zaman ev sahibləri evdə olmayıb. Bundan istifadə edən naməlum şəxslər qapının açıq olmasından istifadə edərək içəri daxil olublar. Hazırda polis əməkdaşları hadisəni törədən şəxslərin müəyyən edilib yaxalanması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirirlər. Səbayel rayonunda isə avtomobildən oğurluq edilib. Rayon Polis İdarəsindən daxil olan məlumata görə, martın 14-də saat 21 radələrində M.Hüseyn küçəsində Bakı sakini, 1972-ci il təvəllüdlü Fərəc Mürsəlova məxsus “Nissan” markalı avtomobildən, içərisində 80 manat pul, sənədlər olan çanta və noutbuk naməlum şəxslər tərəfindən oğurlanıb. Oğurluq edən şəxslər avtomobilin şüşələrini sındıraraq hadisəni törədiblər. Oğurlanan pulların və əşyaların avtomobil sahibinin nişanlısına məxsus olduğu bildirilir. Qaradağ rayonunda yerləşən ticarət mərkəzində də qarət hadisəsi baş verib. Rayon Polis İdarəsindən daxil olan məlumata görə, bir neçə gün öncə “Sədərək” ticarət mərkəzində Bakı sakini, 1965-ci il təvəllüdlü Luis Yekaterinanın çantasından 100 manat və pensiya kartları naməlum şəxs tərəfindən oğurlanıb. S.Kazımlı 679 dəfə baxılıb
|
[09.02.2012] - BAKIDA BİR NƏFƏR GÜLLƏLƏNDİ [07.02.2012] - EVİ QARƏT EDƏNLƏR TUTULDU [07.02.2012] - OĞURLUĞA GÖRƏ AXTARIŞDA OLAN ŞƏXS YAXALANDI [07.02.2012] - DƏLƏDUZLUQLA AXTARIŞDA OLAN TUTULDU [07.02.2012] - BAKI SAKİNİN ÜZƏRİNDƏN HEROİN TAPILDI [07.02.2012] - ÖZLƏRİNİ SU İDARƏSİNİN ƏMƏKDAŞI KİMİ TƏQDİM EDƏN DƏLƏDUZLAR YAXALANDI [06.02.2012] - MAŞIN OĞRUSU ƏLƏ KEÇDİ [05.02.2012] - “AZƏRENERJİ”nin BAŞ MÜHƏNDİSİ İŞ OTAĞINDA ÖLDÜ [05.02.2012] - “LİFE CENTER”dən 200 MİN MANATLIQ QIZIL-BRİLYANT APARILDI [04.02.2012] - SUMQAYITDA ANA VƏ İKİ AZYAŞLI ÖVLADI YANARAQ ÖLÜB [03.02.2012] - QƏBİRİSTANLIQDA DONARAQ ÖLDÜ [03.02.2012] - TİFLİSDƏ UŞAQ BAĞÇASINDA PARTLAYICI QURĞULAR AŞKARLANIB [03.02.2012] - ŞƏKİDƏ İKİ UŞAQ ANASI İNTİHAR EDİB [01.02.2012] - 30 AVTOMOBİLDƏN İBARƏT ZƏNCİRVARI QƏZA [01.02.2012] - QARTƏMİZLƏYƏN MAŞIN 58 YAŞLI KİŞİNİN ÜSTÜNDƏN KEÇDİ [31.01.2012] - MOSKVADA AZƏRBAYCANLI LİFTDƏ GÜLLƏLƏNDİ [31.01.2012] - ÖZÜNÜ GÜLLƏLƏYƏN ƏSGƏR ÖLDÜ [30.01.2012] - RUSİYADAN QAYITDI, QƏTLƏ YETİRİLDİ |
| Yeni MÜSAVAT © 2008 |
|