 |
Kriminal
AVROPADA GÜRCÜ “VOR ZAKON”LARA QARŞI ƏMƏLİYYAT 2010-03-17 Həbs edilənlər arasında “Yaponçik”in tituluna iddia edən “Şakro molodoy”un adamları da var
|
Avropanın altı ölkəsində mütəşəkkil cinayətkarlığa qarşı polis əməliyyatı keçirilib. Xəbərlərə görə, martın 15-də həyata keçirilən əməliyyatda 69 nəfər həbs edilib. Təkcə İspaniyada narkotik qaçaqmalçılığı əleyhinə aparılan əməliyyat zamanı polis 24 nəfəri saxlayıb. Saxlanan şəxslər keçmiş Sovet İttifaqı ölkələrindən olanlardır. Onların narkotik maddələrin qaçaqmalçılığı, çirkli pulların yuyulması, silah saxlama kimi əməllərdə ittiham edildiyi deyilir. Polis mənbələri tutulan şəxslərin gürcü olduqlarını deyib. Avropanın altı ölkəsində mütəşəkkil cinayətkarlığa qarşı polis əməliyyatı keçirilib. Xəbərlərə görə, martın 15-də həyata keçirilən əməliyyatda 69 nəfər həbs edilib. Təkcə İspaniyada narkotik qaçaqmalçılığı əleyhinə aparılan əməliyyat zamanı polis 24 nəfəri saxlayıb. Saxlanan şəxslər keçmiş Sovet İttifaqı ölkələrindən olanlardır. Onların narkotik maddələrin qaçaqmalçılığı, çirkli pulların yuyulması, silah saxlama kimi əməllərdə ittiham edildiyi deyilir. Polis mənbələri tutulan şəxslərin gürcü olduqlarını deyib. Məlumatlara görə, cinayətkar qruplaşmaların tərkibinə daxil olanlar İspaniya ərazisində dörd ildən çoxdur fəaliyyət göstəriblər. Onlar çirkli pulların yuyulmasında, narkotiklərin dövriyyəsində, silah qaçaqmalçılığında və narkotik satışında ittiham edilirlər. Əməliyyatlar Almaniya, İsveçrə və İtaliyada da keçirilib. Axşam saatlarında Fransa polisinin də əməliyyatlara qoşulduğu xəbəri yayılıb. Həbs edilənlərin arasında keçmiş sovet respublikalarından olan “vor zakon”lar da yer alır. Dünən əməliyyatın detalları haqda yeni məlumatlar yayılıb və məlum olub ki, tutulanlar arasında iki məşhur gürcü “vor zakon” yer alır. Onlardan biri “gürcü mafiyası” nın liderlərindən biri Kaxaber Şuşanaşvilidir. Həbs edilənlərin əksəriyyətinin digər tanınmış gürcü “vor zakon”, kriminal aləmin əfsanəvi lideri olan “Yaponçik”in tituluna iddia edən “Şakro Molodoy” ləqəbli Zaxar Kalaşovun adamları olduğu bildirilir. Tutulanlar bir qrup Ermənistan vətəndaşının və İspaniyanın Valensiya şəhərində yaşayan zərgərin vasitəsilə çirkli pulların dövriyyəsini təşkil ediblər. Bildirilir ki, eyni vaxtda bir neçə ölkədə keçirilən əməliyyat İspaniyadan idarə olunub.
Siyasət şöbəsi 1926 dəfə baxılıb
|
[09.02.2012] - BAKIDA BİR NƏFƏR GÜLLƏLƏNDİ [07.02.2012] - [07.02.2012] - EVİ QARƏT EDƏNLƏR TUTULDU [07.02.2012] - OĞURLUĞA GÖRƏ AXTARIŞDA OLAN ŞƏXS YAXALANDI [07.02.2012] - DƏLƏDUZLUQLA AXTARIŞDA OLAN TUTULDU [07.02.2012] - BAKI SAKİNİN ÜZƏRİNDƏN HEROİN TAPILDI [07.02.2012] - ÖZLƏRİNİ SU İDARƏSİNİN ƏMƏKDAŞI KİMİ TƏQDİM EDƏN DƏLƏDUZLAR YAXALANDI [06.02.2012] - MAŞIN OĞRUSU ƏLƏ KEÇDİ [05.02.2012] - “AZƏRENERJİ”nin BAŞ MÜHƏNDİSİ İŞ OTAĞINDA ÖLDÜ [05.02.2012] - “LİFE CENTER”dən 200 MİN MANATLIQ QIZIL-BRİLYANT APARILDI [04.02.2012] - SUMQAYITDA ANA VƏ İKİ AZYAŞLI ÖVLADI YANARAQ ÖLÜB [03.02.2012] - QƏBİRİSTANLIQDA DONARAQ ÖLDÜ [03.02.2012] - TİFLİSDƏ UŞAQ BAĞÇASINDA PARTLAYICI QURĞULAR AŞKARLANIB [03.02.2012] - ŞƏKİDƏ İKİ UŞAQ ANASI İNTİHAR EDİB [01.02.2012] - 30 AVTOMOBİLDƏN İBARƏT ZƏNCİRVARI QƏZA [01.02.2012] - QARTƏMİZLƏYƏN MAŞIN 58 YAŞLI KİŞİNİN ÜSTÜNDƏN KEÇDİ [31.01.2012] - MOSKVADA AZƏRBAYCANLI LİFTDƏ GÜLLƏLƏNDİ [31.01.2012] - ÖZÜNÜ GÜLLƏLƏYƏN ƏSGƏR ÖLDÜ [30.01.2012] - RUSİYADAN QAYITDI, QƏTLƏ YETİRİLDİ [29.01.2012] - ŞİRVANDA DA EV YANIB... ARXIV
|