|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Gədəbəy rayonunda yeniyetməni qətlə yetirməkdə ittiham olunan Rəhman Namazovun məhkəməsi yekunlaşıb. APA-nın məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə təqsirləndirilən şəxsin cinayətinin sübuta yetirildiyi qənaətinə gəlib. Məhkəmənin hökmü ilə R. Namazov 15 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, 1995-ci il təvəllüdlü Ramin Allahverdiyevin valideynləri onun itkin düşməsi barədə polisə məlumat verib. Axtarış tədbirlərinə baxmayaraq, R. Allahverdiyevi tapmaq mümkün olmayıb. İstintaq müəyyən edib ki, R. Allahverdiyev qonşusu 1985-ci il təvəllüdlü Rəhman Namazov tərəfindən qətlə yetirilib. R. Namazov cinayət əməlini gizlətmək məqsədi ilə yeniyetmənin meyitini hissələrə bölərək dağlıq ərazidə torpağa basdırıb. Araşdırmalar zamanı məlum olub ki, qonşuların arasında it üstündə dava düşüb. R. Namazov və R. Allahverdiyevin itlərinin boğuşması hər iki şəxsin mübahisə etməsinə səbəb olub. Mübahisə isə R. Allahverdiyevin itinin R. Namazovun itinə qalib gəlməsi üstündə baş verib. R. Allahverdiyev “bax mənim itim, sənin itini boğdu” deməsi Namazova təsir edib. Bu sözlərdən təsirlənən R. Namzov özündə olan bıçaqla R. Allahverdiyevi qətlə yetirib. O, daha sonra törətdiyi ağır cinayəti gizlətmək məqsədilə Allahverdiyevi bir neçə hissəyə bölüb və dağların arasında basdırıb.
420 dəfə baxılıb
|
[09.02.2012] - BAKIDA BİR NƏFƏR GÜLLƏLƏNDİ [07.02.2012] - EVİ QARƏT EDƏNLƏR TUTULDU [07.02.2012] - OĞURLUĞA GÖRƏ AXTARIŞDA OLAN ŞƏXS YAXALANDI [07.02.2012] - DƏLƏDUZLUQLA AXTARIŞDA OLAN TUTULDU [07.02.2012] - BAKI SAKİNİN ÜZƏRİNDƏN HEROİN TAPILDI [07.02.2012] - ÖZLƏRİNİ SU İDARƏSİNİN ƏMƏKDAŞI KİMİ TƏQDİM EDƏN DƏLƏDUZLAR YAXALANDI [06.02.2012] - MAŞIN OĞRUSU ƏLƏ KEÇDİ [05.02.2012] - “AZƏRENERJİ”nin BAŞ MÜHƏNDİSİ İŞ OTAĞINDA ÖLDÜ [05.02.2012] - “LİFE CENTER”dən 200 MİN MANATLIQ QIZIL-BRİLYANT APARILDI [04.02.2012] - SUMQAYITDA ANA VƏ İKİ AZYAŞLI ÖVLADI YANARAQ ÖLÜB [03.02.2012] - QƏBİRİSTANLIQDA DONARAQ ÖLDÜ [03.02.2012] - TİFLİSDƏ UŞAQ BAĞÇASINDA PARTLAYICI QURĞULAR AŞKARLANIB [03.02.2012] - ŞƏKİDƏ İKİ UŞAQ ANASI İNTİHAR EDİB [01.02.2012] - 30 AVTOMOBİLDƏN İBARƏT ZƏNCİRVARI QƏZA [01.02.2012] - QARTƏMİZLƏYƏN MAŞIN 58 YAŞLI KİŞİNİN ÜSTÜNDƏN KEÇDİ [31.01.2012] - MOSKVADA AZƏRBAYCANLI LİFTDƏ GÜLLƏLƏNDİ [31.01.2012] - ÖZÜNÜ GÜLLƏLƏYƏN ƏSGƏR ÖLDÜ [30.01.2012] - RUSİYADAN QAYITDI, QƏTLƏ YETİRİLDİ |
| Yeni MÜSAVAT © 2008 |
|