|
Kriminal
MAĞAZADAN OĞURLUQ 2010-07-29
|
Bakının Yasamal rayonunda mağazadan oğurluq edilib. Rayon Polis İdarəsindən musavat.com-a daxil olan məlumata görə, iyulun 27-də saat 13 radələrində M.Əliyev küçəsində yerləşən və Bakı sakini, 1969-cu il təvəllüdlü Faiq Kərimova məxsus mağazadan 170 manat pul, fotoaparat, tütün və ərzaq məhsulları naməlum şəxslər tərəfindən oğurlanıb. Oğurluq edən şəxslər açar seçmə yolu ilə içəri daxil olublar. Faktla bağlı araşdırma aparılır. S.Kazımlı 478 dəfə baxılıb
|