12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Kriminal

1 QƏZADA 2 NƏFƏR ÖLÜ, 9 YARALI

2010-09-03

Bakıda dəhşətli yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, sentyabrın 1-də saat 21.00 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini Vaqif Məmmədovun idarə etdiyi “Ford” markalı və Ələt qəsəbə sakini Anar Əzizovun idarə etdiyi “VAZ-2107" markalı avtomaşınlar toqquşub.

Nəticədə A.Əzizov və sərnişini, Ələt qəsəbə sakini Valeh Gərayev hadisə yerində ölüb, xəsarət almış digər sərnişinləri, Ələt qəsəbə sakinləri Əziz Əzizov, Elgün Mustafayev, habelə V.Məmmədov və onun sərnişinləri, Biləsuvar rayon sakinləri Kiçikxanım Bünyatova, Zərifə İsmayılova, Cəlilabad rayon sakinləri Pərviz Hümbətov, Rəna Xudaverdiyeva, Lənkəran rayon sakini Eldar Cabbarov və Bakı şəhər sakini Samirə Zamanova xəstəxanaya yerləşdirilib.
Həmin gün saat 17.00 radələrində Xaçmaz rayonu ərazisində rayon sakini İlham Quliyev “VAZ-21213" markalı avtomaşını idarə edərkən həmyerlisi Fikrət Ağarzayevi vurub. F.Ağarzayev aldığı xəsarətdən hadisə yerində keçinib.
Avqustun 30-da Bakının Nizami rayonu ərazisində şəhər sakini Qəhrəman Haşımovun idarə etdiyi “VAZ-2103" markalı və həmyerlisi Niyazi Şirinovun idarə etdiyi ”BMW-X 5" markalı avtomaşınlar toqquşub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş Q.Həşimov sentyabr ayının 1-də orada ölüb.
Avqustun 28-də Şabran rayonu ərazisində Abşeron rayon sakini Azər Muradovun idarə etdiyi “BMW” markalı və RF-nin vətəndaşı Qurbanğadzi Rasulovun idarə etdiyi “MAZ-64229" markalı avtomaşınlar toqquşub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş A.Muradovun sərnişini Xumar Muradova sentyabrın 1-də orada dünyasını dəyişib.

Xəbər xidməti

577 dəfə baxılıb

Xəbəri paylaş

[09.02.2012] - BAKIDA BİR NƏFƏR GÜLLƏLƏNDİ

[07.02.2012] -

[07.02.2012] - EVİ QARƏT EDƏNLƏR TUTULDU

[07.02.2012] - OĞURLUĞA GÖRƏ AXTARIŞDA OLAN ŞƏXS YAXALANDI

[07.02.2012] - DƏLƏDUZLUQLA AXTARIŞDA OLAN TUTULDU

[07.02.2012] - BAKI SAKİNİN ÜZƏRİNDƏN HEROİN TAPILDI

[07.02.2012] - ÖZLƏRİNİ SU İDARƏSİNİN ƏMƏKDAŞI KİMİ TƏQDİM EDƏN DƏLƏDUZLAR YAXALANDI

[06.02.2012] - MAŞIN OĞRUSU ƏLƏ KEÇDİ

[05.02.2012] - “AZƏRENERJİ”nin BAŞ MÜHƏNDİSİ İŞ OTAĞINDA ÖLDÜ

[05.02.2012] - “LİFE CENTER”dən 200 MİN MANATLIQ QIZIL-BRİLYANT APARILDI

[04.02.2012] - SUMQAYITDA ANA VƏ İKİ AZYAŞLI ÖVLADI YANARAQ ÖLÜB

[03.02.2012] - QƏBİRİSTANLIQDA DONARAQ ÖLDÜ

[03.02.2012] - TİFLİSDƏ UŞAQ BAĞÇASINDA PARTLAYICI QURĞULAR AŞKARLANIB

[03.02.2012] - ŞƏKİDƏ İKİ UŞAQ ANASI İNTİHAR EDİB

[01.02.2012] - 30 AVTOMOBİLDƏN İBARƏT ZƏNCİRVARI QƏZA

[01.02.2012] - QARTƏMİZLƏYƏN MAŞIN 58 YAŞLI KİŞİNİN ÜSTÜNDƏN KEÇDİ

[31.01.2012] - MOSKVADA AZƏRBAYCANLI LİFTDƏ GÜLLƏLƏNDİ

[31.01.2012] - ÖZÜNÜ GÜLLƏLƏYƏN ƏSGƏR ÖLDÜ

[30.01.2012] - RUSİYADAN QAYITDI, QƏTLƏ YETİRİLDİ

[29.01.2012] - ŞİRVANDA DA EV YANIB...

ARXIV

Yeni MÜSAVAT © 2008