|
Kriminal
ÜÇ KİŞİ BİR QADINI SOYUB 2010-09-03
|
Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Qaynar.info-ya verilən məlumata görə, hadisə sentyabrın 2-də saat 22.00 radələrində, 2-ci mikrorayon H.Seyidzadə küçəsi ev 17-nin yaxınlığında baş verib. 3 naməlum şəxs həmin evin 36-cı mənzilində yaşayan, 39 yaşlı Şəhla Həsən qızı Məmmədovaya bıçaqla ayaq nahiyəsindən xəsarət yetirib. Onlar daha sonra mobil telefonunu ondan alaraq hadisə yerindən uzaqlaşıblar.
Faktla bağlı ilkin əməliyyat-axtarış tədbirləri rayon Polis İdarəsi tərəfindən aparılır. 562 dəfə baxılıb
|