13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Kriminal

CƏLİLABADDA MƏKTƏBLİNİ ÖLÜMCÜL DÖYÜBLƏR

2010-09-05

Cəlilabad rayonunda məktəblini ölümcül döyüblər. Adnalı kənd sakini, 15 yaşı Nuriyev Amil Qulam oğlu naməlum şəxslərin basqınına məruz qalıb. Bu barədə “Yeni Müsavat”a məktəblinin yaxınları məlumat verib.

A.Nuriyev sentyabrın 1-də saat 18:00 radələrində Bədirli kəndində yaşayan tanışlarına tərəvəz toxumu aparıb. Sonra qərara alıb ki, göyərçin satan uşaqlarla da görüşsün. Amil onlardan 8 baş göyərçini alıb və öz kəndlərinə qayıtmaq üçün yola çıxıb. Yaxınlarının dediyinə görə, Amil evə gələrkən yolda bir nəfər arxadan yaxınlaşaraq dəyənəklə onu vurub. A.Nuriyev yerə yıxılıb, zərbə ağır olduğundan ayağa dura bilməyib: “Qaranlıq olduğu üçün Amil onu vuranların kim olduğunu görə bilməyib. Amil qışqıraraq kömək istədikdə isə həmin şəxslərdən biri əli ilə onun ağzını tutub”.
Zərərçəkənin yaxınlarının sözlərinə görə, naməlum şəxslər A.Nuriyevi dəyənək və təpiklə döyüb. Yoldan keçən maşının sürücüləri onları gördüyündən naməlum şəxslər qaçıblar. A.Nuriyevin yerdə ağır vəziyyətdə olduğunu görən bir sürücü onu evlərinə aparıb. Yaxınları deyir ki, A.Nuriyev vəhşicəsinə döyüldüyü üçün hadisənin bəzi məqamlarını xatırlamır. Cəlilabad rayon xəstəxanasında ona ağır kəllə-beyin travması diaqnozu qoyulub. Döyülən yeniyetmənin yaxınları deyir ki, sentyabrın 3-də A.Nuriyevin vəziyyəti ağırlaşdığı üçün o, Bakıya gətirilərək əməliyyat olunub: “Əməliyyat 8 saat çəkdi. Həkimlər Amilin başında qan yığıntısı, kəllə qapağında geniş çat yarandığını dedi. Onun vəziyyəti hazırda ağır olaraq qalır”.
Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır. Hadisə ilə bağlı saxlanılan yoxdur. A.Nuriyev döyüldüyü kənddəki orta məktəbin 7-ci sinfində oxuyur.

S.KAZIMLI

691 dəfə baxılıb

Xəbəri paylaş

[09.02.2012] - BAKIDA BİR NƏFƏR GÜLLƏLƏNDİ

[07.02.2012] -

[07.02.2012] - EVİ QARƏT EDƏNLƏR TUTULDU

[07.02.2012] - OĞURLUĞA GÖRƏ AXTARIŞDA OLAN ŞƏXS YAXALANDI

[07.02.2012] - DƏLƏDUZLUQLA AXTARIŞDA OLAN TUTULDU

[07.02.2012] - BAKI SAKİNİN ÜZƏRİNDƏN HEROİN TAPILDI

[07.02.2012] - ÖZLƏRİNİ SU İDARƏSİNİN ƏMƏKDAŞI KİMİ TƏQDİM EDƏN DƏLƏDUZLAR YAXALANDI

[06.02.2012] - MAŞIN OĞRUSU ƏLƏ KEÇDİ

[05.02.2012] - “AZƏRENERJİ”nin BAŞ MÜHƏNDİSİ İŞ OTAĞINDA ÖLDÜ

[05.02.2012] - “LİFE CENTER”dən 200 MİN MANATLIQ QIZIL-BRİLYANT APARILDI

[04.02.2012] - SUMQAYITDA ANA VƏ İKİ AZYAŞLI ÖVLADI YANARAQ ÖLÜB

[03.02.2012] - QƏBİRİSTANLIQDA DONARAQ ÖLDÜ

[03.02.2012] - TİFLİSDƏ UŞAQ BAĞÇASINDA PARTLAYICI QURĞULAR AŞKARLANIB

[03.02.2012] - ŞƏKİDƏ İKİ UŞAQ ANASI İNTİHAR EDİB

[01.02.2012] - 30 AVTOMOBİLDƏN İBARƏT ZƏNCİRVARI QƏZA

[01.02.2012] - QARTƏMİZLƏYƏN MAŞIN 58 YAŞLI KİŞİNİN ÜSTÜNDƏN KEÇDİ

[31.01.2012] - MOSKVADA AZƏRBAYCANLI LİFTDƏ GÜLLƏLƏNDİ

[31.01.2012] - ÖZÜNÜ GÜLLƏLƏYƏN ƏSGƏR ÖLDÜ

[30.01.2012] - RUSİYADAN QAYITDI, QƏTLƏ YETİRİLDİ

[29.01.2012] - ŞİRVANDA DA EV YANIB...

ARXIV

Yeni MÜSAVAT © 2008