|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Paytaxtda cinayətdə təqsirləndirilən şəxslər prokurorluğun qarşısında özlərini yandırmaq istəyib. Hüquq-mühafizə orqanlarındakı mənbələrdən musavat.com-a daxil olan məlumata görə, sentyabrın 3-də saat 10:00 radələrində Sabunçu Rayon Prokurorluğunun həyətində CM-in 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə barələrində cinayət işi başlanmış 1966-cı il təvəllüdlü Kamil Unbay oğlu Rəhimov və 1969-cu il təvəllüdlü Mətanət Murad qızı Rəhimova üzərilərinə benzin tökərək özlərini yandıracaqlarını bildiriblər. Prokurorluq əməkdaşları bu şəxslərlə danışıq aparandan sonra onları fikrindən daşındırmaq mümkün olub. Həmin şəxslər barələrində qaldırılmış cinayət işlərinin qeyri-qanuni olduğunu və ona etiraz olaraq özlərini yandırmaq fikrində olduqlarını deyiblər. Prokurorluqdan isə onların işinin araşdırılacağının söyləyiblər. Həmin şəxslər dövlət işçisinə qarşı müqavimət göstərməkdə təqsirli bilinir. Xəbər xidməti 687 dəfə baxılıb
|
[09.02.2012] - BAKIDA BİR NƏFƏR GÜLLƏLƏNDİ [07.02.2012] - EVİ QARƏT EDƏNLƏR TUTULDU [07.02.2012] - OĞURLUĞA GÖRƏ AXTARIŞDA OLAN ŞƏXS YAXALANDI [07.02.2012] - DƏLƏDUZLUQLA AXTARIŞDA OLAN TUTULDU [07.02.2012] - BAKI SAKİNİN ÜZƏRİNDƏN HEROİN TAPILDI [07.02.2012] - ÖZLƏRİNİ SU İDARƏSİNİN ƏMƏKDAŞI KİMİ TƏQDİM EDƏN DƏLƏDUZLAR YAXALANDI [06.02.2012] - MAŞIN OĞRUSU ƏLƏ KEÇDİ [05.02.2012] - “AZƏRENERJİ”nin BAŞ MÜHƏNDİSİ İŞ OTAĞINDA ÖLDÜ [05.02.2012] - “LİFE CENTER”dən 200 MİN MANATLIQ QIZIL-BRİLYANT APARILDI [04.02.2012] - SUMQAYITDA ANA VƏ İKİ AZYAŞLI ÖVLADI YANARAQ ÖLÜB [03.02.2012] - QƏBİRİSTANLIQDA DONARAQ ÖLDÜ [03.02.2012] - TİFLİSDƏ UŞAQ BAĞÇASINDA PARTLAYICI QURĞULAR AŞKARLANIB [03.02.2012] - ŞƏKİDƏ İKİ UŞAQ ANASI İNTİHAR EDİB [01.02.2012] - 30 AVTOMOBİLDƏN İBARƏT ZƏNCİRVARI QƏZA [01.02.2012] - QARTƏMİZLƏYƏN MAŞIN 58 YAŞLI KİŞİNİN ÜSTÜNDƏN KEÇDİ [31.01.2012] - MOSKVADA AZƏRBAYCANLI LİFTDƏ GÜLLƏLƏNDİ [31.01.2012] - ÖZÜNÜ GÜLLƏLƏYƏN ƏSGƏR ÖLDÜ [30.01.2012] - RUSİYADAN QAYITDI, QƏTLƏ YETİRİLDİ |
| Yeni MÜSAVAT © 2008 |
|