|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Lənkəran rayonu ərazisində yerləşən məscidin yaxınlığında silahlı insident törətmiş daha iki nəfər tutulub (DİN). Onlar nazirliyin Baş Cinayət-Axtarış İdarəsi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Masallı və Lənkəran Polis Şöbəsi, Lənkəran Rayon Prokurorluğu əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb. Tutulanlar Orxan Dəyyanov və Zaur Həsənovdur. Qeyd edək ki, məlum hadisə sentyabrın 3-də saat 00.15 radələrində Lənkəran rayonunun Qumbaşı kəndi ərazisində qeydə alınıb. Masallı rayonu istiqamətindən bir neçə minik maşınında gələn silahlı şəxslər Qumbaşı kənd məscidinin qarşısına toplaşmış yerli sakinlərə “Vinçester” markalı silahdan atəş açıblar. Atəş nəticəsində kənd sakini, 41 yaşlı Elşən Hüseynov qətlə yetirilib. Digər kənd sakini, 25 yaşlı Ramin Ağamalıyev isə döş qəfəsindən aldığı güllə yarası ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib. Dünən axşam saatlarında isə rayonda daha kütləvi toqquşma baş verib. Pia.az saytının günün sonunda rayon sakinlərinə istinadən yaydığı məlumata görə, ötən həftədəki hadisə zamanı dünyasını dəyişmiş Elşən Hüseynovun məzarını ziyarət etmək üçün bir yerə toplaşan 200-ə yaxın dindar polislə toqquşub. Yürüşçülərin qarşısını almağa cəhd göstərən polislə qəzəbli yerli sakinlər arasında qarşıdurma olub. Müşahidəçi sakinlərin dediyinə görə, polislə sakinlər arasında baş verən toqquşma az sonra nəzarətdən çıxıb və rəhbərlik rayondakı xüsusi təyinatlı dəstələri köməyə çağırıb. Bu zaman qarşıdurma yaranıb. 10-a yaxın dindar yürüşün qarşısının alınması zamanı ciddi bədən xəsarətləri alıb. Bunun ardınca daha da qəzəblənən əhali polislə qarşıdurmaya gedərək, onlara müqavimət göstərməyə başlayıb. Etirazçıları sakitləşdirməyi bacarmayan polis qüvvələri əraziyə gətirilmiş xüsusi təyinatlıların köməyinə əl atıb. Sakinlər deyiblər ki, gözyaşardıcı qaz bombalarından istifadə edən xüsusi təyinatlılar 40-dan çox nümayişçini saxlayıb. Məzarlığı göstərili ziyarət edən və sakinləri zor gücünə dağıdan hüquq-mühafizə orqanları vəziyyəti nəzarətə almağı bacarıb. Son məlumata görə, bir qrup etirazçı ilə polis qüvvələri arasında baş vermiş qarşıdurmadan sonra Lənkəran şəhərində qeyri-rəsmi fövqəladə vəziyyət elan edilib. Hazırda şəhər tamamilə polis və xüsusi təyinatlıların nəzarətindədir. Sakinlərin dediyinə görə, Lənkəran şəhərinin bütün polis əməkdaşları şəhərin müxtəlif yerlərində hər hansı bir hadisənin baş verməməsi üçün hazır vəziyyətdə dayanıblar. Saxlanılanlarla bağlı da səhih məlumat yoxdur. Lənkərandan olan digər məlumata görə, baş vermiş insidenti yatıran xüsusi təyinatlı dəstələr paytaxtdan gedib: “Həmin maskalılar bir neçə gün bundan öncə Lənkəranda narkotiklə mübarizə ilə əlaqədar xüsusi əməliyyat keçirmək üçün Lənkərana gəliblər. Sadəcə bu gün (dünən-red) yerli polis baş vermiş hadisəyə müdaxilə edə bilmədiyi üçün həmin xüsusi təyinatlıların köməyindən istifadə olunub. ” Xəbər gec saatlarında yayıldığı üçün DİN mətbuat xidmətinin rəyini ala bilmədik. Xəbər xidməti 8745 dəfə baxılıb
|
[09.02.2012] - BAKIDA BİR NƏFƏR GÜLLƏLƏNDİ [07.02.2012] - EVİ QARƏT EDƏNLƏR TUTULDU [07.02.2012] - OĞURLUĞA GÖRƏ AXTARIŞDA OLAN ŞƏXS YAXALANDI [07.02.2012] - DƏLƏDUZLUQLA AXTARIŞDA OLAN TUTULDU [07.02.2012] - BAKI SAKİNİN ÜZƏRİNDƏN HEROİN TAPILDI [07.02.2012] - ÖZLƏRİNİ SU İDARƏSİNİN ƏMƏKDAŞI KİMİ TƏQDİM EDƏN DƏLƏDUZLAR YAXALANDI [06.02.2012] - MAŞIN OĞRUSU ƏLƏ KEÇDİ [05.02.2012] - “AZƏRENERJİ”nin BAŞ MÜHƏNDİSİ İŞ OTAĞINDA ÖLDÜ [05.02.2012] - “LİFE CENTER”dən 200 MİN MANATLIQ QIZIL-BRİLYANT APARILDI [04.02.2012] - SUMQAYITDA ANA VƏ İKİ AZYAŞLI ÖVLADI YANARAQ ÖLÜB [03.02.2012] - QƏBİRİSTANLIQDA DONARAQ ÖLDÜ [03.02.2012] - TİFLİSDƏ UŞAQ BAĞÇASINDA PARTLAYICI QURĞULAR AŞKARLANIB [03.02.2012] - ŞƏKİDƏ İKİ UŞAQ ANASI İNTİHAR EDİB [01.02.2012] - 30 AVTOMOBİLDƏN İBARƏT ZƏNCİRVARI QƏZA [01.02.2012] - QARTƏMİZLƏYƏN MAŞIN 58 YAŞLI KİŞİNİN ÜSTÜNDƏN KEÇDİ [31.01.2012] - MOSKVADA AZƏRBAYCANLI LİFTDƏ GÜLLƏLƏNDİ [31.01.2012] - ÖZÜNÜ GÜLLƏLƏYƏN ƏSGƏR ÖLDÜ [30.01.2012] - RUSİYADAN QAYITDI, QƏTLƏ YETİRİLDİ |
| Yeni MÜSAVAT © 2008 |
|