|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Xaçmaz Rayon İcra Hakimiyyətinin (İH) şöbə müdiri qəza törədib. anspress-in məlumatına görə, Xaçmaz Rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə Orqanları ilə iş şöbəsinin müdiri İlham Quliyev idarə etdiyi “Niva” markalı maşınla Nəriman Nərimanov prospektində 1956-cı il təvəllüdlü Fikrət Şahabəttin oğlu Ağarzayevi vurub. Keçmiş polis əməkdaşı olan, son dövrlərdə tüfeyli həyat tərzi keçirən piyada dünyasını dəyişib. Xaşmaz Rayon Polis Şöbəsindən faktı təsdiqləsələr də, geniş məlumat verilməyib. İH-dan isə Fikrət Ağarzayevin 45 gündür ki, parkda yatdığı və özünü qəfildən İlham Quliyevin idarə etdiyi maşının önünə atdığı qeyd edilib. Məlumata görə, İlham Quliyev artıq şöbə müdiri vəzifəsindən azad olunub. Bərdə rayonunda isə bədbəxt hadisə baş verib. Rayon Prokurorluğundan verilən məlumata görə, Xəfilli kənd sakini 14 yaşlı İnşallah Şıxıyev ehtiyaqtsızlığın qurbanı olub. Mərhum sentyabrın 7-nə keçən gecə Xəfilli kəndi ərazisində 35 yaşlı Namiq Hüseynovun idarə etdiyi “T-28" markalı traktorun qoşqu hissəsinə çıxmaq istəyərkən yıxılıb. Nəticədə İ.Şıxıyevin başı traktorun ön təkərinin altına düşüb və aldığı ağır xəsarətdən hadisə yerindəcə keçinib. Mərhum İ.Şıxıyev Xəfilli kənd orta məktəbinin 9-cu sinfində oxuyurdu (milli.az). Xəbər xidməti 1243 dəfə baxılıb
|
[09.02.2012] - BAKIDA BİR NƏFƏR GÜLLƏLƏNDİ [07.02.2012] - EVİ QARƏT EDƏNLƏR TUTULDU [07.02.2012] - OĞURLUĞA GÖRƏ AXTARIŞDA OLAN ŞƏXS YAXALANDI [07.02.2012] - DƏLƏDUZLUQLA AXTARIŞDA OLAN TUTULDU [07.02.2012] - BAKI SAKİNİN ÜZƏRİNDƏN HEROİN TAPILDI [07.02.2012] - ÖZLƏRİNİ SU İDARƏSİNİN ƏMƏKDAŞI KİMİ TƏQDİM EDƏN DƏLƏDUZLAR YAXALANDI [06.02.2012] - MAŞIN OĞRUSU ƏLƏ KEÇDİ [05.02.2012] - “AZƏRENERJİ”nin BAŞ MÜHƏNDİSİ İŞ OTAĞINDA ÖLDÜ [05.02.2012] - “LİFE CENTER”dən 200 MİN MANATLIQ QIZIL-BRİLYANT APARILDI [04.02.2012] - SUMQAYITDA ANA VƏ İKİ AZYAŞLI ÖVLADI YANARAQ ÖLÜB [03.02.2012] - QƏBİRİSTANLIQDA DONARAQ ÖLDÜ [03.02.2012] - TİFLİSDƏ UŞAQ BAĞÇASINDA PARTLAYICI QURĞULAR AŞKARLANIB [03.02.2012] - ŞƏKİDƏ İKİ UŞAQ ANASI İNTİHAR EDİB [01.02.2012] - 30 AVTOMOBİLDƏN İBARƏT ZƏNCİRVARI QƏZA [01.02.2012] - QARTƏMİZLƏYƏN MAŞIN 58 YAŞLI KİŞİNİN ÜSTÜNDƏN KEÇDİ [31.01.2012] - MOSKVADA AZƏRBAYCANLI LİFTDƏ GÜLLƏLƏNDİ [31.01.2012] - ÖZÜNÜ GÜLLƏLƏYƏN ƏSGƏR ÖLDÜ [30.01.2012] - RUSİYADAN QAYITDI, QƏTLƏ YETİRİLDİ |
| Yeni MÜSAVAT © 2008 |
|