12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Kriminal

BİR GÜNDƏ 5 NƏFƏR İNTİHAR ETDİ

2010-09-09

Ölkə ərazisində intihar hadisələri dəhşətli həddə çatıb. Bir gün ərzində daha 5 nəfər canına qəsd edib. Şirvan şəhər sakini 17 yaşlı Flora Məmmədova özünü zəhərləyərək öldürüb. Hadisə sentyabrın 7-də səhər saatlarında Şirvan şəhər mərkəzində yerləşən “Alyona” sənaye malları mağazasında baş verib. Həmin mağazada satıcı işləyən F.Məmmədova səhər işə gəlib və işçilərin yanında sirkə turşusunu başına çəkib.

Qız ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, dünən gecə dünyasını dəyişib. Mərhumun özünə qəsd etməsinin səbəbləri məlum olmasa da, onun çox kasıb ailənin qızı olduğu bildirilir (milli.az). Bakının Sabunçu rayonu, Balaxanı qəsəbəsində yaşayan 33 yaşlı Məmməd Baxışov yaşadığı evin tavanından özünü asıb. Mərhumun özünə qəsd etməsinin səbəbləri məlum deyil. Bakının Xətai rayonunda, Gəncə prospekti, ev 23, mənzil 24 ünvanında yaşayan, 30 yaşlı Telman Əli oğlu Qurbanov özünü yaşadığı evin eyvanında kəndirlə asıb. Lakin ağırlığa tab gətirməyən kəndir qırılıb və T. Qurbanov 3-cü mərtəbədən yerə düşüb. O, xəstəxanaya çatdırılsa da, aldığı xəsarətlər ağır olduğundan onu xilas etmək mümkün olmayıb. Xətai Rayon Prokurorluğundan isə bildirilib ki, mərhum özünü 3-cü mərtəbədən ataraq intihar edib. Lakin onun özünə qəsd etməsinin səbəbləri məlum deyil (APA). Abşeron rayonu, Saray qəsəbəsində yaşayan 21 yaşlı Şamiyyəddin Şahgəldiyev özünü yaşadığı evin həyətində asıb. Mərhumun meyiti sentyabrın 7-də saat 20:00 radələrində ağacdan asılmış vəziyyətdə aşkar olunub. Ş.Şahgəldiyev başqa yerdə qeydiyyatda olsa da, Saray qəsəbəsi ərazisində ferma evləri adlanan ərazidə yaşayırmış. O, evdə heç kimin olmamasından istifadə edərək həyatına qəsd edib. Mərhumun özünə qəsd etməsinin səbəbləri məlum olmasa da, onun subay olduğu bildirilir. Sentyabrın 7-də Bakının Suraxanı rayonunda isə gənc qadın intihar edib. Rayon prokurorluğundan verilən məlumata görə, 32 yaşlı İlhamə İxtiyar qızı Rəhimova yaşadığı evin həyətindəki tikilinin damından özünü asıb. İlhamə Rəhimovanın həyat yoldaşı işdən evə gələrkən yoldaşının evdə olmadığını görüb. Evi axtarıb onu tapmadıqda həmin tikiliyə gedib və orada arvadının asılmış vəziyyətdə meyitini görüb (lent.az).

Xəbər xidməti

1277 dəfə baxılıb

Xəbəri paylaş

[09.02.2012] - BAKIDA BİR NƏFƏR GÜLLƏLƏNDİ

[07.02.2012] -

[07.02.2012] - EVİ QARƏT EDƏNLƏR TUTULDU

[07.02.2012] - OĞURLUĞA GÖRƏ AXTARIŞDA OLAN ŞƏXS YAXALANDI

[07.02.2012] - DƏLƏDUZLUQLA AXTARIŞDA OLAN TUTULDU

[07.02.2012] - BAKI SAKİNİN ÜZƏRİNDƏN HEROİN TAPILDI

[07.02.2012] - ÖZLƏRİNİ SU İDARƏSİNİN ƏMƏKDAŞI KİMİ TƏQDİM EDƏN DƏLƏDUZLAR YAXALANDI

[06.02.2012] - MAŞIN OĞRUSU ƏLƏ KEÇDİ

[05.02.2012] - “AZƏRENERJİ”nin BAŞ MÜHƏNDİSİ İŞ OTAĞINDA ÖLDÜ

[05.02.2012] - “LİFE CENTER”dən 200 MİN MANATLIQ QIZIL-BRİLYANT APARILDI

[04.02.2012] - SUMQAYITDA ANA VƏ İKİ AZYAŞLI ÖVLADI YANARAQ ÖLÜB

[03.02.2012] - QƏBİRİSTANLIQDA DONARAQ ÖLDÜ

[03.02.2012] - TİFLİSDƏ UŞAQ BAĞÇASINDA PARTLAYICI QURĞULAR AŞKARLANIB

[03.02.2012] - ŞƏKİDƏ İKİ UŞAQ ANASI İNTİHAR EDİB

[01.02.2012] - 30 AVTOMOBİLDƏN İBARƏT ZƏNCİRVARI QƏZA

[01.02.2012] - QARTƏMİZLƏYƏN MAŞIN 58 YAŞLI KİŞİNİN ÜSTÜNDƏN KEÇDİ

[31.01.2012] - MOSKVADA AZƏRBAYCANLI LİFTDƏ GÜLLƏLƏNDİ

[31.01.2012] - ÖZÜNÜ GÜLLƏLƏYƏN ƏSGƏR ÖLDÜ

[30.01.2012] - RUSİYADAN QAYITDI, QƏTLƏ YETİRİLDİ

[29.01.2012] - ŞİRVANDA DA EV YANIB...

ARXIV

Yeni MÜSAVAT © 2008