|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
“Əzizim Aidə, səni hər gün, hər an düşünürəm, düşünəcəm də. Lakin mənim bütün rahatlığımı alan sənin məzar daşındakı şəklindən baxan, yol çəkən, ürəyimdə dilim-dilim alovlanan, közərən, yandıran nisgilli gözlərindi. Hansı səmtdən şəklinə baxıramsa gözlərin mənimlədi”. Bu cümlələr bloqunda yerləşdirdiyi yazıdandır. İndi Aidə xanımsız bu evdə onun üçün çox çətindir. Barəsində çəkilən filmi xatırlayaraq deyir ki, Aidə xanımsız günlərin kədəri həmin filmdə daha dəqiq təsvir olunub. Həmkarım Ramin Dekonun 3 gün davam edən cəhdlərindən sonra nəhayət, bir qəfil zəngə elə qəfil cavab ala bildik. Telefonda “Rafiq müəllim, sizə qonaq gəlmək istəyirik” arzusuna “buyurun gəlin” cavabını alanda yadıma professorun öz aforizmi düşdü: “Onun sadəliyi böyüklüyü qədərdir”. “Parlament” və tələbə azadlığı... Beləliklə, yazıçı Pərviz Cəbrayıl, Ramin Deko və bəndəniz son günlərin ən çox danışılan, Dövlət Neft Akademiyasında “Avtomatlaşdırılmış idarəetmə sistemləri” kafedrası müdirliyi vəzifəsindən kənarlaşdırılması əks-səda doğuran alim Rafiq Əliyevin evində qonaq olduq. Görüşdə Rafiq müəllimin kürəkəni Şamil bəy də (Famil Mehdinin oğlu-E.S.) iştirak edirdi. Əvvəlcə çay süfrəsi ətrafında söhbətimiz başladı.
“Siyasi dəyişikliklər dünyanı əhatə edəcək” Söhbətimiz qızışdıqca dünyada gedən proseslərdən, inqilablardan söz açılır. Təsadüfdürmü, yoxsa zərurətdirmi, bilmirəm, otağın küncündəki televizorda “Qulp” verilişi yayımlanır. Rafiq müəllim inqilablardan danışır, “Qulp”da da ərəb ölkələrindəki tiranların devrilməsi barədə süjet yayımlanır. Professor hesab edir ki, siyasi dəyişikliklər artıq bütün dünyanı əhatə edəcək: “Bu təkcə diktatura rejimlərində deyil, artıq Avropada da müşahidə olunur. Berluskoni getdi, Sarkozi də var. Bu gün dünyada inqilablar modelləşdirilir, proqnozlaşdırılır. Bu mənim nəzəriyyəm deyil. Sosial inqilablar haqda internetdən oxuya bilərsiz. Əvvəlcə araşdırılır ki, hansı ölkədə narazılığın dərəcəsi nə qədərdir, hansı xalqın səbri partlayış həddinə çatıb. Sonra modelləşdirilir və həyata keçir”. Elçibəy, “R1" siqareti və qeyri-səlis nəzəriyyə... Söhbətimizi mətbəxdə davam etdiririk. Rafiq müəllimin sadəliyi çəkdiyi ucuz siqaretdə də özünü göstərir. “R1" siqaretindən çəkərək mərhum prezident Elçibəylə görüşü yada salır. Deyir ki, Elçibəyin başqa prezidentlərdən fərqi həm də ziyalılarla görüşməsi idi: ”Onunla prezident olmağına 1 ay qalmış görüşdük. Görüşdə Eldar Salayev, Azad Mirzəcanzadə, Həsən Turabov və mən iştirak edirdik. Hər şeydən danışdıq. Ədəbiyyatdan, sənətdən, elmdən söhbət elədik. Elçibəyi yüksək qiymətləndirirəm. Sonuncu dəfə isə 1997 ya 98-ci ildə görüşdük. Onun üstün keyfiyyətlərindən biri də ziyalılarla görüşmək idi. Bunlarda belə şey yoxdur. Elçibəy Azərbaycanda demokratik qalanın tikilməsində rolu olub". Söhbətin ən maraqlı yeri Pərviz bəylə Rafiq müəllim arasında qeyri-səlis nəzəriyyə ilə bağlı müzakirə oldu. Çoxlarının adını eşitdiyi, amma hələ bilmədiyi bu nəzəriyyəyə hörmətli alim çox sadə izah verdi.
“Elmə 2 faizdən az vəsait ayrılırsa, orda elm yoxdur” Söhbətimizin məcrası ziyalılardan düşür. R.Dekonun “Rafiq müəllim, əsl ziyalı necə olmalıdır” sualına cavabını öyrənirik. Ziyalının fikrincə, əsl ziyalı milli mənafeyi fərdi mənafedən üstün tutmalıdır: “Ziyalının ideoloji öhdəçiliyi gərək olmasın. Muzdlu əməklə məşğul olmasın. Milli mənafeyi bir damcı da heç olmasa fərdi mənafedən üstün tutsun. Əgər ziyalı xalqın sözünü deyirsə sonunu düşünməməlidir. Əgər ziyalıdırsa, bilməlidir ki, işıq gələn tərəfə daş atacaqlar. O daşdan qorxmasın. Ziyalılıq ailəyə münasibətdə ən dominant göstəricidir. Həyat yoldaşım haqda yazımda da qeyd etmişdim ki, ailəyə münasibət vətənə münasibətdir. İnsan gərək yalan danışmasın. Yalnız müqəddəs yalanlar var. Məsələn, vətəni satmamaq üçün yalan danışmaq olar”. Emil SALAMOĞLU 3502 dəfə baxılıb
|
[14.05.2012] - “AZƏRBAYCANI AXŞAM BAZARINA DÖNDƏRİBLƏR” [30.04.2012] - “TAKTİKAMIZA YENİDƏN BAXMAQ MƏCBURİYYƏTİNDƏYİK [26.03.2012] - “HAKİMİYYƏT 500 NƏFƏR VERSİN, KƏLBƏCƏRİ İŞĞALDAN AZAD EDİM” [19.03.2012] - “VAQİF NOVRUZOV DƏFƏLƏRLƏ DİZ ÇÖKÜB, MƏNİM QARŞIMDA AĞLAYIB...” [17.03.2012] - “İSA QƏMBƏRİN HƏBSDƏN ÇIXMASI ÜÇÜN HEYDƏR ƏLİYEVƏ MÜRACİƏT ETDİK” [16.03.2012] - VAQİF NOVRUZOVDAN SENSASİYA YAĞMURU DAVAM EDİR [15.03.2012] - “ELDAR HƏSƏNOVUN GƏTİRDİYİ İSMARIŞDAN SONRA İŞDƏN ÇIXDIM” [14.03.2012] - KEÇMİŞ DAXİLİ İŞLƏR NAZİRİ “YENİ MÜSAVAT”a SENSASİON FAKTLAR AÇIQLADI [05.03.2012] - “DEDİM NOBEL MÜKAFATI LAUREATI OLMAQ İSTƏYİRƏM” [27.02.2012] - “EVİM ONA GÖRƏ YOXDUR Kİ, RƏSMİ MAAŞ ALMIŞAM...” [20.02.2012] - “MÜXALİFƏTİ OLMAYAN ÖLKƏ İNKİŞAF EDƏ BİLMƏZ” [28.01.2012] - “AVTORİTAR LİDERLƏR SİYASİ SƏHNƏDƏN BİRDƏFƏLİK ÇƏKİLƏCƏKLƏR” [26.01.2012] - “MƏN HEÇ VAXT İLHAM ƏLİYEV-RƏSUL QULİYEV SEÇİMİNDƏ QALMARAM...” [22.12.2011] - “METRODAKI TİCARƏTDƏN AYDA 100 MİN MANAT GÖTÜRÜRƏM” [21.12.2011] - “ANAM “CAN BAKI” DEYƏNDƏN SONRA RAHAT YATIRDIM” [12.12.2011] - “PROSESLƏR RUSİYANIN DAĞILMASINADƏK DƏ GEDƏ BİLƏR” [02.12.2011] - HACI İLQAR İBRAHİMOĞLU İNSAN HAQLARI, “500 NÜFUZLU MÜSƏLMAN” VƏ AŞURA DÖNƏMİ BARƏDƏ [22.11.2011] - “BORCUMU YERİNƏ YETİRMƏK ÜÇÜN GETDİM...” |
| Yeni MÜSAVAT © 2008 |
|