|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Bakıda ATƏT-in Bakı Ofisi, Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu İnsan Hüquqları İnstitutu ilə birgə Bakıda “Hüquq peşəsinin gücləndirilməsi və ədalət mühakiməsinə çatımlıq” mövzusunda beynəlxalq konfrans keçirir. Maraqlıdır ki, ATƏT-in təşkilatçılığı ilə keçirilən tədbir barədə ictimaiyyətə məlumat verilməyib, media, vətəndaş cəmiyyəti qurumları tədbirə dəvət almayıblar. Bu məxfiliyin arxasında dayanan məqamlarla bağlı Hüquq Maarifçiliyi cəmiyyətinin rəhbəri, tanınmış hüquqşünas İntiqam Əliyevə müraciət etdik. - Media, QHT, digər vətəndaş cəmiyyəti qurumlarının, vəkillərin tədbirə dəvət edilməmələrinin səbəbi nə ilə bağlıdır? - Bunun kökündə hökumətin islahatlar, dəyişikliklər, ədalətli cəmiyyət istəyən və bu istiqamətdə çalışan bütün qurumlara, kəslərə olduğu kimi, vətəndaş cəmiyyətinə pis münasibəti, beynəlxalq təşkilatların isə bu hökumətə üzgörənliyi dayanır. Müstəqil vətəndaş cəmiyyəti qurumlarının təmsilçilərinin bu cür tədbirlərə dəvət etməkdən hökuməti çəkindirən həm də arqument və ya daha dəqiq desəm, arqumentsizlik problemidir. Demokratiya, insan haqları, toplaşmaq, seçki, söz azadlığı, ədalət mühakiməsi və digər sahələrdə hökumət nümayəndələrinin vətəndaş cəmiyyəti ilə normal müzakirə apara bilmələri üçün onlar müstəqil olmalıdırlar, müzakirələrə açıq olmalıdırlar və ən əsası da həmin problemlərin həllini sözdə yox, həqiqətən də istəməlidirlər. Bunların heç biri indiki halda yoxdur. Onlar anlayırlar ki, haqsızdırlar. Amma vətəndaş cəmiyyəti təmsilçiləri olmayanda, beynəlxalq təşkilatların və özlərinin yaratdığı qurumların təmsilçilərinin əhatəsində hansı yalanı istəyirlər rahatlıqla söyləyə bilirlər. Bilirlər ki, etiraz edən olmayacaq. Arqument çatışmazlığı və ya yoxluğu şəraitində polemika aparmaq çətin məsələdir. Bu mənada, hansısa dozada hakimiyyət təmsilçilərinin vətəndaş cəmiyyəti ilə üz-üzə oturmaqdan çəkinməsi elementi var. - Deyirsiniz, bizim hökumət kimdənsə çəkinir? - Hökumətimiz 10-15 il bundan öncədən fərqli olaraq son günlərə qədər heç kimi saymırdı: nə Amerikanı, nə Avropanı, nə ATƏT-i, nə Avropa Şurasını, nə də regiona təzə qədəmlərini qoyan Avropa Birliyini. Bunlar o dövlətlərdir ki, Azərbaycandakı siyasətə (hətta istəsələr, hakimiyyətlə bağlı məsələlərə qədər) təsir edə bilərlər; bunlar o qurumlardır ki, Azərbaycan hökuməti onların qarşısında öhdəliklər götürüb. - Hazırkı durumda beynəlxalq təşkilatların mövqeyi Sizi qane edir? - Təəssüf ki, biz beynəlxalq təşkilatların, xarici ölkə liderlərinin, diplomatların Azərbaycanda demokratiya və insan haqlarının durumundan məmnunluğunu bəyan edən çıxışlarını az eşitməmişik. 2-3 il bundan öncə ölkədəki səfirliklərdən birinin rəhbəri insan hüquqları ilə bağlı beynəlxalq konfransda belə bir fikir söyləmişdi ki, vətəndaş cəmiyyəti qurumları Avropa Mehmanxanasında toplaşıb tədbir keçirə bilirlərsə, vəziyyət o qədər də ağır deyil. - Vəkilliyin hazırki duruma salınmasının arxasında hansı amillər dayanır? - Hakimiyyət vəkilliyin güclü instituta çevrilməsində maraqlı deyil. Vəkillikdə baş verən proseslər, hüquqşünasların fəallığının artması vəkilliyi nəzarətdə saxlamaqda, onun zəif, gözüqıpıq, qeyri-demokratik olmasında maraqlı olan hakimiyyəti narahat edir. Hakimiyyət bu ölkədə məhkəmələr kimi vəkilliyin miskin və asılı vəziyyətdə qalmasında maraqlıdırlar. Çünki güclü və müstəqil vəkillik məhkəmə, hüquq-mühafizə orqanları sistemində özbaşınalığın, qanunsuzluğun və korrupsiyanın qarşısında ən böyük sədlərdən biridir. Məhkəmələrin əli ilə istənilən sifarişli hökm və qətnamələri çıxaran, məhkəmələrə, hüquq-mühafizə orqanlarına həm opponentləri zərərsizləşdirmə, cəzalandırma vasitəsi kimi, həm də varlanma mənbəyi kimi baxan adamlar güclü vəkilliyə buna mane ola biləcək qüvvə kimi baxırlar. Onlar tamamilə haqlı olaraq düşünürlər ki, güclü və müstəqil vəkillik olduqda insan hüquqlarının indiki kütləvi pozuntuları mümkün olmayacaq, məhkəmələrdə rüşvətxorluq və korrupsiya indiki səviyyədə olmayacaq, ölkədəki qanunsuzluq və özbaşınalıq indiki sərhədlərdə tüğyan etməyəcək. Hakimiyyətin bu missiyanı uğurla yerinə yetirən Vəkillər Kollegiyasının rəhbərliyinə himayəsinin və müstəqil vəkillərə qarşı basqıları gücləndirməsinin kökündə həm də bu dayanır. - Keçirilən tədbirdən hansı gözləntiləriniz var? - Tədbirdən yaxşı bir şey gözləmirəm. Hökumətin qorxusundan tədbirə müstəqil vətəndaş cəmiyyəti təmsilçilərini və ən önəmlisi, vəkillərlə bağlı məsələlər müzakirə olunduğu halda, onların özünü dəvət etməyə cəsarəti çatmayan ATƏT-in və onun Varşavadakı Bürosunun təmsilçilərinin vəkilliyin əsas problemlərini, o cümlədən son dövrlərdə vəkillərə getdikcə artan təzyiqlərlə bağlı məsələləri orada qaldıracağına inanmıram. Belə bir tədbirdə uzaqbaşı müzakirələr vəkilliklə bağlı otuzuncu dərəcəli əhəmiyyətli mövzular ətrafında ola bilər; məsələn, vəkillər üçün təlimlərin keçirilməsi və vəkillik məktəbinin yaradılması kimi. Yeri gəlmişkən, ATƏT-in qanunun aliliyi şöbəsinin rəhbərliyinin konfransqabağı məsləhətləşmələr adı altında QHT təmsilçiləri və vəkillərlə görüşündə məhz bu məsələlər müzakirəyə çıxarılmışdı. Bu cür şeyləri görəndə adam hiddətini mədəni dildə ifadə etmək istəsə, ən yumşaq ifadə yəqin ki bu olar: ayıbdır! E.MƏMMƏDƏLİYEV 2454 dəfə baxılıb
|
[14.05.2012] - “AZƏRBAYCANI AXŞAM BAZARINA DÖNDƏRİBLƏR” [30.04.2012] - “TAKTİKAMIZA YENİDƏN BAXMAQ MƏCBURİYYƏTİNDƏYİK [26.03.2012] - “HAKİMİYYƏT 500 NƏFƏR VERSİN, KƏLBƏCƏRİ İŞĞALDAN AZAD EDİM” [19.03.2012] - “VAQİF NOVRUZOV DƏFƏLƏRLƏ DİZ ÇÖKÜB, MƏNİM QARŞIMDA AĞLAYIB...” [17.03.2012] - “İSA QƏMBƏRİN HƏBSDƏN ÇIXMASI ÜÇÜN HEYDƏR ƏLİYEVƏ MÜRACİƏT ETDİK” [16.03.2012] - VAQİF NOVRUZOVDAN SENSASİYA YAĞMURU DAVAM EDİR [15.03.2012] - “ELDAR HƏSƏNOVUN GƏTİRDİYİ İSMARIŞDAN SONRA İŞDƏN ÇIXDIM” [14.03.2012] - KEÇMİŞ DAXİLİ İŞLƏR NAZİRİ “YENİ MÜSAVAT”a SENSASİON FAKTLAR AÇIQLADI [05.03.2012] - “DEDİM NOBEL MÜKAFATI LAUREATI OLMAQ İSTƏYİRƏM” [27.02.2012] - “EVİM ONA GÖRƏ YOXDUR Kİ, RƏSMİ MAAŞ ALMIŞAM...” [20.02.2012] - “MÜXALİFƏTİ OLMAYAN ÖLKƏ İNKİŞAF EDƏ BİLMƏZ” [28.01.2012] - “AVTORİTAR LİDERLƏR SİYASİ SƏHNƏDƏN BİRDƏFƏLİK ÇƏKİLƏCƏKLƏR” [26.01.2012] - “MƏN HEÇ VAXT İLHAM ƏLİYEV-RƏSUL QULİYEV SEÇİMİNDƏ QALMARAM...” [22.12.2011] - “METRODAKI TİCARƏTDƏN AYDA 100 MİN MANAT GÖTÜRÜRƏM” [21.12.2011] - “ANAM “CAN BAKI” DEYƏNDƏN SONRA RAHAT YATIRDIM” [12.12.2011] - “PROSESLƏR RUSİYANIN DAĞILMASINADƏK DƏ GEDƏ BİLƏR” [02.12.2011] - HACI İLQAR İBRAHİMOĞLU İNSAN HAQLARI, “500 NÜFUZLU MÜSƏLMAN” VƏ AŞURA DÖNƏMİ BARƏDƏ [22.11.2011] - “BORCUMU YERİNƏ YETİRMƏK ÜÇÜN GETDİM...” |
| Yeni MÜSAVAT © 2008 |
|