22 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Müsahibə

HACI İLQAR İBRAHİMOĞLU İNSAN HAQLARI, “500 NÜFUZLU MÜSƏLMAN” VƏ AŞURA DÖNƏMİ BARƏDƏ

2011-12-02

DEVAMM sədri musavat.com-un suallarına cavab verib

- Bildiyimiz kimi, səfərdən qayıdırsınız. Səfər barədə təəssüratlarınızı bilmək istərdik.

 

- Bəli, Polşanın Poznan şəhərindən, Avropa İttifaqının Şərq Tərəfdaşlığı Forumu çərçivəsində keçirilən tədbirdən yenicə qayıtmışıq. Bu tədbir, “Sərq Tərəfdaşlığı” proqramının Vətəndaş cəmiyyəti Forumu silsiləsindən idi.

Belə gətirdi ki, son 3 ayda çoxlu sayda beynəlxalq tədbirlərə qatılası oldum. Bunlardan bir qismi insan haqları formatında, digər hissəsi vətəndaş cəmiyyəti quruculuğuna aid, başqa bir qismi isə elmi-akademik tədbirlər silsiləsindən idi. Həmin konfransların bir qismi də “İslami oyanış” fenomeninin elmi-akademik araşdırılmasına aid idi və bir inanc insanı, bir müsəlman olaraq bu tədbirlərdə iştirakımızdan xüsusi məmnunluq duyuruq.

 

 

Qeyd etdiyimiz kimi, son səfər “Sərq Tərəfdaşlığı” proqramının Vətəndaş cəmiyyəti Forumuna aid idi. Artıq 3-cü ildir ki, bir sıra dəyərli ekspertlərlə birgə, Vətənimizi bu beynəlxalq təsisatda təmsil edirik. Öncəki 2 tədbir müvafiq olaraq, Brüsseldə və Berlində keçirilmişdir, hazırkı Poznan toplantısına artıq yenilənmiş heyətlə qatıldıq.

Sözügedən konfrans eyni zamanda müxtəlif istiqamətləri özündə ehtiva edirdi. Burada həm insan haqları, həm demokratik proseslər, həm vətəndaş cəmiyyəti quruculuğu, həm dözümlülük və birgəyaşayış mədəniyyəti kimi çeşidli mövzular əhatə edilmişdi. Mən bu Forumun insan haqları və demokratiya platformasında təmsil olunmuşam. Digər dəyərli həmkarlarımızla birgə qatıldığımız bu tədbirdə dünyada gedən demokratikləşmə prosesi, insan haqlarının prioritet rolu və digər bu kimi önəmli mövzular müzakirə obyekti olmuşdur.

Bu konfrans, son aylarda yer alan bu qəbildən 2-ci tədbir idi. Öncəki toplantı – Varşava sammiti idi. Bir çox dövlət başçılarının da qatıldığı həmin məlum törən də məhz insan haqlarının prioritet rolunun vurğulanması işarəsi ilə baş tutmuşdu. Mahiyyət etibarilə, söhbət bu gün dünyada gedən qlobal demokratik çağırışların fonunda insan haqlarının gerçəkdən təminatı barədə gedir.

Onu da qeyd edim ki, Poznanda olanda digər bir mühüm tədbirə də qatıldım. Bu, insan haqları müdafiəçilərinin müdafiəsi ilə bağlı tədbir idi. Məlum olduğu kimi, insan haqları müdafiəçilərinin müdafiəsi – Avropa məkanında ən önəmli mövzulardandır. Bu, Avropa İttifaqı, Avropa Komissiyası, Avropa Şurası üçün prioritet mövzu olmaqla bərabər, həm də BMT-nin bu sahədə ayrıca sənədlərinin qəbulluğu ilə səciyyələnən bir məsələdir. Adıgedən tədbirdə insan haqları müdafiəçilərinin müdafiəsi ilə bağlı effektiv və işlək sxemlərin tətbiqi barədə kifayət qədər geniş müzakirələr oldu.

 

 

- Poznan şəhəri haqqında ümumi təəssüratlarınız necədir?

 

- Səliqəli şəhərdir, inkişaf etmiş infrastruktura malikdir, gəlmə insanlara münasibət kifayət qədər loyaldır. Buranın müsəlman-türk icması ilə də yaxından tanışlığımız oldu. Bu şəhərdə 30 nəfərə yaxın türk yaşayır. Demək olar ki, tədbirlərdən sonra əsas etibarilə vaxtımız onlarla ünsiyyətdə keçirdi. Onlarla ünsiyyətdə Poznanın və ümumilikdə Polşanın bir növ daxildən baxışı ilə tanış olduq və kifayət qədər maraqlı nöqtələr məlum oldu. Həm yaşam tərzinə aid, həm gündəlik qayğılara, bunların həllinə aid kifayət qədər geniş məlumatlar əldə etdik. Ən əlamətdar məqam – burada təhsilə verilən yüksək dəyərlə bağlı idi.

 

- Müsəlmanların durumu ilə bağlı vəziyyət nə yerdədir?

 

- Yerli əhalinin müsəlmanlara münasibəti tam loyaldır. Ümumilikdə Polşada da vəziyyət yaxşıdır. Paytaxt Varçavada artıq bir neçə yeni məscidin inşasına da başlanılıb. Bundan əlavə, müsəlmanların litseylər, hətta universitetlər də yaratmaq imkanı əmələ gəlib.

 

- Səfər zamanı xoş bir xəbər eşitdik ki, “Dünyanın ən nüfuzlu 500 müsəlmanı” siyahısında yenidən yer tutmusunuz.

 

- Bəli, Uca Allahın lütfü ilə, artıq 3-cü dəfədir ki, bu möhtəşəm siyahıda yer almaq bizə müyəssər olur. 2009 və 2010-cu illərdə də bizi bu siyahıya daxil etmişdilər. Bu, Amerikanın məşhur Corctaun (Georgetown) Universiteti və İslami Strateji Araşdırmalar Mərkəzinin (Islamic Strategic Studies Center) birgə layihəsidir. Dünyanın 500 ən nüfuzlu müsəlmanının arasında Azərbaycandan 4 nəfərin adı yer alıb. Bunlar Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə, məşhur muğam ifaçısı, xalq artisti Alim Qasımov və mənəm.

 

 

- Siyahıya daxil olma necə həyata keçirilir?

 

- Siyahıyaalınma namizədlərin öz ölkələrindəki nüfuzları, ölkədaxili və beynəlxalq təsirləri, eləcə də dünyada baş verən proseslərdəki iştiraklarına görə həyata keçirilir. Siyahıda cəmi 500 nəfər var. Buraya müsəlman dünyasının dövlət başçıları, nüfuzlu ictimai xadimləri, elm və mədəniyyət simaları daxil edilmişdir.

1,5 milyard sayla dünya əhalisinin 23%-ni təşkil edən müsəlmanlar arasında ən nüfuzlu 500 nəfəri seçmək - bir sıra meyarlar əsasında aparılır. By kriteriyalar ümumən 14 adda olur və namizədin qiymətləndirilməsinin maksimum obyektiv olması niyyəti güdülür.

 

- Adınızın bu siyahıda olmasını necə qiymətləndirirsiniz?

 

- Bu, həm böyük şərəfdir ki, ölkəmizi bu siyahıda təmsil edə bilirik, həm də tərəfimizdən Allah dərgahında böyük məsuliyyət kimi qəbul edilir. Bu əlaqədə ən böyük arzumuz odur ki, Allah Təalanın xeyir aqibətlilər siyahısında adımız olsun. Bu baxımdan, sözügedən siyahının da həmin o ümdə siyahıya yaxınlaşdıran amillərdən olmasını diləyirik.

Allahdan istəyimizin biri də budur ki, Vətənimizi hər mənada müsbət təmsil edə bilək. Həm Qarabağ probleminin həllində müəyyən ipucları əldə edə bilək, həm ölkəmizdə inancla bağlı yaşanan problemlərin çözməsində töhfəmiz olsun, həm həbsdə olan inanclıların, ümumən vicdan məhbuslarının azadlığa çıxması üçün əlimizdən gələn səyləri edək. Azərbaycandan bu siyahıda 4 nəfərin yer alması – ölkəmizin islami kimliyinin təsbit edilməsi, Vətənimizin bir müsəlman məmləkəti kimi tanınması baxımından çox önəmlidir.

 

 

- Məhərrəm günləri yaşanır, Aşura öncəsidir. Bununla bağlı düşüncələrini bölüşərdiniz.

 

- Məhərrəm-səfər əyyamı ölkəmiz üçün, xalqımız üçün şox önəmli bir məsələdir. Əslində bu, mental məsələlərdən biridir. Əsrlər boyu, bütün şəraitlərə rəğmən, Aşura ənənəsi ölkəmizdə yaşadılıb və şükürlər ki, yaşadılmaqdadır. Aşura tədbirləri, məhərrəmlik keçirmə ənənəsi - Novruz bayramı kimi xalğımızın ruhi kökündən, millətimizin qəlbinin mental dərinliklərindən qaynaqlanan bir fenomendir. Xalqımızın İmam Hüseynə (ə) izhar etdiyi bu çoxəsrlik məhəbbət - əslində bütün müsbətliklərə, dürüstlüklərə məhəbbətin təzahürüdür. Bu ruhiyyə - mütləq və mütləq gözəl nəticələrə gətirib çıxaran bir amildir. Bu ruhiyyə - xalqın vücudi inkişafına, potensialının realizəsinə, xoş aqibətin bərqərar olunmasına gətirib çıxaran bir amildir.

Hesab edirik ki, ildən-ilə Aşura mərasimlərinin keçirilməsi keyfiyyəti artır, Aşura məktəbinin fəlsəfəsinin dərki inkişaf edir. Günümüzdə Kərbəla vaqiəsinin anlanılmasının Azərbaycan insanının həyatında etdiyi dəyişikliklər müsbətə doğru inkişafdadır, bu təsir ümumilikdə artmaqdadır.

Bütün dünyada bu proses getməkdədir. ABŞ-dan, İngiltərədən, Fransadan, İtaliyadan, İspaniyadan, Rusiyadan tutmuş, uzaq Argentinaya və Avstraliyayadək Aşura mərasimləri möhtəşəm surətdə keçirilməkdədir. Qardaş Türkiyədə Aşura gününün rəsmən qeyri-iş günü elan edilməsi məsələsi parlamentin gündəminə gətirilib. Hesab edirəm ki, Azərbaycan üçün də bu, böyük aktuallaıq kəsb edən mövzulardandır. Gələcək illərdə bununla bağlı bu ideyanın gerçəkləşməsi üçün təşəbbüslər, inşəallah, daha da artar. Onsuz da xalqımız bu günü qeyri-iş günü kimi keçirir. Bunun rəsmiləşdirilməsi – məncə çox düzgün məsələ olardı.

 

 

Ümid edirik ki, Azərbaycanımızda Aşura törənləri ildən-ilə daha da geniş vüsət alar.

Allahdan istəyirik ki, bu günlərdə ruhiyyələrimiz təmizlənsin, yüksək mənəvi tofiqatlar hamımıza nəsib olsun, inşəallah!

KƏNAN

2461 dəfə baxılıb

Xəbəri paylaş

[14.05.2012] - “AZƏRBAYCANI AXŞAM BAZARINA DÖNDƏRİBLƏR”

[30.04.2012] - “TAKTİKAMIZA YENİDƏN BAXMAQ MƏCBURİYYƏTİNDƏYİK

[15.04.2012] - XİLASKAR

[26.03.2012] - “HAKİMİYYƏT 500 NƏFƏR VERSİN, KƏLBƏCƏRİ İŞĞALDAN AZAD EDİM”

[19.03.2012] - “VAQİF NOVRUZOV DƏFƏLƏRLƏ DİZ ÇÖKÜB, MƏNİM QARŞIMDA AĞLAYIB...”

[17.03.2012] - “İSA QƏMBƏRİN HƏBSDƏN ÇIXMASI ÜÇÜN HEYDƏR ƏLİYEVƏ MÜRACİƏT ETDİK”

[16.03.2012] - VAQİF NOVRUZOVDAN SENSASİYA YAĞMURU DAVAM EDİR

[15.03.2012] - “ELDAR HƏSƏNOVUN GƏTİRDİYİ İSMARIŞDAN SONRA İŞDƏN ÇIXDIM”

[14.03.2012] - KEÇMİŞ DAXİLİ İŞLƏR NAZİRİ “YENİ MÜSAVAT”a SENSASİON FAKTLAR AÇIQLADI

[05.03.2012] - “DEDİM NOBEL MÜKAFATI LAUREATI OLMAQ İSTƏYİRƏM”

[27.02.2012] - “EVİM ONA GÖRƏ YOXDUR Kİ, RƏSMİ MAAŞ ALMIŞAM...”

[20.02.2012] - “MÜXALİFƏTİ OLMAYAN ÖLKƏ İNKİŞAF EDƏ BİLMƏZ”

[28.01.2012] - “AVTORİTAR LİDERLƏR SİYASİ SƏHNƏDƏN BİRDƏFƏLİK ÇƏKİLƏCƏKLƏR”

[26.01.2012] - “MƏN HEÇ VAXT İLHAM ƏLİYEV-RƏSUL QULİYEV SEÇİMİNDƏ QALMARAM...”

[22.12.2011] - “METRODAKI TİCARƏTDƏN AYDA 100 MİN MANAT GÖTÜRÜRƏM”

[21.12.2011] - “ANAM “CAN BAKI” DEYƏNDƏN SONRA RAHAT YATIRDIM”

[12.12.2011] - “PROSESLƏR RUSİYANIN DAĞILMASINADƏK DƏ GEDƏ BİLƏR”

[02.12.2011] - HACI İLQAR İBRAHİMOĞLU İNSAN HAQLARI, “500 NÜFUZLU MÜSƏLMAN” VƏ AŞURA DÖNƏMİ BARƏDƏ

[22.11.2011] - “BORCUMU YERİNƏ YETİRMƏK ÜÇÜN GETDİM...”

[21.11.2011] - “BUNLARIN NADANLIĞI ONDADIR Kİ...”

ARXIV

Yeni MÜSAVAT © 2008