|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
“Ərəb baharı”ndan sonra dünyada cərəyan edən proseslər ABŞ başda olmaqla demokratik dövlətlərin və nüfuzlu dünya təsisatlarının Azərbaycan müxalifətinə də dəstək verəcəyinə ümidləri artırıb. Hesab olunur ki, dünyada başlayan demokratikləşmə dalğasının Azərbaycandan da yan keçməyəcəyini yaxşı anlayan dünya gücləri burda illərdir cərəyan edən hadisələrdə nəhayət, ədalətli mövqe sərgiləyəcəklər. Bu günlərdə Demokratiyaya Milli Dəstək Fondunun təşəbbüsü ilə ABŞ-da “Yalançı demokratiyalarla nə etməli: Azərbaycan nümunəsi” adlı tədbirdə də ölkəmizdəki proseslər, müxalifətin durumu və sair məsələlər müzakirə olunub. - Əli bəy, ABŞ-da keçirilən forumdakı müzakirələrdən gəldiyiniz qənaətiniz nədən ibarətdir, 2013-cü il seçkiləri ərəfəsində Amerikadan Azərbaycan müxalifətinə dəstəyin aratacağını gözləmək mümkünmü? - Biz 2011-ci ildən sonra hamımız dünyadakı dəyişikliklərdən danışırıq və çox zaman insanlar dünyada böyük siyasi dəyişikliklər, qlobal demokratikləşmə deyəndə ərəb ölkələrindəki demokratik inqilabları, bəzi Afrika ölkələrində, qeyri-demokratik ölkələrdəki demokratik dəyişiklikləri nəzərdə tuturlar. Təbii ki, qlobal demokratikləşmə prosesi ilk növbədə həmin inqilablarla özünü ifadə edib. Amma bu dəyişikliklər yalnız həmin qeyri-demokratik ölkələrdə baş verənlərlə məhdudlaşmır. Son illərdə ən böyük dəyişiklik Qərbin siyasi elitasında baş verir. Əgər son illərə qədər xarici siyasət bir qayda olaraq Qərb ölkələrində qapalı bir çevrənin inhisarında idisə və onlar özlərinin hesab etdikləri milli maraqlar baxımından xarici siyasi məsələləri həll edirdilərsə, son illərdə, xüsusilə internetin, sosial şəbəkələrin inkişafından sonra artıq xarici siyasət məsələləri Qərbdə də ümumxalq məsələsinə çevrildi və Qərbin özünün ciddi şəkildə demokratikləşməsinə təkan verdi. Daha geniş informasiyaya sahib olan avropalı, amerikalı vətəndaşlar bir də xəbər tutdular ki, onların demokratik yolla seçdiyi bəzi liderlər hansısa korporativ, şəxsi maraqlarına görə dünyanın ən iyrənc diktatorları, korrupsionerləri ilə sıx əlaqələr saxlayır, onların var-dövlətindən açıq-aşkar bəhrələnirlər. Ona görə də indi həmin o vətəndaşlar öz liderlərinə münasibətdə çox ciddi təzyiq yaradıblar. - Konkret olaraq Azərbaycan müxalifəti ABŞ başda olmaqla demokratiya paytaxtlarından hansı istiqamətdə dəstək gözləyir? - Biz mövqeyimizi çox açıq şəkildə həm Azərbaycan ictimaiyyəti, həm də həmin ölkələrin diplomatları ilə söhbətdə ifadə edirik. Əvvəla, bizim xalqımız demokratik idarəetməyə hazır və layiqdir. İkincisi, bütün başqa xalqlarda olduğu kimi, biz özümüz mübarizə ilə lazımi əziyyətini çəkərək demokratiyanı ölkəmizdə bərqərar etməliyik və edəcəyik. Bu prosesdə bizim Qərb ölkələrindən umduğumuz ondan ibarətdir ki, öz prinsip və dəyərlərinə sədaqətli olsunlar. Bu, ilk növbədə o deməkdir ki, Azərbaycanda, digər avtoritar rejimli ölkələrdə insan hüquqları tapdalananda, demokratiya məhdudlaşanda, orta əsrlər üsul-idarəsini xatırladan idarəetmə ilə bağlı addımlar atılanda Qərb paytaxtlarında heç kim hansısa strateji, iqtisadi, təhlükəsizlik maraqlarını bəhanə edib buna, birinci, göz yummasın. İkincisi, Qərb ictimaiyyətinə bizim mütəmadi çağırışımız olur ki, öz sıralarına baxsınlar, aralarında olan, diplomatik xidmətdə olan, siyasətlə məşğul olan, dövlət xidmətində çalışan müəyyən əliəyri adamlar var ki, onlar öz ölkələrində ona görə rüşvət almırlar ki, onlara bu rüşvəti verən yoxdur. Amma onlar Şərq korrupsionerləri ilə təmasa girən kimi qısa müddətdə varlanmaqdan özlərini saxlaya bilmirlər və Azərbaycan kimi peşəkar korrupsioner hakimiyyətlər də bu fürsətdən dərhal istifadə edirlər. Ona görə də bizim ikinci gözləntimiz bundan ibarətdir ki, Azərbaycanın neft pullarının Qərbin hakimiyyət dəhlizlərinə yol tapmasının qarşısını elə qərblilər özləri almalıdır. Onlar necə ki, öz ölkələrinin daxilində korrupsiyaya münasibətdə amansızdırlar, sərt qanunlarla korrupsiyanın qarşısını öz ölkələrində alırlar, eləcə də xaricdəki korrupsiyaya da eyni prinsipiallıqla münasibət bildirməlidirlər. Həmin adamlara təkcə bizim tərəfimizdən nəzarət olunmamalıdır. - “Ərəb baharı”ndan əvvəlki dövrlə müqayisədə Qərbin demokratik dairələrinin Azərbaycanda demokratikləşmə prosesinə və müxalif qüvvələrə münasibətinin dəyişdiyini demək olarmı? - Mən yuxarıda dünyanın, Qərbin demokratiya və insan haqlarına daha sayğılı olması ilə bağlı tendensiyaları ümumi şəkildə danışırdım. Bu tendensiyalar konkret Azərbaycanda iqtidar və müxalifətə münasibətdə də özünü göstərir. 2011-ci ili götürsək, görərik ki, keçən il bir tərəfdən bütün il ərzində dünyanın ən aparıcı KİV-ləri, ən aparıcı beynəlxalq ictimai təşkilatlar Azərbaycan hakimiyyətini ardıcıl olaraq korrupsiyada, insan haqlarını pozmaqda, qeyri-demokratik idarəetmədə ittiham və ifşa ediblər. Həmçinin il ərzində Azərbaycan vətəndaşlarının pozulan konstitusion hüquqlarını müdafiə bəyanatları verilib. Azərbaycanda fəaliyyət göstərən nüfuzlu Qərb ölkələrini və təşkilatlarını təmsil edən diplomatlar il ərzində dəfələrlə İctimai Palata ilə görüşləri zamanı, görüşlərdən kənarda siyasi məhbusların müdafiəsi, sərbəst toplaşma azadlığı ilə bağlı mövqelərini açıq ifadə ediblər. Bu mənada biz də bu prosesi hiss edirik. Bizim yanaşmamıza görə, hələ də bu proses situasiyaya adekvat deyil, hələ də bir çoxlarına konkret olaraq strateji, iqtisadi, təhlükəsizlik maraqları Azərbaycan hakimiyyətinin əməllərinə münasibət bildirməyə imkan vermir... Amma biz onlara təklif edirik ki, xüsusilə demokratik ölkələr gərək çox düzgün balans tapsınlar. Bir tərəfdən öz milli, iqtisadi maraqlarını təmin etmək, digər tərəfdən ümumbəşəri dəyərləri ayaq altına salmadan, ümumbəşəri dəyərlərin tapdanmasına göz yummadan bunu etmək lazımdır. Bax, bu, əsl məharət, diplomatik bacarıq, siyasi səbat tələb edir. Elşad PAŞASOY 4132 dəfə baxılıb
|
[14.05.2012] - “AZƏRBAYCANI AXŞAM BAZARINA DÖNDƏRİBLƏR” [30.04.2012] - “TAKTİKAMIZA YENİDƏN BAXMAQ MƏCBURİYYƏTİNDƏYİK [26.03.2012] - “HAKİMİYYƏT 500 NƏFƏR VERSİN, KƏLBƏCƏRİ İŞĞALDAN AZAD EDİM” [19.03.2012] - “VAQİF NOVRUZOV DƏFƏLƏRLƏ DİZ ÇÖKÜB, MƏNİM QARŞIMDA AĞLAYIB...” [17.03.2012] - “İSA QƏMBƏRİN HƏBSDƏN ÇIXMASI ÜÇÜN HEYDƏR ƏLİYEVƏ MÜRACİƏT ETDİK” [16.03.2012] - VAQİF NOVRUZOVDAN SENSASİYA YAĞMURU DAVAM EDİR [15.03.2012] - “ELDAR HƏSƏNOVUN GƏTİRDİYİ İSMARIŞDAN SONRA İŞDƏN ÇIXDIM” [14.03.2012] - KEÇMİŞ DAXİLİ İŞLƏR NAZİRİ “YENİ MÜSAVAT”a SENSASİON FAKTLAR AÇIQLADI [05.03.2012] - “DEDİM NOBEL MÜKAFATI LAUREATI OLMAQ İSTƏYİRƏM” [27.02.2012] - “EVİM ONA GÖRƏ YOXDUR Kİ, RƏSMİ MAAŞ ALMIŞAM...” [20.02.2012] - “MÜXALİFƏTİ OLMAYAN ÖLKƏ İNKİŞAF EDƏ BİLMƏZ” [28.01.2012] - “AVTORİTAR LİDERLƏR SİYASİ SƏHNƏDƏN BİRDƏFƏLİK ÇƏKİLƏCƏKLƏR” [26.01.2012] - “MƏN HEÇ VAXT İLHAM ƏLİYEV-RƏSUL QULİYEV SEÇİMİNDƏ QALMARAM...” [22.12.2011] - “METRODAKI TİCARƏTDƏN AYDA 100 MİN MANAT GÖTÜRÜRƏM” [21.12.2011] - “ANAM “CAN BAKI” DEYƏNDƏN SONRA RAHAT YATIRDIM” [12.12.2011] - “PROSESLƏR RUSİYANIN DAĞILMASINADƏK DƏ GEDƏ BİLƏR” [02.12.2011] - HACI İLQAR İBRAHİMOĞLU İNSAN HAQLARI, “500 NÜFUZLU MÜSƏLMAN” VƏ AŞURA DÖNƏMİ BARƏDƏ [22.11.2011] - “BORCUMU YERİNƏ YETİRMƏK ÜÇÜN GETDİM...” |
| Yeni MÜSAVAT © 2008 |
|