|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Dünən İranda həbsdən azad edilmiş azərbaycanlı alim Rəşid Əliyev APA-ya müsahibə verib. Müsahibəni təqdim edirik. - Rəşid müəllim, özünüzü Azərbaycanda necə hiss edirsiniz? - Azərbaycanda özümü çox yaxşı hiss edirəm. Elə bil ki, cənnətə düşmüşəm. Azərbaycan hökumətinə, mətbuat nümayəndələrinə, həmçinin ölkə ictimaiyyətinə mənə qarşı göstərilən diqqətə görə təşəkkür edirəm. İranda həbsdə olduğum müddətdə Azərbaycanın nəfəsini duyurdum. Bu da mənim Vətən sevgimdən irəli gəlir. - Sizi İranda hansı həbsxanada saxlayırdılar? - Mənim saxlanıldığım həbsxana İranın təhlükəsizlik xidmətinə aid müəssisə idi. Orada məşhur məhbuslar saxlanılırdı. Məni də siyasi məhbusların cəza çəkdiyi həbsxanada saxlayırdılar. Dünyanın hansı ölkəsində nə baş verirdisə, bu barədə xəbər dərhal həmin həbsxanaya gəlib çatırdı. Eləcə də Azərbaycanda baş verənlər barədə çox asanlıqla məlumat əldə edə bilirdim. - Həbsdə olduğunuz müddətdə hər hansı işgəncə və təzyiqə məruz qaldınızmı? - Həbsdə olduğum müddətdə yalnız psixoloji təzyiqə məruz qalmışam. Mən Qarabağ müharibəsi iştirakçısıyam. Müharibənin o çətin vaxtlarında mən bu qədər psixoloji əziyyət çəkməmişdim. Saxlanıldığım müəssisədə çox böyük psixoloji sarsıntı keçirdim. Bu da mənim orada tək qalmağımla bağlı idi. - İran hakimiyyəti Sizi nədə ittiham edirdi? - İran hakimiyyəti məni Azərbaycana casusluq etməkdə günahlandırırdı. Lakin əllərində bunu sübut edəcək heç bir dəlil yox idi. Ona görə də bu gün azadlıqdayam. Yoxsa, məni bu tezliklə buraxmazdılar. - Həbsdən azad edilməyinizi nə ilə əsaslandırdılar? - Birinci növbədə mən günahsız idim. İkincisi, Azərbaycan hökuməti və ictimaiyyət mənim günahsız olduğumu sübut etmək üçün var qüvvəsi ilə çalışdı. Azərbaycan Kütləvi İnformasiya Vasitələrində aparılan təbliğatın bu işdə xüsusi rolu oldu. Nəhayət, Azərbaycan və İran hökumətləri arasında aparılan danışıqlar nəticəsini verdi. Əldə olunmuş qarşılıqlı razılaşma əsasında mən azadlığa çıxdım. - Həbsxanadan buraxılandan sonra da nəzarət altında idiniz? - Bəli, mən həbsxanadan azad olunandan sonra Azərbaycanın İrandakı səfirliyinə təhvil verildim. Səfirliyin nümayəndələri bu gün məni vətənə gətirərək Azərbaycan Ədliyyə Nazirliyinə təhvil verdilər. - Ədliyyə Nazirliyinə aparılmağınızın səbəbi nə i idi? - Nazirlikdə məndən izahat aldılar. Mən də həbs ediləndən bəri başıma gələnləri izahatda qeyd elədim. - Sizin 2 il həbsdə olmağınız barədə qərar qüvvədən düşmüş hesab olunur? - Mənim barəmdə İran məhkəməsi 3 il müddətinə həbs qərarı çıxarmışdı. Lakin o qərarın hüquqi əsası yox idi. Birincisi, ona görə ki, həmin məhkəmə mənim iştirakım olmadan keçirilmişdi. İkincisi də, istintaq orqanlarının əlində mənim günahımı sübuta yetirəcək dəlil yox idi. Ona görə mən özümü bəraət almış hesab edirəm. Buna baxmayaraq, İran məhkəməsinin qərarının ləğv edilməsi üçün lazımi qurumlara müraciət edəcəyəm. Azadlığımı aldım, Allah qoysa bəraətimi də alacam. - Siz İranda həbsdə olduğunuz müddətdə maddi və mənəvi ziyana məruz qalmısız. Bunun ödənilməsi üçün hansı addımları atmaq niyyətindəsiniz? - Bəli, mən İranda günahsız həbs edilmişəm və iki il həbsxanada saxlanılmışam. Bu müddət ərzində mənə çox böyük ziyan dəyib. Maddi və mənəvi ziyana məruz qalmışam. Bunun qarşılığı olaraq mənə dəymiş maddi və mənəvi ziyana görə qarşı tərəfdən təzminat tələb edəcəyəm. Bütün bunlar gələcəyin işidir. Mən çox arzu edərdim ki, İranda insanların hüququna hörmətlə yanaşsınlar. Bir halda ki, təsirləndirilən şəxs vəkil tutmaq hüququna malik deyil, o ölkədə hansı ədalətdən danışmaq olar? Xəbər xidməti 3741 dəfə baxılıb
|
[28.01.2012] - “AVTORİTAR LİDERLƏR SİYASİ SƏHNƏDƏN BİRDƏFƏLİK ÇƏKİLƏCƏKLƏR” [26.01.2012] - “MƏN HEÇ VAXT İLHAM ƏLİYEV-RƏSUL QULİYEV SEÇİMİNDƏ QALMARAM...” [22.12.2011] - “METRODAKI TİCARƏTDƏN AYDA 100 MİN MANAT GÖTÜRÜRƏM” [21.12.2011] - “ANAM “CAN BAKI” DEYƏNDƏN SONRA RAHAT YATIRDIM” [12.12.2011] - “PROSESLƏR RUSİYANIN DAĞILMASINADƏK DƏ GEDƏ BİLƏR” [02.12.2011] - HACI İLQAR İBRAHİMOĞLU İNSAN HAQLARI, “500 NÜFUZLU MÜSƏLMAN” VƏ AŞURA DÖNƏMİ BARƏDƏ [22.11.2011] - “BORCUMU YERİNƏ YETİRMƏK ÜÇÜN GETDİM...” [21.11.2011] - “BUNLARIN NADANLIĞI ONDADIR Kİ...” [16.11.2011] - TANINMIŞ HÜQUQŞÜNASDAN ATƏT-ə KƏSKİN İTTİHAMLAR [15.11.2011] - “ZİYALI XALQIN SÖZÜNÜ DEYİRSƏ, SONUNU DÜŞÜNMƏMƏLİDİR” [09.11.2011] - “DÖVLƏT BAŞÇISINI DEBATA ÇAĞIRIRAM” [02.11.2011] - “QARŞIDA ELƏ İLLƏR VAR Kİ, HƏR ŞEYİ HƏTTA SIFIRDAN DA BAŞLAYIB DÜZƏLTMƏK MÜMKÜNDÜR” [31.10.2011] - “BƏZƏN DEYİRƏM Kİ, GÖR ÖMRÜMÜ NƏYƏ SƏRF ETDİM...” [24.10.2011] - “NOYABRIN 8-də YAP SƏDRİNƏ MÜRACİƏTİM OLACAQ” [17.10.2011] - “BU SƏNƏDİ İLLƏR BOYU HƏYƏTDƏKİ QUYUNUN İÇİNDƏ SAXLAYIBLAR” [10.10.2011] - “ELƏ O VAXTDAN QARA YAYLIQ MƏNİM SİRDAŞIM OLDU” [03.10.2011] - “DÜŞÜNMÜRƏM Kİ, KİMİNSƏ HƏDƏFİNDƏYƏM” [26.09.2011] - “ORTADA TÜRKİYƏDƏN ÜÇ, AZƏRBAYCANDAN DA BİR MƏSƏLƏ VAR” [23.09.2011] - İLHAM RƏHİMOVUN QIZI “YENİ MÜSAVAT”a DANIŞDI |
| Yeni MÜSAVAT © 2008 |
|