|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsində həkim nəzarətində olan xalq artisti Yaşar Nuri ağciyər çatışmazlığı diaqnozu ilə müalicə olunur. İstanbulun «Acıbadəm» xəstəxanasının reanimasiya şöbəsində saxlanılan Q.Rüstəmov isə hələ də komadadır. Azərbaycanın xalq artisti, görkəmli aktyor Yaşar Nuri 1951-ci ildə Bakıda aktyor Məmmədsadıq Nuriyevin ailəsində doğulub. 10 yaşından Azərbaycan televiziyasında uşaq verilişlərində çəkilib və teatr səhnələrində uşaq rollarını ifa edib. İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Akademik Milli Dram Teatrında 1974-cü ildə işlədiyi vaxtdan indiyədək ən müxtəlif obrazlar yaradıb. “Hacı Qara”, “Dəli Yığıncağı”, “Ölülər”, “Müsyö Jordan və Dərviş Məstəli Şah”, “Lənkəran xanının vəziri”, “Od gəlini”, “Sevil”, “Mirzə Şəfi Vazeh”, “Arşın mal alan” kimi klassik tamaşalarda rol alıb. 60-dan çox bədii, 25 qısametrajlı, 3 çoxseriyalı filmlərdə xarakterik rollar ifa edib. “Bəyin oğurlanması”, “Yol əhvalatı” filmlərindəki obrazları, “Kökdən düşmüş pianino”, “Yaşıl eynəkli adam”, “Səni axtarıram”-"Səndən xəbərsiz" televiziya tamaşalarında oynadığı baş rollarla seyrçilərinin daha çox sevimlisinə çevrilib. Mütəxəssislərin fikrincə, istər teatrda, istərsə də kino və telekrandakı Y.Nurinin yaratdığı rollar həcmindən asılı olmayaraq tamaşanın “ağırlıq nöqtəsi”nə dönür. Elə buna görə də ötən il İstanbul Memorial Xəstəxanasında ağır əməliyyat keçməsinə baxmayaraq, Bakıya qayıtdıqdan sonra aktyor məhsuldar işlədi, bir çox yaddaqalan obrazlar yaratdı. Hətta “Bacanaqlar” teleserialında rolunu davam etdirdi, “Kukla” teatrında Soltan bəy obrazını yeni üslubda təqdim etdi. Görünür, bu məhsuldarlığa da aktyorun səhhəti dözmədi. S.ÜNAL 686 dəfə baxılıb
|
[03.05.2012] - “EUROVİSİON-2012”nin MƏŞQLƏRİ BAŞLADI [14.04.2012] - POPULYAR SERİALDA DAVA DÜŞDÜ [14.04.2012] - AZƏRBAYCANLI MÜĞƏNNİNİN AİLƏSİNDƏ İKİQAT FACİƏ [14.04.2012] - AZƏRBAYCANIN XALQ ARTİSTİ TOYA HAZIRLAŞIR [06.04.2012] - ZEYNƏB XANLAROVA NYU YORKDA KONSERT VERİB [29.03.2012] - "TOYLAR KRAlI"nda SMS QALMAQALI [29.03.2012] - RUSİYALI NƏNƏLƏR AZƏRBAYCAN DİLİNİ ÖYRƏNMƏK İSTƏYİR [28.03.2012] - ƏLİ MİRƏLİYEV TƏNQİD ETDİ, SÖYÜLDÜ [28.03.2012] - YENİ MÖVSÜMÜN YENİ DƏBİ VƏ ALIŞIB-YANAN QİYMƏTLƏR [25.03.2012] - “BOŞANAN TƏK ZAMİQLƏ MƏN DEYİLƏM” [15.03.2012] - TÜRKİYƏNİN "EUROVİSİON" KLİPİ TƏQDİM OLUNDU [13.03.2012] - AZƏRBAYCANLI JURNALİST SEZEN AKSUNU MƏHKƏMƏYƏ VERİR [12.03.2012] - SEZEN AKSUNUN EVİNİN QARŞISINDA AKSİYA KEÇİRİLƏCƏK [10.03.2012] - "İNŞALLAH, BİZ DƏ AZƏRBAYCAN BAYRAĞI DALĞALANDIRARIQ" [21.02.2012] - "VAŞİNQTON POST" ALİM QASIMOVDAN YAZIB [18.02.2012] - “YAŞAR NURİNİN ÖLMƏSİ BARƏDƏ XƏBƏRLƏR ŞAYİƏDİR” [11.02.2012] - BƏSTƏKAR ELZA İB RAHİMOVA VƏFAT EDİB [25.01.2012] - ERMƏNİLƏRİN “SARI GƏLİN”ə İDDİALARINA TUTARLI CAVABLAR [24.01.2012] - İLHAMƏ QASIMOVA AVROPA TURNESİNƏ ÇIXDI |
| Yeni MÜSAVAT © 2008 |
|