|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
İranlı rejissor Bahman Xobadinin Türkiyədə çəkdiyi və 2012-ci ilin payızında ekranlara çıxacaq “Kərgədanlar mövsümü” adlı filmdə baş rol alan məşhur italiyalı aktrisa Monika Belluçi gözlənilməz çətinliklə üzləşib. Dünən filmin İstanbulun Sarıyer qəsəbəsinin Qaripçe məhəlləsində aparılan növbəti çəkilişlərdə problemlər yaşanıb. Yerli əhali əvvəlcə çəkiliş qrupuna məhəllənin müxtəlif yerlərində çəkilişlər aparmaq üçün razılıq verib. Lakin Monika Belluci ilə türk aktyoru Caner Cindorukun sevişmə səhnələrinin çəkilməsi ortaya çıxanda, rejissorun öncədən tapdığı evin sahibi bunun üçün evindən istifadə edilməsinə icazə verməyib. Bundan sonra çəkiliş heyəti ətrafdakı insanlarla danışaraq, münasib ev tapıb. Sevişmə səhnəsi çəkilən zaman həmin evin ətrafına toplaşmış kənd sakinləri çəkiliş heyəti tərəfindən oradan uzaqlaşdırılıb. Son səhnələrin çəkilişi zamanı soyuqdan üşüyən Monika Belluçini əraziyə gələn jandarmlar təəccübləndirib. Aktrisanın təlaşa düşdüyü müşahidə olunub. Jandarmlar hərbi bölümün yerləşdiyi Qaripçe qalasındakı qayalıqlarda çəkilişin aparılmasına icazənin olub-olmaması ilə maraqlanıb. Belə bir icazənin alındığı öyrəndikdən sonra jandarma ərazini tərk edib və çəkilişlər davam edib.
1214 dəfə baxılıb
|
[03.05.2012] - “EUROVİSİON-2012”nin MƏŞQLƏRİ BAŞLADI [14.04.2012] - POPULYAR SERİALDA DAVA DÜŞDÜ [14.04.2012] - AZƏRBAYCANLI MÜĞƏNNİNİN AİLƏSİNDƏ İKİQAT FACİƏ [14.04.2012] - AZƏRBAYCANIN XALQ ARTİSTİ TOYA HAZIRLAŞIR [06.04.2012] - ZEYNƏB XANLAROVA NYU YORKDA KONSERT VERİB [29.03.2012] - "TOYLAR KRAlI"nda SMS QALMAQALI [29.03.2012] - RUSİYALI NƏNƏLƏR AZƏRBAYCAN DİLİNİ ÖYRƏNMƏK İSTƏYİR [28.03.2012] - ƏLİ MİRƏLİYEV TƏNQİD ETDİ, SÖYÜLDÜ [28.03.2012] - YENİ MÖVSÜMÜN YENİ DƏBİ VƏ ALIŞIB-YANAN QİYMƏTLƏR [25.03.2012] - “BOŞANAN TƏK ZAMİQLƏ MƏN DEYİLƏM” [15.03.2012] - TÜRKİYƏNİN "EUROVİSİON" KLİPİ TƏQDİM OLUNDU [13.03.2012] - AZƏRBAYCANLI JURNALİST SEZEN AKSUNU MƏHKƏMƏYƏ VERİR [12.03.2012] - SEZEN AKSUNUN EVİNİN QARŞISINDA AKSİYA KEÇİRİLƏCƏK [10.03.2012] - "İNŞALLAH, BİZ DƏ AZƏRBAYCAN BAYRAĞI DALĞALANDIRARIQ" [21.02.2012] - "VAŞİNQTON POST" ALİM QASIMOVDAN YAZIB [18.02.2012] - “YAŞAR NURİNİN ÖLMƏSİ BARƏDƏ XƏBƏRLƏR ŞAYİƏDİR” [11.02.2012] - BƏSTƏKAR ELZA İB RAHİMOVA VƏFAT EDİB [25.01.2012] - ERMƏNİLƏRİN “SARI GƏLİN”ə İDDİALARINA TUTARLI CAVABLAR [24.01.2012] - İLHAMƏ QASIMOVA AVROPA TURNESİNƏ ÇIXDI |
| Yeni MÜSAVAT © 2008 |
|