22 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Mədəniyyət

RÖYA “AZERCELL”i PROKURORLUĞA VERDİ

2011-12-21

Şirkətdən isə müğənninin ittihamlarının əsassız olduğu bildirilir

Müğənni Röya Ayxanın mətbuat katibi və hüquqi işlərdə səlahiyyətli nümayəndəsi Ülviyyə Alovlunun qəzetimizə bildirdiyinə görə, müğənni baş prokurorluğa şikayət edib. Müğənni mahnılarından və adından icazəsiz istifadəyə görə “Azercell” şirkətindən baş prokuror Zakir Qaralova şikayət ərizəsi ünvanlayıb. Ü.Alovlunun bildirdiyinə görə, bu qanun pozuntusu artıq 10 ildir ki davam edir: “Röyaya vurulan ziyan ödənilməyincə, biz hüquqlarımızın bərpasını tələb edəcəyik”.

Qeyd edək ki, Z.Qaralova müraciətdə bildirilir ki, müğənninin ifa etdiyi mahnılar “Zəngimcell” xidmətlərində onun razılığı olmadan istifadə edilir və “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında qanunun 15-ci (Əmlak (iqtisadi) hüquqları) maddəsinin 3-cü bəndinə əsasən onun müəllif hüququ pozulub və ona külli miqdarda maddi və mənəvi zərər vurulur. Buna görə də müğənni baş verən qanun pozuntularının aradan qaldırılmasını və aidiyyəti qurumların məsuliyyətə cəlb olunmasını xahiş edib.
“Azercell Telekom” MMC-nin Korporativ Ünsiyyət bölümünün rəhbəri Ülviyyə Həsənzadə isə bildirib ki, müğənninin şirkətdən narazılıq etməsinin heç bir əsası yoxdur: ““Azercell”in “Zəngimcell” xidmətini göstərməsi üçün lisenziyası yoxdur və bu işləri başqa şirkət həyata keçirir. Röya xanım da həmin şirkətə müraciət etməlidir. Müğənninin komandası ilə də bu haqda danışıb, onları başa salmışıq. Bir daha deyirəm, bu məsələdə Röya xanımın “Azercell”i məhkəməyə verməyə heç bir əsası yoxdur".
2003-cü ildən mobil rabitə bazarında “Zəngimcell”də, istifadə olunmasını təşkil edən “Unimark” şirkətdən bildirildi ki, onlar artıq xeyli vaxtdır ki, bu xidmət istiqamətində provayder fəaliyyətini dayandırıblar. Müəllif Hüquqları Agentliyinin şöbə müdiri Xudayat Həsənli isə bildirdi ki, təşkilat olaraq onlar bu problemin araşdırılması üçün dəfələrlə aidiyyəti qurumlara müraciət ediblər, lakin problemin həlli çözülməmiş qalıb: “Tək Röya deyil, onlarla sənət adamının bu istiqamətdə hüquqları pozulur. Mən mətbuat vasitəsilə bir daha bəyan edirəm, bu xidmətdən gələn gəlir konkret olaraq hər müəllifin öz hesabına ödənməlidir, agentlik pul yığımı ilə məşğul deyil. İzi itirmək üçün bizim agentliyin hesabına nəinki manatla, qəpiklə müəyyən vəsait köçürülüb, lakin qəbul etməmişik. Bu məbləğ öz hesablarına qaytarılıb” . X.Həsənli bildirdi ki, konkret olaraq “Unimark”ın iddiası ilə bağlı problem araşdırılıb, tutarlı faktlarla mətbuata təqdim ediləcək.

SEVİL

3672 dəfə baxılıb

Xəbəri paylaş

[03.05.2012] - “EUROVİSİON-2012”nin MƏŞQLƏRİ BAŞLADI

[14.04.2012] - POPULYAR SERİALDA DAVA DÜŞDÜ

[14.04.2012] - AZƏRBAYCANLI MÜĞƏNNİNİN AİLƏSİNDƏ İKİQAT FACİƏ

[14.04.2012] - AZƏRBAYCANIN XALQ ARTİSTİ TOYA HAZIRLAŞIR

[06.04.2012] - ZEYNƏB XANLAROVA NYU YORKDA KONSERT VERİB

[29.03.2012] - "TOYLAR KRAlI"nda SMS QALMAQALI

[29.03.2012] - RUSİYALI NƏNƏLƏR AZƏRBAYCAN DİLİNİ ÖYRƏNMƏK İSTƏYİR

[28.03.2012] - ƏLİ MİRƏLİYEV TƏNQİD ETDİ, SÖYÜLDÜ

[28.03.2012] - YENİ MÖVSÜMÜN YENİ DƏBİ VƏ ALIŞIB-YANAN QİYMƏTLƏR

[25.03.2012] - “BOŞANAN TƏK ZAMİQLƏ MƏN DEYİLƏM”

[15.03.2012] - TÜRKİYƏNİN "EUROVİSİON" KLİPİ TƏQDİM OLUNDU

[13.03.2012] - AZƏRBAYCANLI JURNALİST SEZEN AKSUNU MƏHKƏMƏYƏ VERİR

[12.03.2012] - SEZEN AKSUNUN EVİNİN QARŞISINDA AKSİYA KEÇİRİLƏCƏK

[10.03.2012] - "İNŞALLAH, BİZ DƏ AZƏRBAYCAN BAYRAĞI DALĞALANDIRARIQ"

[21.02.2012] - "VAŞİNQTON POST" ALİM QASIMOVDAN YAZIB

[18.02.2012] - “YAŞAR NURİNİN ÖLMƏSİ BARƏDƏ XƏBƏRLƏR ŞAYİƏDİR”

[11.02.2012] - BƏSTƏKAR ELZA İB RAHİMOVA VƏFAT EDİB

[25.01.2012] - ERMƏNİLƏRİN “SARI GƏLİN”ə İDDİALARINA TUTARLI CAVABLAR

[24.01.2012] - İLHAMƏ QASIMOVA AVROPA TURNESİNƏ ÇIXDI

[14.01.2012] - AYGÜN KAZIMOVANIN QARDAŞI HƏBS OLUNUB

ARXIV

Yeni MÜSAVAT © 2008