22 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Mədəniyyət

TANINMIŞ MÜĞƏNNİLƏR XALQI FRANSIZ MƏHSULLARDAN İMTİNAYA SƏSLƏDİ

2011-12-24

Fransa Milli Assambleyasında “Qanunla tanınmış soyqırımların mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan” qanun layihəsinin qəbul edilməsi Azərbaycan müğənnilərinin də kəskin etirazına səbəb olub. Dünən bir çox müğənnilər bizimlə söhbətində məsələyə birmənalı şəkildə etirazlarını ifadə etdilər. Onların mövqeyini oxuculara təqdim edirik.

Müğənni Azərin: “Bu, tək Türkiyənin deyil, bütün dünya türklərinə qarşı edilən həqarətdir. Bəllidir ki, Türkiyənin inkişafı bir çox Avropa dövlətlərini narahat edir. 1915-ci ildə ermənilər Vanda türklərə qarşı soyqırım ediblər. Amma ermənilər öz əməllərini türklərin ayağına yazır. Bütün bunlar tarixi faktlarda öz əksini tapıb. Özünə türk deyən Balkanlardan tutmuş Orta Asiyaya qədər hər bir kəs Türkiyəni bu məsələdə tək qoymamalıdır”.
Aybəniz Haşımova: “Mən siyasətçi deyiləm, amma hesab edirəm ki, hər kəs öz sahəsində bacardığı şəkildə fransız rəsmilərinin erməni təxribatına uymasına öz etirazını bildirməlidir. Hər kəs öz sahəsində Azərbaycan vətəndaşı olaraq ermənilərin bu təxribatına cavab verməlidir”.
Röya Ayxan: “Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Fransaya qarşı sanksiyalarla bağlı nitqinə diqqətlə qulaq asdım və çox rəğbətlə qarşıladım. Azərbaycanın da rəsmi mövqeyi bəllidir. Əgər dövlət səviyyəsində fransız məhsullarından imtina etmək və sairə bu kimi hər hansı bir aksiya keçirilərsə, bir müğənni və Azərbaycan türkü olaraq belə aksiyaları dəstəkləməyə hazıram”.
Gülüstan Əliyeva: “Fransanın belə bir addımı mənim üçün gözlənilən idi, çünki 2002-ci ildə də onlar ermənipərəst mövqelərini bildirmişdilər. Əlbəttə, bütün azərbaycanlılar kimi mən də bunu çox pisləyirəm. Bu cür hərəkətlərə dövlətimizin münasibəti birmənalı şəkildə pisdir. Mənə elə gəlir ki, Türkiyə kimi Azərbaycan da rəsmi şəkildə fransız məhsullarına veto qoysa, bu daha əhəmiyyətli olar”.

SEVİL

1326 dəfə baxılıb

Xəbəri paylaş

[03.05.2012] - “EUROVİSİON-2012”nin MƏŞQLƏRİ BAŞLADI

[14.04.2012] - POPULYAR SERİALDA DAVA DÜŞDÜ

[14.04.2012] - AZƏRBAYCANLI MÜĞƏNNİNİN AİLƏSİNDƏ İKİQAT FACİƏ

[14.04.2012] - AZƏRBAYCANIN XALQ ARTİSTİ TOYA HAZIRLAŞIR

[06.04.2012] - ZEYNƏB XANLAROVA NYU YORKDA KONSERT VERİB

[29.03.2012] - "TOYLAR KRAlI"nda SMS QALMAQALI

[29.03.2012] - RUSİYALI NƏNƏLƏR AZƏRBAYCAN DİLİNİ ÖYRƏNMƏK İSTƏYİR

[28.03.2012] - ƏLİ MİRƏLİYEV TƏNQİD ETDİ, SÖYÜLDÜ

[28.03.2012] - YENİ MÖVSÜMÜN YENİ DƏBİ VƏ ALIŞIB-YANAN QİYMƏTLƏR

[25.03.2012] - “BOŞANAN TƏK ZAMİQLƏ MƏN DEYİLƏM”

[15.03.2012] - TÜRKİYƏNİN "EUROVİSİON" KLİPİ TƏQDİM OLUNDU

[13.03.2012] - AZƏRBAYCANLI JURNALİST SEZEN AKSUNU MƏHKƏMƏYƏ VERİR

[12.03.2012] - SEZEN AKSUNUN EVİNİN QARŞISINDA AKSİYA KEÇİRİLƏCƏK

[10.03.2012] - "İNŞALLAH, BİZ DƏ AZƏRBAYCAN BAYRAĞI DALĞALANDIRARIQ"

[21.02.2012] - "VAŞİNQTON POST" ALİM QASIMOVDAN YAZIB

[18.02.2012] - “YAŞAR NURİNİN ÖLMƏSİ BARƏDƏ XƏBƏRLƏR ŞAYİƏDİR”

[11.02.2012] - BƏSTƏKAR ELZA İB RAHİMOVA VƏFAT EDİB

[25.01.2012] - ERMƏNİLƏRİN “SARI GƏLİN”ə İDDİALARINA TUTARLI CAVABLAR

[24.01.2012] - İLHAMƏ QASIMOVA AVROPA TURNESİNƏ ÇIXDI

[14.01.2012] - AYGÜN KAZIMOVANIN QARDAŞI HƏBS OLUNUB

ARXIV

Yeni MÜSAVAT © 2008