22 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Mədəniyyət

ERMƏNİLƏRİN “SARI GƏLİN”ə İDDİALARINA TUTARLI CAVABLAR

2012-01-25

Folklorşünas Məhərrəm Qasımlı: “Ermənilər arasında sarıbəniz qızlar yoxdur və olmayıb”
Ramiz Zöhrabov: “Sarı gəlin” melodiyasının ermənilərə məxsus olması haqda deyilənlərin əsası yoxdur”
Akif İslamzadə: “O vaxt qıza elçi düşəndə anasının yox, nənənin yanına gələrdilər”

“Sarı gəlin” mahnısı ilə bağlı mübahisələr davam edir. Türkiyə baş naziri Ərdoğanın Ankaradakı tədbirlərin birində “6 fərqli dildə, eyni melodiya ilə, eyni hislərlə söylənilən ”Sarı gəlin” mahnısını Şişlidə atılan bir güllə susdura bilməz" deməsi, həm də bunu erməni Qrant Dinklə bağlı təşkil edilən tədbirdə səsləndirməsi məsələni təzədən gündəmə gətirib. Bəs “Sarı gəlin”in Azərbaycan türklərinə məxsusluğuna dair hansı dəlillər var?

Öncə onu qeyd edim ki, orta məktəbdə oxuyarkən ədəbiyyat müəllimimiz “Apardı sellər Saranı” əfsanəsi haqqında bizə məlumat verərkən “Sarı gəlin” mahnısının da bu əfsanə ilə bir bağlılığı olduğunu bildirmişdi. Onun fikrincə, “Sarı gəlin” əfsanənin qəhrəmanı Xançobanın aşiq olduğu Saraya ithafıdır. Və Xançobanın neydə ifa etdiyi bu musiqi sonralar dillər əzbəri olub, müxtəlif türk xalqlarının sevimli melodiyasına çevrilib.
Məhərrəm QasımlıLakin bu mülahizə ilə razılaşmayan folklorşünas Məhərrəm Qasımlı hesab edir ki, “Sarı gəlin” Ərzurum, Qars bölgəsində yaşayan türklər tərəfindən yaranıb və sonradan bir neçə türkdilli xalqlar və üzdəniraq qonşular arasında populyarlaşıb: “Sarı gəlin oradakı mahnı qəhrəmanının cildinin rəngidir. Ermənilər arasında sarıbəniz qızlar yoxdur və olmayıb. Sarıbəniz olmaq türklərə məxsus əlamətdir. Bəzi hallarda bunu sarı donlu geyimlə əlaqələndirirlər, hətta bəzi rəssamlar bu mahnıya illüstrasiya çəkərkən qadını sarı paltarda təsvir edir. Halbuki bu, çox yanlış fikirdir və düşmən dəyirmanına su tökməkdir. Dədə Qorqudda deyilir ki, Sarı donlu Selcan Xatun, yəni bu ifadədə geyim anlayışı açıq-aşkar bilinir. Amma ”Sarı gəlin"də sarı geyimdən söhbət getmir. “Sarı” erməni qriqoryanlarda, yunanlarda müqəddəs rəng hesab edilir. Bəzi hallarda ehtimal edilir ki, “Sarı gəlin” alban kökənli olub, halbuki biz türklərin albanlarla genetik bağlılığı yoxdur".
M.Qasimlı deyir ki, “Sarı gəlin” musiqinin adıdır, mahnının sözləri isə sonradan yaranıb: “Bu melodiyanın özəlliyi ondandır ki, balabanda ifa olunur. Balabanın isə Azərbaycana məxsus olması Məcnun Kərimovun ”Azərbaycan xalq musiqisi alətləri “kitabında əsaslı şəkildə verilib. Balaban sözünün mənası ”həzin səs" deməkdir".
Ramiz ZöhrabovSənətşünaslıq doktoru, bəstəkar Ramiz Zöhrabov da təsdiq edir ki, “Sarı gəlin” melodiyanın adıdır. Mahnı isə platonik bir məhəbbət hekayətindən bəhs edir: “Bir melodiyanın bir neçə variantda mahnısı ola bilər. Amma ”Sarı gəlin" melodiyasının ermənilərə məxsus olması haqda deyilənlərin əsası yoxdur. Tarix boyu qonşu xalqların bir-biri ilə ünsiyyəti olub. İndiki Ermənistan ərazisində Zəngəzurdan tutmuş Göyçəyədək hamısında azərbaycanlılar yaşayıb və bütün bunların da tarixi əsasları var. Bizim el şənliklərində də ermənilər daim fəal iştirak ediblər və bu melodiyanı mənimsəyib, öz sözlərini qoşublar. Vaxtilə Xaçaturyan soyadlı bir bəstəkar Üzeyir Hacıbəyovdan bir melodiyanı xahiş edib, alıb, mahnı qoşub və bu mahnı məşhurlaşandan sonra müxtəlif yazılı mənbələrdə etiraf edib ki, musiqi Azərbaycana məxsusdur. Yəni etiraf edənlər də var, etməyənlər də".
Akif İslamzadəVaxtilə mahnının ən mahir ifaçılarından olan xalq artisti Akif İslamzadənin isə bildirdiyinə görə, “Sarı gəlin” Azərbaycan Respublikası, İraq və Türkiyədə yaşayan türklər arasında geniş yayılmış bir türküdür: “Tarixi mənbələrdə göstərilir ki, oğuzlar daha çox bu intonasiyada musiqi mədəniyyətini inkişaf etdiriblər və mahnı zamanla formalaşaraq günümüzə gəlib çıxıb. O vaxt qıza elçi gedəndə 35 yaşlı qız anasının yox, nənənin yanına gələrdilər. Görünür, ilk dəfədən sevgi oxu daşa dəyən cavanlardan biri ”səni mənə verməzlər, ay nənən ölsün, sarı gəlin" deyə belə bir musiqi yaradıb". A.İslamzadənin sözlərinə görə, mahnını ötən əsrdə yaşadan ifaçılardan biri babası, qarabağlı Bəbiş Qədimov olub.
Milli Konservatoriyanın elmi-tədqiqat laboratoriyasının rəhbəri Abbasqulu Nəcəfzadə isə “Bakı-xəbər” qəzetinə bildirib ki, “Sarı gəlin”in söz və musiqisi XVI əsrin məşhur dövlət xadimi, sərkərdə və şair Şah İsmayıl Xətaiyə məxsusdur. A.Nəcəfzadə bildirir ki, Şah İsmayıl sarayda rəqqasə qızların oyununa baxarkən orada sarı rəngli libasda bir qız onun diqqətini özünə çəkib. O andaca Xətai belə bir əsər yazıb. Eyni zamanda Şah İsmayıl azərbaycanlı xanımın saçının ucunu hörmədiyini yazmaqla rəqqasə qızı nəzərdə tutduğuna eyham vurub.
Qəzet yazır ki, bəzi alimlərin fikrincə, mahnının adındakı “sarı” sözü “Sara” adının təhrif variantıdır. “Sarı gəlin” mahnısından sonra mətn-mənaca ona bağlı, onun davamiyyəti olan başqa bir mahnı - “Apardı sellər Saranı” meydana gəlib. “Apardı sellər Saranı” mahnısından bir müddət sonra isə “Sarı gəlin” yallısı yaranır. VII əsrin əvvəllərində “sarı” sözü rəmzi mənada “böyük”, “dağ” anlamında qəbul edilib. Qədim türk anlayışında isə “sarı”, “kübar”, “incə” deməkdir. Bizdə bu ifadə bir neçə anlayışda - “rəng”, “istiqamət”, “yaramı sarı” və “ürəyimin sarı siminə toxunma” və s. sözlərdə istifadəsini tapır. “Sarı gəlin”in yaranma tarixini İslamdan əvvələ bağlayan bəzi tədqiqatçıların qeyd etdiyinə görə, bu mahnı Oğuz tayfaları ilə əlaqədar olub.

S.HİLALQIZI

4749 dəfə baxılıb

Xəbəri paylaş

[03.05.2012] - “EUROVİSİON-2012”nin MƏŞQLƏRİ BAŞLADI

[14.04.2012] - POPULYAR SERİALDA DAVA DÜŞDÜ

[14.04.2012] - AZƏRBAYCANLI MÜĞƏNNİNİN AİLƏSİNDƏ İKİQAT FACİƏ

[14.04.2012] - AZƏRBAYCANIN XALQ ARTİSTİ TOYA HAZIRLAŞIR

[06.04.2012] - ZEYNƏB XANLAROVA NYU YORKDA KONSERT VERİB

[29.03.2012] - "TOYLAR KRAlI"nda SMS QALMAQALI

[29.03.2012] - RUSİYALI NƏNƏLƏR AZƏRBAYCAN DİLİNİ ÖYRƏNMƏK İSTƏYİR

[28.03.2012] - ƏLİ MİRƏLİYEV TƏNQİD ETDİ, SÖYÜLDÜ

[28.03.2012] - YENİ MÖVSÜMÜN YENİ DƏBİ VƏ ALIŞIB-YANAN QİYMƏTLƏR

[25.03.2012] - “BOŞANAN TƏK ZAMİQLƏ MƏN DEYİLƏM”

[15.03.2012] - TÜRKİYƏNİN "EUROVİSİON" KLİPİ TƏQDİM OLUNDU

[13.03.2012] - AZƏRBAYCANLI JURNALİST SEZEN AKSUNU MƏHKƏMƏYƏ VERİR

[12.03.2012] - SEZEN AKSUNUN EVİNİN QARŞISINDA AKSİYA KEÇİRİLƏCƏK

[10.03.2012] - "İNŞALLAH, BİZ DƏ AZƏRBAYCAN BAYRAĞI DALĞALANDIRARIQ"

[21.02.2012] - "VAŞİNQTON POST" ALİM QASIMOVDAN YAZIB

[18.02.2012] - “YAŞAR NURİNİN ÖLMƏSİ BARƏDƏ XƏBƏRLƏR ŞAYİƏDİR”

[11.02.2012] - BƏSTƏKAR ELZA İB RAHİMOVA VƏFAT EDİB

[25.01.2012] - ERMƏNİLƏRİN “SARI GƏLİN”ə İDDİALARINA TUTARLI CAVABLAR

[24.01.2012] - İLHAMƏ QASIMOVA AVROPA TURNESİNƏ ÇIXDI

[14.01.2012] - AYGÜN KAZIMOVANIN QARDAŞI HƏBS OLUNUB

ARXIV

Yeni MÜSAVAT © 2008