 |
Mədəniyyət
BƏSTƏKAR ELZA İB RAHİMOVA VƏFAT EDİB 2012-02-11
|
Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, bəstəkar Elza İbrahimova 74 yaşında dünyasını dəyişib. Mərhum xeyli müddətdi, xəstəlikdən əziyyət çəkirdi. E.İbrahimova 1938-ci il, yanvarın 10-da dünyaya gəlmişdi. Qeyd edək ki, bir müddət öncə Azərbaycanın əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Elza İbrahimova ilsult keçirdiyi üçün Kliniki Tibbi Mərkəzə yerləşdirilmişdi.
Mərhum bəstəkar "Yanan laylalar" operası librettosu, “Dünya sevənlərindi" kinofilminə musiqi, R.Heydər, B.Vahabzadə, O.Qoçulu, V.Əziz, V.Səmədoğlu, R.Əfəndiyeva və b. şairlərin sözlərinə mahnı və romanslar yazıb.
1565 dəfə baxılıb
|