12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Mədəniyyət

SƏFURƏ İSVEÇDƏ MAHNI YAZDIRIR

2010-03-09

Bu ilin mayında Olsoda keçiriləcək 55-ci “Eurovision” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək Səfurə Əlizadə İsveçə gedib. Bu barədə APA-ya “Eurovision” müsabiqəsinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri Adil Kərimli məlumat verib. Onun sözlərinə görə, Azərbaycan təmsilçisi orada mahnı yazdıracaq. A. Kərimli bildirib ki, Azərbaycan təmsilçisi bir müddət İsveçdə olacaq və səfəri ərəfəsində ciddi hazırlıq prosesi keçəcək. Nümayəndə heyətinin rəhbəri onu da bildirib ki, hazırda S. Əlizadənin piarı üçün promo-turların təşkil olunub-olmaması ilə bağlı dəqiqləşdirmələr aparılır.

Qeyd edək ki, İsveç səfərindən öncə S. Əlizadə Ukraynada olub və konsertdə çıxışından sonra ukraynalı təmsilçi Vasili Lazaroviçlə görüşüb. APA-nın müsabiqənin rəsmi internet saytına istinadən yaydığı məlumata görə, hər iki ölkə təmsilçiləri müsabiqədə bir-birilərinə uğur arzulayıblar. Ukraynalı təmsilçi azərbaycanlı Səfurə Əlizadəyə xoş sözlər də söyləyib. V. Lazaroviç onun çox gözəl olduğunu, səhnədəki çıxışına valeh olduğunu bildirib.
 

 

530 dəfə baxılıb

Xəbəri paylaş

[11.02.2012] - BƏSTƏKAR ELZA İB RAHİMOVA VƏFAT EDİB

[25.01.2012] - ERMƏNİLƏRİN “SARI GƏLİN”ə İDDİALARINA TUTARLI CAVABLAR

[24.01.2012] - İLHAMƏ QASIMOVA AVROPA TURNESİNƏ ÇIXDI

[14.01.2012] - AYGÜN KAZIMOVANIN QARDAŞI HƏBS OLUNUB

[11.01.2012] - “EUROVİSİON 2012" MÜSABİQƏSİNİN ARENASININ DAMI HAZIRDI

[09.01.2012] - "ƏLİ VƏ NİNO" HOLLİVUDDA EKRANLAŞDIRILACAQ

[07.01.2012] - YAŞAR NURİ ÜÇÜN DUALAR EDİLİR

[28.12.2011] - RAFAEL DADAŞOV OD PÜSKÜRDÜ

[27.12.2011] - XALQ ARTİSTLƏRİNƏ XƏBƏRDARLIQ OLUNUB

[25.12.2011] - “EUROVİSON”a NÖVBƏTİ İDDİALI MƏLUM OLDU

[24.12.2011] - TANINMIŞ MÜĞƏNNİLƏR XALQI FRANSIZ MƏHSULLARDAN İMTİNAYA SƏSLƏDİ

[22.12.2011] - YAŞAR NURİNİN SƏHHƏTİ YENƏ DƏ AĞIRDIR

[21.12.2011] - RÖYA “AZERCELL”i PROKURORLUĞA VERDİ

[14.12.2011] - QƏDİR RÜSTƏMOV VƏFAT ETDİ

[06.12.2011] - QƏDİR RÜSTƏMOVLA YAŞAR NURİNİN SƏHHƏTİNDƏ İRƏLİLƏYİŞ YOXDUR

[01.12.2011] - MONİKA BELUÇÇİ TÜRKİYƏDƏ FİLMƏ ÇƏKİLİR

[23.11.2011] - QƏDİR RÜSTƏMOV HƏLƏ DƏ ÖLÜMLƏ ÇARPIŞIR

[16.11.2011] - XALQ ARTİSTİ YAŞAR NURİYƏ DİAQNOZ QOYULUB

[16.11.2011] - YAŞAR NURİ VƏ QƏDİR RÜSTƏMOVUN HƏYATINA TƏHLÜKƏ QALIR

[01.11.2011] - ERMƏNİSTANIN “EUROVİSİON”a QƏRARSIZLIĞI

ARXIV

Yeni MÜSAVAT © 2008