13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Mədəniyyət

“EUROVİSİON-2010”-u ÜÇ APARICI İDARƏ EDƏCƏK

2010-03-12

Araş isə İsveç televiziyasından yarışmaya şərh verəcək

Norveçin paytaxtı Osloda keçiriləcək “Eurovision-2010" mahnı müsabiqəsinin aparıcıları bəlli olub. itv.az saytının verdiyi xəbərə görə, Oslodakı “Telenor Arena”da keçiriləcək müsabiqəni üç aparıcı idarə edəcək.

Aparıcılardan Nadya Hasnaoui səsvermənin gedişatını təqdim edəcək. 39 iştirakçı ölkənin həm yarımfinallarda, həm də final mərhələsindəki xalları məhz Nadya Hasnaoui vasitəsilə təqdim olunacaq. Digər iki aparıcı Erik Solbakken və Haddy Njienə isə mayın 25-i, 27-i və 29-da keçiriləcək möhtəşəm şounu idarə etmək həvalə olunub.
Azərbaycanı “Eurovision-2009" müsabiqəsində Aysel Teymurzadə ilə birgə təmsil edən Araş Labaf isə yarışmanı İsveç televiziyasında şərh edəcək. Yerli media mənsublarının suallarını cavablandıran Araş bildirib ki, televiziyada müsabiqəni şərh edərkən Azərbaycana dəstək olacaq. ”Mən Azərbaycanı dəstəkləmək üçün hər şeyi edəcəyəm. Azərbaycan mənim ürəyimdədir" deyən bəstəkar-müğənni bu müsabiqədə şərhçi olacağını təsdiqləyib. O, bu ilki müsabiqənin Azərbaycan təmsilçisi Səfurə Əlizadəyə də uğurlar arzulayıb: “Bu günlərdə internetdə Səfurənin klipini gördüm. Klipə baxandan sonra bildim ki, Səfurə çox yaxşı müğənnidir. Mən ona bol şans və uğur diləyirəm. Əminəm ki, Səfurə Əlizadə Azərbaycanı ”Eurovision" müsabiqəsində təmsil etməyə layiqdir".

NƏRGİZ

541 dəfə baxılıb

Xəbəri paylaş

[11.02.2012] - BƏSTƏKAR ELZA İB RAHİMOVA VƏFAT EDİB

[25.01.2012] - ERMƏNİLƏRİN “SARI GƏLİN”ə İDDİALARINA TUTARLI CAVABLAR

[24.01.2012] - İLHAMƏ QASIMOVA AVROPA TURNESİNƏ ÇIXDI

[14.01.2012] - AYGÜN KAZIMOVANIN QARDAŞI HƏBS OLUNUB

[11.01.2012] - “EUROVİSİON 2012" MÜSABİQƏSİNİN ARENASININ DAMI HAZIRDI

[09.01.2012] - "ƏLİ VƏ NİNO" HOLLİVUDDA EKRANLAŞDIRILACAQ

[07.01.2012] - YAŞAR NURİ ÜÇÜN DUALAR EDİLİR

[28.12.2011] - RAFAEL DADAŞOV OD PÜSKÜRDÜ

[27.12.2011] - XALQ ARTİSTLƏRİNƏ XƏBƏRDARLIQ OLUNUB

[25.12.2011] - “EUROVİSON”a NÖVBƏTİ İDDİALI MƏLUM OLDU

[24.12.2011] - TANINMIŞ MÜĞƏNNİLƏR XALQI FRANSIZ MƏHSULLARDAN İMTİNAYA SƏSLƏDİ

[22.12.2011] - YAŞAR NURİNİN SƏHHƏTİ YENƏ DƏ AĞIRDIR

[21.12.2011] - RÖYA “AZERCELL”i PROKURORLUĞA VERDİ

[14.12.2011] - QƏDİR RÜSTƏMOV VƏFAT ETDİ

[06.12.2011] - QƏDİR RÜSTƏMOVLA YAŞAR NURİNİN SƏHHƏTİNDƏ İRƏLİLƏYİŞ YOXDUR

[01.12.2011] - MONİKA BELUÇÇİ TÜRKİYƏDƏ FİLMƏ ÇƏKİLİR

[23.11.2011] - QƏDİR RÜSTƏMOV HƏLƏ DƏ ÖLÜMLƏ ÇARPIŞIR

[16.11.2011] - XALQ ARTİSTİ YAŞAR NURİYƏ DİAQNOZ QOYULUB

[16.11.2011] - YAŞAR NURİ VƏ QƏDİR RÜSTƏMOVUN HƏYATINA TƏHLÜKƏ QALIR

[01.11.2011] - ERMƏNİSTANIN “EUROVİSİON”a QƏRARSIZLIĞI

ARXIV

Yeni MÜSAVAT © 2008